...MİRZƏ FƏTƏLİ AXUNDOV öz pyeslərinin gələcək ifaçılarına, aktyorlara: - Mənim əzizim naqil – ki təmsilatımı oxuyacaqsan və ya hifz edib söyləyəcəksən – gərəkdir biləsən ki, bu təmsilat məhz ibarətdir neçə nəfər əşxazın arasında vaqe olan güzarişin vəzi-bəyanından və tərhi-təşbihindən. Bu surətdə sənə lazımdır ki, hər bır şəbihin halətini onun mükaliməsindən fərq verib oxuyanda və ya təqrir edəndə, mustəməi iştibaha salmayasan. Hər şəbihin adının altında yazılan sözlər onun mükaliməsidir və bir para şəbih, hini-mükalimədə əlin dizinə çırpır və ya ağlayır və ya gülür və bir para yerdə vəzi-məclis bəyan olunur. Bu növ keyfiyyətlərin təkəllümə dəxli yoxdur. Gərək bunlar mükalimə tərzində oxunmaya və bir dəxi mənim təmsilatımı... gərək danışıq tərzində oxuna. Təəccüb yerində - mütəəccib ol, sual yerində - sail, xövf yerində - xaif ol, heyrət yerində - hayir, sükut yerində - sakit ol, zöhk yerində - zahik, büka yerində - baki ol, qeyz yerində - qaiz, şəfqət yerində - müşfiq ol, heybət yerində - mühib, istehza yerində - müstəhzi ol, çığırmaq yerində - çığır, ahəstə mükaliməni – ahəstə oxu, qoca mükaliməsində - qocamanənd söylə və erməni danışığında – erməni tələffüzünü mülahizə elə..qalan zad mövqufdur sənin öz qabiliyyətinə.
...CƏFƏR CABBARLI: - Səhnədə aktyorun qanunu ancaq təbiilik olmalıdır. Həyatda nə cür olursa, nə cür durması, bahar gülü təbii çıxarsa, eyləcə durmalı və hərəkət etməlıdir. Camaatın eşitməsi nöqteyi-nəzəri ilə bir aktyor cəld isə, bacarırsa, müsahibini öylə bir mövqedə bulundurmalı, ya özü öylə bir tutmalıdır ki, müsahibinə söylərkən eyni halda üzü xalqa olsun...bu mümkün olmazsa, təbiiliyi pozmamaq üçün xalqa etina olunmalı və otaq dörd divarlı təsəvvür olunmalıdır... Ümid edirik ki, aktyor əfəndilər bundan sonra təsvir edəcəyi tiplərin ruhlarını, xasiyyət və məcazlarını dərin təhlildən sonra səhnəyə çıxarır və hər hərəkətini təsvir etdikləri tiplərin ruhlarına və məcazlarına uyuşdururlar...
...HACI AĞA ABASOV: - ...Aktyorlarımızın səhnə sənətini öyrənmək məsələsində Cahangirin böyük zəhməti olmuşdur. O vaxtlarda Bakıda, məşhur Polonskinin dəstəsində Pyotr Krayevski adlı bir tanınmış komik var idi. Bu adam rus teatr tarixi və səhnə sənəti sahəsində savadlı və təcrübəli bir artist idi. Cahangir onu evinə dəvət edər, Mirzə ağa Əliyev, mən və başqalarını komediya və komizm sənətkarlığı haqqında məlumatlandırmaq üçün Krayevskinin söhbətlərini təşkil edərdi. Bu, demək olar ki, bizim üçün balaca bir teatr məktəbi idi. Cahangir həmin müsahibələr üçün Krayevskiyə zəhmət haqqı da verərdi.
