Dünyada olduğu kimi Azərbaycanda da koronavirusla mübarizə tədbirlərinin gücləndirildiyi bir vaxtda tamaşaçılarının teatra olan marağını nəzərə alan ölkənin ilk inklüziv ƏSA Teatrı onlayn fəaliyyətə başlayaraq, #evdəbax kampaniyasına başlayıb.
Bu barədə məlumatı teatrın baş meneceri Nicat Qulam verib. Onun sözlərinə görə, ƏSA Teatrı repertuarındakı bütün tamaşalarını onlayn nümayiş etdirəcək: “Dövlətimizin və aidiyyatı qurumların insanlara evdən çıxmamaları barəsindəki tövsiyyələrinə dəstək məqsədi ilə ölkənin ilk inklüziv teatrı olaraq ƏSA Teatrı qərara alıb ki, insanların öz evlərində daha çox vaxt keçirdiyi bir zamanda tamaşalarımıza baxmalarına şərait yaradaraq, asudə vaxtlarının səmərəli keçməsində iştirak etsin. Buna görə də, #evdəbax kampaniyasına başlayaraq, aprel ayının sonunadək facebook sosial şəbəkəsinin canlı yayımı vasitəsilə ƏSA Teatrının səhifəsində repertuarımıza daxil olan “Adamlar və siçanlar”, “Paris partladı”, “Göy quş”, “Nəsimi: Sirri-ənəlhəq” və “And” tamaşalarını martın 24-dən etibarən nümayiş etdirəcəyik. İnanırıq ki, insanların kütləvi istifadə etdikləri facebook sosial şəbəkəsində ƏSA Teatrının rəsmi səhifəsinə daxil olmaqla, inklüziv teatrın anşlaqla qarşılanan tamaşalarına baxmaq hamı üçün maraqlı olacaq. Evdə qalaraq özünüzü və ətrafınızı qoruya bilər, həmçinin boş vaxtlarınızı səmərəli şəkildə istifadə edə bilərsiniz.”
Baş menecerin bildirdiyinə görə, tamaşaçılar ƏSA Teatrının tamaşa nümayişlərinin təqvim planı ilə teatrın rəsmi facebook səhifəsində tanış ola bilərlər. Tamaşaların nümayişi canlı yayım vasitəsilə olunduğundan, əvvəlcədən təyin olunmuş saatda baş tutacaq. ƏSA Teatrı digər teatrları və kütləvi tamaşaçı auditoriyası olan bütün sənət nümunələrini nümayiş etdirən yaradıcı şəxsləri də bu təşəbbüsə qoşulmağa dəvət edir. Bununla bağlı ƏSA Teatrı tərəfindən #evdəbax həştəqi yaradılıb.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...