Bir neçə müddətdir ki, karantin müddətinin davam etməsi bütün sənət sahələrinə eləcə də, teatra öz təsirini göstərib. Lakin buna baxmayaraq Azərbaycan Dövlət teatrlarının bir neçəsi öz fəaliyyətini virtual formada davam etdirməyə, durğunluq yaşamamağa çalışırlar.
Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar İncəsənət xadimi Bəhram Osmanov İsmayıl İmanın "Balaca yaramaz məxluq" pyesi əsasında hazırlanan eyniadlı tamaşanın onlayn məşqini edib. Belə ki, tamaşanın quruluşuna karantin günlərindən əvvəl başlanılmışdı. Hazırda isə onlayn ünsiyyətlə tamaşa üzərində iş davam edir.
Qeyd edək ki, tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Şamxal Novruzludur. Tamaşada əsas rolları Əməkdar artistlər Nəsibə Eldarova, Gülər Nəbiyeva, İlham Əsədov, aktyorlar Elşən Hacıbabayev, Vahid Orucoğlu, Yasəmən Məmmədova, İlahə Əmirxanova, Araz Pirimov canlandıracaqlar.
Teatrın mətbuat xidmətinin məlumatına görə karantin günlərində teatrın əməkdaşları müxtəlif virtual proqramların vasitəsiylə ünsiyyət qurur yaradıcılıq müzakirələri keçirirlər.
Sumqayıt Dövlət Dram Teatrında isə 20 aprel tarixində xüsusi rejimli karantin günləri ilə bağlı kollektivin fəaliyyətinə həsr olunmuş videokonfrans keçirilib. Bu günlərdə teatr əməkdaşlarının fəaliyyətinin ev şəraitinə uyğun tənzimləməsi kimi mühüm məsələlər videokonfransın əsas mövzusu olub. Sahə və xidmət rəhbərlərinin qatıldığı online iclasda dünyanı cənginə almış koronavirus pondemiyası (COVİD-19) təhlükəsinə qarşı Azərbaycan dövlətinin operativ şəkildə qabaqlayıcı tədbirlər görməsi, sosial izolyasiya çərçivəsində “Evdə qal, sağlam ol” kampaniyasının uğurla aparılması diqqətə çatdırılıb. Teatrın direktoru Əməkdar artist Mübariz Həmidov sənət ocaqlarının onlayn çıxışlarının müsbət rezonans doğurduğunu söyləyib. Əməkdar artist bildirib ki, müasir texnoloji vasitələrin yaratdığı geniş imkanlardan bəhrələnərək, biz də özümüzün virtual repertuar planımızı qurmuşuq. “Sosial şəbəkələr üzərindən doğma tamaşaçılarımıza xidmət göstəririk. Karantin günlərinin ilk iki həftəsində tamaşalarımızın izlənmə sayı 10 tamaşa üçün 7258-dir”.
Xüsusi karantin günlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivinin də ev şəraitində ümumi fəaliyyətinin tənzimlənməsinin təşkili və bu qəbildən olan həlli vacib digər məsələlərin müzakirələrinə həsr edilmiş videokonfrans keçirilib.
Sahə rəhbərlərinin də iştirak etdiyi konfransda çıxış edən Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev ölkəmizdə koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması məqsədilə dövlət tərəfindən tətbiq edilən sosial izolyasiya tədbirləri ilə əlaqədar son günlərdə teatrın gördüyü işlərdən, "Evdə qal, sağlam qal" kampaniyası çərçivəsində təqdim olunan yeni-yeni layihələrdən danışıb.
O, Mədəniyyət Naziri Əbülfəs Qarayevin mövcud vəziyyətlə əlaqədar teatrların fəaliyyətinə həsr olunmuş onlayn toplantısında səsləndirdiyi tələb və tövsiyələri, eyni zamanda digər önəmli məsələləri konfrans iştirakçılarının diqqətinə çatdırıb. Akademik Musiqili Teatrın öz fəaliyyətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları və Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalara uyğun davam etdirdiyini bildirən Ə.Lalayev yaşı 65-dən yuxarı və qayğıya ehtiyacı olan teatr əməkdaşlarının problemləri ilə daha yaxından və mütamadi şəkildə maraqlandığını, eyni zamanda bu problemlərin həll edildiyini nəzərə çatdırıb. Teatrın günün tələblərinə uyğun müasir texnoloji vasitələrdən və beynəlxalq təcrübədən yararlanaraq, fəaliyyətini virtual qaydada davam etdirməsi, sosial şəbəkələr üzərindən teatrın repertuarında olan tamaşaların onlayn nümayişinin yüksək səviyyədə təşkil edilməsi barəsində məlumat verən direktor əməkdaşları yaranmış fasilədən səmərəli istifadə etməyə, yaradıcılıq axtarışlarının aparılması, yeni ideyalar üzərində düşünməyə, gələcəkdə teatrın fəaliyyətinin inkişafını daha da yaxşı təmin etmək üçün təkliflər hazırlamağa çağırıb.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...