9, 11 və 12 noyabr tarixlərində saat 19:00-da "Azərbaycanda sənətçi olmaq nə deməkdir?" tamaşası Salaam Cinema yaradıcılıq mərkəzində yenidən nümayiş olunacaq.
Müəllifi Zərif Bəkirova, quruluşçu rejissoru Aynur Zərrintac olan tamaşa sənədli müsahibələr, media məlumatları əsasında hazırlanmışdır. Canlı kamera və proyeksiyaların vasitəsilə nümayiş olunan səhnə əsərinin texniki vizual həlli Ritual Mobil Teatr Laboratoriyasının motion dizayneri Fuad Məmmədova, musiqi tərtibatı isə ROUSTAMa məxsusdur. Rollarda Əbdül Rzayev, Əsmər Gəncəliyeva, Elnur Rza, Nərminə Fətullayeva, Ramazan Babayev, Xumar Kərimli, Zərif Bəkirova çıxış edir. Layihənin kuratoru David Xorbaladzedir. Tamaşa Open Space | Vizual və Performans İncəsənət Mərkəzi (Tbilisi), Cənubi Qafqaz Sənədli Teatrlar Şəbəkəsi çərçivəsində yerli əməkdaş Ritual Mobil Teatr Laboratoriyası ilə birgə hazırlanıb.
"Ətrafda tez-tez eşidirik ki, Azərbaycanda incəsənət inkişaf etmir, yaxşı filmlərin, musiqilərin, tamaşaların çoxu Sovet vaxtı çəkilib. Sənətlə məşğul olan adamlara münasibət isə birmənalı deyil. Bu niyə baş verir? Yaxud insanlar niyə belə düşünürlər? Müasir sənətçilərin çətinlikləri nələrdir? Azərbaycanda incəsənətin ümumi vəziyyəti necədir? Gəlin, bu sənədli tamaşa vasitəsi ilə bir yerdə bu suallara cavab tapmağa çalışaq." - deyə müəlliflər qeyd edir.
Biletləri iticket.az saytından əldə edə bilərsiniz.
Müəllifin digər yazıları
12 mart tarixində Azərbaycan Dövlət YUĞ Teatrının “Birinci akt” tamaşasının premyerası baş tutub. A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış “Birinci akt” YUĞ teatrının banisi, Əməkdar incəsən...
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi, Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “Teatr 2.0: Ruh və kod” mövzusunda beynəlxalq tələbə elmi konf...
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...
Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavlovi&...
28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı i...
Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycan İncəsənət Məktəbi MMC-nin təşəbbüsü və "EMEDİA GROUP" Media Təşkilatının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq həssas kateqoriyalı gəncin ifasında sürreal...
Yorğun adamın sayıqlamaları
“İçimizdəki köləni damla-damla sıxıb çıxarmaq lazımdır”
Anton Çexov
Planlı yaşamaqdan yorulmuşam – demək istədim, xatırladım ki, heç vaxt planlı yaşamam...