...MUSTAFA MƏRDANOV: - ...Qastrol günlərində /Tiflisdə - 1912-il/ Hüseyn Ərəblinski «Dəmirçi Gavə» pyesini hazırlayırdı. Onun məşqi öz-özlüyündə bir aktyor sənəti dərsi idi. Ərəblinski həddindən artıq əsəbi olsa da, məşqlərdə çox təmkinli idi. Aktyorlar da məşq zamanı özlərini sakit aparırdılar. Ərəblinski belə vaxt tam sakitlik sevirdi...Açıq deməliyəm ki, rol üzərində işləməyi, tamaşaçıların tənqidi ilə razılaşmağı, salonda oturan tamaşaçıya ehtiram göstərməyi Hüseyndən öyrəndim...M.A.Əliyev öz müəllimi Cahangir Zeynalovun sözlərini xatırlayaraq, deyirdi ki, heç vaxt tamaşaçını güldürməyə cəhd etmə, çalış ki, surəti düzgün oynayasan. Əgər surəti düz oynasan, bütün doğruluq və dərinliyi ilə tamaşaçiya çatdıra bilsən, gülüş öz-özünə yaranar, tamaşaçı ürəkdən qəhqəhə çəkib gülər...
...ÜZEYİR HACIBƏYOV: - ...Artistdə iki fəzilətdən biri olmalıdır – ya xudadilik və ya ustadlıq. Xudadilik – allah vergisidir. Bu hər kəsdə olmaz və hər kəsdən tələb etmək də cayiz deyildir. Amma ustadlıq belə şeydir ki, səy, guşiş və bir də qabiliyyət sayəsində hasil olur. Bunu da artist olmaq istəyəndən tələb etməyə tamaşaçıların haqqı vardır.
...MƏMMƏDƏLİ SİDQİ: -...Artist Hacı /Cabbarzadə/ Hacınski həmişə teatrlara gedib, rus və başqa millət artistlərinin oyunlarına və hansı rollarda nə hərəkətlər göstərmələrinə artıq diqqət verməklə, hər dəfə teatrdan çıxdıqda bir cox şeylər əxz edərdi. Aktyorlara lazım olan kitablar və məcmuələr gətirdib və alıb həmişə onların mütaliəsinə məşqul olardı. Yer üzünün məşhur artistlərinin tərcümeyi-hallarını və onlar haqqında yazılan tənqidləri oxumağa həvəs edərdi. Bu saat onun kitabxanasına baxsan bir aktyora layiq və bəlkə çox səliqəli bir kitabxanaya malik olduğunu görərsən...Hacınskinin «Qanlı intiqam» və başqa adlarda dram əsərləri vardı.
...MİRZƏ AĞA ƏLİYEV: - ...Türk tamaşalarında həmişə birinci sırada jandarm rəisi və polismeyster oturardı. Jandarm idarəsinin müvəkkili qarabağlı Əliyev adında bir şəxs akyorların ağzından çıxan hər bir sözə diqqət ilə qulaq asardı. Həmin Əliyev 1911-ci ildə mənim səhnədə Məşədi İbad rolu ifa etdiyim zaman hökumətin əleyhinə oxuduğum bir kupletin üstündə oyun qurtarandan sonra məni həbs edib 27 gün həbsxanada saxlatdırdı və sonra Həştərxana sürgün olundum.
...БАБА-БЕК МАМЕДОВ /Письма в редакцию. Газ. Тифлисский листок 4марта 1910г. / :
…убедительно просил азербайджанских актеров ….оставить до поры до времени в покое драматические произведения европейских классиков и познакомить своих собратьев, нуждающихся в духовных развлечениях, с более или менее легкими пьесами, доступными их кругозору и понятиям…Если русские артисты, изучавшие сценическое искусство в специальных школах и имеющие в этой области многолетнюю практику, иногда с трудом могут справиться с произведениями великих европейских драматургов, то вам, новичкам, слабо знающим свою отечественную литературу и не имеющим об элементарных требованиях этого искусства надлежащих представлений, тем паче …
... KASPİ QƏZETİİNDƏN /1911-ci il, 25 aprel/: - Türklərdə bir məsəl var, deyərlər – Al da geysən yaraşır, şal da geysən yaraşır . Bu məsəl bizim müsəlman teatrına nə qədər münasib məsəldir. Teatrımız inkişaf edir və bu nəcib iş üçün nə edilərsə, biz ona minnətdar olmalıyıq. Qoy bu hələ işlənməmiş olsun, qoy bu hələ nöqsanlı görünsün, lakin bizim teatrımız hələ gəncdir, gələcəkdə o öz yaradıcılarına və zəhmətkeşlərinə təşəkkür edəcəkdir. Biz dramı çox çətinliklə qaldırdıq, heçdən bir şey yaratdıq. Bir o qədər keçmədi ki, opera meydana gəldi və gəldiyi saatda da tamaşaçılar tərəfindən sevinclə qəbul edildi...
