25 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə Azərbaycan milli professional teatrının 150 illik yubileyinə həsr olunmuş «AZƏRBAYCAN TEATRI – 150 - ÜÇ ƏSRDƏN KEÇƏN TEATR» mövzusunda elmi-praktik konfrans keçirilib.
Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində keçirilən konfransda görkəmli teatrşünas-alimlər, sənət adamları və media nümayəndələri iştirak ediblər. İştirakçılar foyedə təşkil olunmuş sərgi ilə tanış olublar.
Konfransda Azərbaycan teatrının keçdiyi tarixi yoldan bəhs edilib, mövcud problemlər və perspektivlər müzakirə olunub, təkliflər səsləndirilib.
Tədbirdə Əməkdar incəsənət xadimi, professor İlham Rəhimlinin “Azərbaycan teatrı-150 - üç əsrdən keçən teatr”, Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadənin “Azərbaycan teatrı: uzaq proqnoz”, Əməkdar incəsənət xadimi, professor Əli Əmirlinin “Yeni dram, yeni dramaturgiya”, Əməkdar incəsənət xadimi, professor Aydın Talıbzadənin “Azərbaycan teatrı: külək və su”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarovun “Azərbaycan teatrının sosioloji mənzərəsi: problemlər, perspektivlər” və sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Elçin Cəfərovun “Köhnə teatr və təzə bazar: menecment və marketinq strategiyası” mövzularında məruzələri dinlənilib.
Çıxışlararası teatrın 150 illik tarixini əks etdirən videoçarx göstərilib.
Aida Qafarova
Azərbaycan TXİ-nin məsul katibi
Müəllifin digər yazıları
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi, Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “Teatr 2.0: Ruh və kod” mövzusunda beynəlxalq tələbə elmi konf...
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...
Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavlovi&...
28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı i...
Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycan İncəsənət Məktəbi MMC-nin təşəbbüsü və "EMEDİA GROUP" Media Təşkilatının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq həssas kateqoriyalı gəncin ifasında sürreal...
Yorğun adamın sayıqlamaları
“İçimizdəki köləni damla-damla sıxıb çıxarmaq lazımdır”
Anton Çexov
Planlı yaşamaqdan yorulmuşam – demək istədim, xatırladım ki, heç vaxt planlı yaşamam...
Fevralın 18-də Akademik Milli Dram Teatrının səhnəsində Füzuli Dövlət Dram Teatrının "Ruh" tamaşası nümayiş olunub.
Xalq yazıçısı Kamal Abdullanın eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu re...