Azərbaycan Respublikası Mədəniyyət nazirliyinin Teatr sektorunun müdiri teatrşünas Könül Cəfərova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatrşünaslıq” kafedrasının müəllimi, teatrşünas Elçin Cəfərov və “dOM” Teatrının rəhbəri Tərlan Rəsulov Gürcüstanda keçirilən Tbilisi Beynəlxalq Teatr Festivalında iştirak edib.
Tbilisi Beynəlxalq Teatr Festivalı bu gün dünyada ən nüfuzlu festivallardan hesab olunur. Festival 2009-cu ildən etibarən hər il mütəmadi şəkildə keçirilir və nəinki MDB ölkələrində, eləcə də Avropa teatr məkanında böyük marağa səbəb olur. Burada dünyanın bir çox dövlətlərindən müxtəlif teatr kollektivləri və mütəxəssislər iştirak edir.
Festivalın əsas proqramlarından olan Gürcüstan Showcase proqramı dünya mədəniyyət şəbəkəsinə inteqrasiyanı hədəfləyir. Showcase teatr sahəsində beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması və mübadilə baxımından mühüm əhəmiyyət kəsb edir. Dünyanın 30-a qədər ölkəsindən 60-dan çox teatr mütəxəssisinin - festival təşkilatçıları, teatr menecerləri, tənqidçilər, jurnalistlər və sənətçilərin qatıldığı Showcase iştirakçılara qarşılıqlı əməkdaşlıq, yaradıcı mübadilə, birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanlar yaradır. Bu ilki Showcase proqramında Azərbaycanla yanaşı, İngiltərə, ABŞ, Avstriya, Argentina, Çin, Finlandiya, Hindistan, İsrail, Yaponiya, Almaniya, Latviya, Litva, Nigeriya, Pakistan, Polşa, Rumıniya, Moldova, Rusiya, Serbiya, Sloveniya, Bolqarıstan, Ukrayna, Türkiyə, Belarus və Qazaxıstandan dəvət olunmuş teatr mütəxəssisləri işirak edib.
Şoukeysin proqramına K.Marcanişvili adına Dövlət Dram teatrı, N.Dumbadze adına Dövlət Gənclər teatrı, V.Abaşidze adına Dövlət Musiqili Komediya və Dram teatrı, Tumanişvili Kino aktyorları teatrı, Rezo Qabriadze Teatrı, Royal District Teatrı (Kral məhəlləsindəki teatr), İlia Dövlət Universitetinin “İluanu” teatrının, Movemenet (hərəkət) teatrı, Mesxişvili Kutaisi Peşəkar Dram teatrı, Rustavi Dövlət Dram teatrı, A.Tsereteli adına Tchiatura Peşəkar Dövlət Dram teatrı, G.Eristavi adına Qori Dövlət Dram teatrı, Suxumi Dövlət Dram teatrı, Ş.Dadiani adına Zuqdidi Peşəkar Milli Dram teatrı, “Eksperimental sənət üçün açıq səma” teatrı, Barmaq teatrı, Atoneli, Georgi Aleksidze Tbilisi Çağdaş Baleti, Marneulinin Başqa teatrı kimi kollektivlərin ən uğurlu tamaşaları daxil edilib.
Gürcü dilində nümayiş olunan tamaşalar, ingilis dilində subtitrlərlə müşayiət olunub. Tamaşalardan sonra teatrşünasların, jurnalistlərin, prodüserlərin iştirakı ilə geniş müzakirələr keçirilib. Festival çərçivəsində həmçinin bir sıra tədbirlər – seminarlar, treninqlər, ustad dərsləri və sərgilər də təşkil edilib. Festival çərçivəsində Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının təşkilatçılığı ilə keçirilən “Performing Arts and the Challenges of Our Time” (“İfaçılıq sənətləri və dövrün tələbləri”) adlı simpozium baş tutub.
Teatrşünas Elçin Cəfərov Ş.Rustaveli adına Gürcüstan Dövlət Teatr və Kino Universitetində “Müasir və çağdaş teatr: təyinlər və sərhədlər” adlı kursda iştirak edib.
Dünyanın müxtəlif ölkələrindən festivala qatılmış teatr mütəxəsisləri ilə keçirilən görüşlərdə qarşılıqlı əməkdaşlıq əlaqələri ilə bağlı məsələlər müzakirə edilib. Gələcəkdə bu əlaqələrin daha da inkişaf etdirilməsi, qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması və birgə layihələrin həyata keçirilməsi planlaşdırılır.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...