“Azərbaycanda S.A.Qerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu (ВГИК) günləri. Dünyanın ilk kino məktəbinin 100 illiyi” layihəsi çərçivəsində 10 aprel saat 19.00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində Rusiyanın Xalq artisti Vladimir Fokinin Emalatxanasının diplom işi olan “Beş axşam” tamaşası nümayiş olunub. A.Volodinin əsəri əsasında hazırlanan tamaşada Veronika Dolina və Yuli Kimin mahnıları ifa olunur. Marina Lebedova (Tamara), Kirill Novışev (ilyin), Yevgeni Nevar (Slava), İrina Rura (Katya), Anastasiya Şukeviç (Zoya), Adam Nexay (Timofeev) çıxış edib.
Tamaşada Veronika Dolina və Yuli Kimin mahnılarından, rus şairlərinin şeirlərindən istifadə olunub.
Tamaşanın annotasiyasında yazılıb: “Nə də olsa, həyat zalımdır. Birini sındırır, digərini əzir” – bu sözləri pyesin qəhrəmanlarından biri olan Slavik deyir. Əlbəttə ki, həyat zalımdır, amma insanın həyatdan daha yaxşı heç nəyi də yoxdur. Məsələ yalnız onun necə sərf edilməsindədir. Yaşca məndən çox da böyük olmayan Slavik körpə ikən müharibəni, hətta blokada həyatını yaşayıb, amma öz taleyi müqabilində onu bu həyatda saxlamış bibisini anlaya bilmir.
Odur ki, bu günün gəncləri haqqında nə deyə bilərik ki… onlar üçün bizim müharibə Kulikov döyüşünə bənzəyir, müharibədən sonrakı illər “fokusdan kənar” qalıb, müxtəlif teleşoularda əks siyasi və sair qütblərin nümayəndələri bir-birini gəmirir.
Mənim A.Volodinin pyesini “mükəmməlləşdirmək” kimi bir niyyətim olmayıb. Məqsədimiz, ən azından, bu pyesin dərinliklərinə qədər enib mənasına çatmaq, gənc aktyorlara öz personajlarını mum muzeyi fiqurları kimi deyil, diri insanlar qismində görməyə yardımçı olmaq, onların ağrılarını dərk edib özününküləşdirmək, aza qane olmaq və ən əsası, onların sevmək bacarığını aşkarlamaqdır. Məhz bu, illərlə sağalmaq bilməyən sevgi insana bəxş edilən və ona müharibənin dəhşətindən, blokadanın cəhənnəmindən, Stalin repressiyalarının qarabasmasından keçmək və insan olaraq qalmaq üçün güc verən nəsnədir.
Tamaşaya parlaq mahnı və şeirlərini bəxş edən, bununla da nəzərdə tutulmuş ideyanın gerçəkləşməsində son dərəcə mühüm qatqısı olan Veronika Dolinaya və Yuliy Kimə dərin təşəkkürlərimizi, şeirləri ilə tamaşamızı bəzəyən rus şairlərinə ehtiramımızı çatdırırıq!”
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...