Toplayanı Fikrət Sultanov
Rejissor, Əməkdar incəsənət xadimi, professor
Müəllifin digər yazıları
Hüseyn Cavidin “İblis” faciəsinin motivləri əsasında hazırlanan tamaşanın janrı fəlsəfi dekonstruktiv-metadramdır.
Yeni səhnə əsərinin quruluşçu rejissoru Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi M...
2020-ci illər nəinki Azərbaycan, ümumilikdə dünya dramaturgiyasında dəyişikliklərlə yadda qaldı. İstər postpandemiya dövrü, istərsə də son texnoloji yeniliklər dramın mahiyyətində və dram növünə tələbatda köklü...
REJİSSOR, PROFESSOR FİKRƏT SULTANOVUN AD GÜNÜNƏ GECİKMİŞ TƏBRİK
Onu tələbəlik illərindən tanıyıram və həmişə sadəliyinə, səmimiyyətinə heyran qalmışam. Həm də hələ tanış olsam da, onunla ünsiyyət yaxınlığım yox idi. O, gənc müə...
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) “Folklor teatrının müasir etnomədəni məkanda mövcudluq parametrləri” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirməyi planlaşdırır.
Folklor ...
Salam, İsrafil müəllim!
Əvvəlcə bu məktubu yazma səbəbimin tarixçəsindən başlayım. Ötən ilin dekabrında bir əlyazmanızı kompüterdə yığmaq üçün mənə verdiniz. Məktub idi. Müəlliminizə - Tofiq Kazımova yaz...
Lənkəran Dövlət Dram Teatrının aparıcı səhnə ustası, Azərbaycan Respublikanın Əməkdar artisti Zemfira Nəcəfova avqustun 1-də 74 yaşında vəfat edib.
Zemfira Musabala qızı Nəcəfova 1 aprel 1950-ci ildə Bakı şəhərində anadan olub. Bakı şəhəri 17...
Ritual Teatr və Yaradıcılıq Laboratoriyası sizi Kür çayının hekayəsini Virtual Reallıq Eynəklərində izləmək üçün sərgiyə dəvət edir.
Bu sərgi “Kür çayı xronikaları” adlı layihə çərç...
Avrasiya teatrlar birliyinin, Portuqaliya Mədəniyyət nazirliyinin, CTB- Comphania de Teatro de Braga və Braga şəhər bələdiyyəsinin birgə keçirdiyi "MİT III" Beynəlxalq Teatr Festivalı başa çatıb. 19-27 iyul 2024-cü il tar...
MASK OR FACE / МАСКА ИЛИ ЛИЦО/- название книги английского актёра Майкла Редгрейва
ТЕАТР ДЛЯ ЛЮДЕЙ– название книги итальянского режиссёра Джорджо Стреллера
/мысли и высказывания европейских деятелей культуры о театральном искусстве/
&n...
22 iyul 2024-cü il tarixində Azərbaycan Teatr Xadimləri İttifaqının XV Konfransı keçirilib.
Konfransda 75 nümayəndədən 67 nəfər iştirak edib. Nümayəndələrin yekdil qərarı ilə Azərbaycan Respublilasının Əməkdar artisti Azad Ş...