Azərbaycanda yeni teatr studiyası yarandı – “Eynək” ilk tamaşasını təqdim etdi
Azərbaycan Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində yeni yaradılmış “Eynək” İncəsənət Studiyası ilk tamaşasını teatrsevənlərə təqdim etdi.
Tədbirdə çıxış edən “Eynək” İncəsənət Studiyasının tərkibində olan teatr studiyasının bədii rəhbəri Əməkdar artist Elman Rəfiyev studiyanın məqsədləri barədə məlumat verərək, yaradıcı gənclərə göstərilən dəstəyə görə Azərbaycan Teatr Xadimləri İttifaqına təşəkkür edib. Daha sonra İttifaqın sədri, Xalq artisti, dövlət mükafatı Hacı İsmayılov studiyanın yaradıcı heyətini təbrik edərək onlara uğurlar arzulayıb.
Gecədə S. Bekketin “Qodonun intizarında” əsəri əsasında Məmməd Rəfiyevin quruluş verdiyi “Oyun” tamaşası təqdim olunub. Plastik və pantomim elementləri üzərində qurulan tamaşada rolları Nihad Aslanlı və Fəxri Səfərov ifa ediblər.
Məlumat üçün bildirək ki, “Eynək” İncəsənət Studiyasının direktoru və studiyanın aktyoru Fərid İsmayılovdur. Studiya 6 yaradıcı gənc tərəfindən yaradılıb. “Eynək” yalnız teatr sahəsində deyil, həmçinin kino istiqamətində də fəaliyyət göstərir və müxtəlif yaradıcı layihələr həyata keçirir.
Qeyd edək ki, studiyanın təqdim etdiyi bu iş İranın Zəncan şəhərində keçirilən Pantomima Festivalında mükafata layiq görülüb.
Müəllifin digər yazıları
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...
Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavlovi&...
28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı i...
Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycan İncəsənət Məktəbi MMC-nin təşəbbüsü və "EMEDİA GROUP" Media Təşkilatının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq həssas kateqoriyalı gəncin ifasında sürreal...
Yorğun adamın sayıqlamaları
“İçimizdəki köləni damla-damla sıxıb çıxarmaq lazımdır”
Anton Çexov
Planlı yaşamaqdan yorulmuşam – demək istədim, xatırladım ki, heç vaxt planlı yaşamam...
Fevralın 18-də Akademik Milli Dram Teatrının səhnəsində Füzuli Dövlət Dram Teatrının "Ruh" tamaşası nümayiş olunub.
Xalq yazıçısı Kamal Abdullanın eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu re...
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalına tamaşa qəbulu elan edir. 4-8 may 2026-cı il tarixinəd baş tutacaq festival tələbələri yaradıcılığa ruhlandırmaq, gənc istedadla...