Gəncə Dövlət Dram Teatrının rejissoru, Respublikanın Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, "Qızıl Dərviş” mükafatı laureatı Vaqif Abdulla oğlu Şərifov bu gün səhər saatlarında vəfat edib.
Qaynarinfo xəbər verir ki, 78 yaşlı Xalq artistinin səhhətində ciddi problem yarandığı üçün Gəncə şəhər 3 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Vaqif Şərifov 12 avqust 1943-cü ildə Qazax mahalında anadan olub. O, 1960-cı ildən Gəncə Dövlət Dram Teatrda əmək fəaliyyətinə başlayıb, 1967-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Rejissorluq” fakültəsini bitirib.
1967-1974-cü illərdə Gəncə Dövlət Dram Teatrında rejissor, 1974-1977-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında baş rejissor, 1977-1981-ci illərdə Ağdam Dövlət Dram Teatrında baş rejissor, 1981-1984-cü illərdə Gəncə Dövlət Dram Teatrında quruluşçu rejissor, 1984-1998-ci illərdə isə Gəncə Dövlət Dram Teatrda direktor və bədii rəhbər vəzifələrində çalışıb.
Müxtəlif illərdə Nazim Hikmətin "Demoklsın qılıncı”, Hüseyn Cavidin "Maral”, Cəfər Cabbarlının "Almaz”, "Yaşar”, A.Baranqanın "İctimai rəy”, Y.Saloviçin "Qəribə dilənçi”, Altay Məmmədovun "Dəli Domrul”, Anarın "Şəhərin yay günləri", Mirzə Fətəli Axundzadənin "Qanun dəllalı”, H.Mirəlimovun "Vicdanın hökmü”, Elçinin "Qatil”, Süleyman Sani Axundovun "Eşq və intiqam”, İsmayıl Şıxlının "Dəli Kür”, Orxan Kamalın "Yad qızı”, Nüşabə Məmmədlinin "Unutmaq istəyirəm”, Fəridə Əlyarbəylinin "Xan qızı” və s. pyeslərinə quruluşlar verməklə maraqlı rejissor tarktofkaları ilə realist rejissor məktəbinin yetirməsi olaraq səhnə məziyyətlərilə dolğun və rəngarəng özünün sənət məktəbini yarada bilib.
Bu müddət ərzində Vaqif Şərifov Azərbaycan teatrlarında 180-dən artıq pyeslərə səhnə həyatı bəxş edib. O, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü idi. "Qanun dəllalı” tamaşasının quruluşuna görə "Qızıl Dərviş” mükafatına layiq görülüb.
Görkəmli sənətkar 4 mart 1992-ci ildə Respublikanın Əməkdar İncəsənət xadimi, 13 fevral 2014-cü ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına həmçinin 25 iyun 2013-cü ildə "Tərəqqi” medalı ilə və 7 may 2020-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...