TEATRO

TEATRO

sənət portalı

post-title

Azərbaycanlı rejissor beynəlxalq layihədə iştirak edib

Ritual Mobil Teatr Laboratoriyasının təsisçisi, teatr rejissoru Aynur Zərrintac İtaliyanın Turin şəhərində Erasmus+ KA2 layihəsi çərçivəsində “Müharibə və silahlı münaqişələrdən zərər çəkmiş gənclərin reabilitasiyası üçün gənclərin işi” adlı layihəyə təlimçi-ekspert kimi dəvət olunmuşdur. O, burada teatrın və incəsənətin münaqişələrdən təsirlənən uşaq və gənclərin reabilitasiyasında əhəmiyyətindən danışmış, özünün Azərbaycanın sərhədyanı bölgələrdə gördüyü işlərdən nümunələr göstərmişdir. Daha sonra İtalliya, Almaniya, Polşa, İspaniya, Ukrayna, Ermənistan, Fransa, Azərbaycan və Kosovadan olan, miqrant və qaqınlar üzrə iş istiqamətində çalışan iştirakçılarla teatr təcrübələri keçilmiş, Avqusto Boalın Forum Teatr texnikası üzərindən iştirakçıların üzləşdikləri real hadisələr səhnələşdirilərək müzakirə edilmişdir.

Load Time (S) : 0.050021