Azərbaycan Respublikasının əməkdar rəssamı, Azərbaycan Rəssamlar İttifaqının, Teatr Xadimləri İttifaqının və Rusiya Rəssamlar İttifaqının üzvü, uzun illər Şəki Dövlət Dram Teatrında baş rəssam işləmiş Qüdrət Məmmədov 20 fevral 2021-ci ildə ömrünün 85-ci ilində vəfat edib.
Qüdrət Hacıbəy oğlu Məmmədov 1936-cı ildə Şəki şəhərində anadan olub. İlk təhsilini burada alan Q.Məmmədov, 1957-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini fərqlənmə diplomu ilə bitirib.
1964-cü ildə Xarkov Dövlət Rəssamlıq İnstitutunda ali təhsilini başa vurub və H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda müəllim kimi fəaliyyət göstərib. 1965-ci ildən 1970-ci ilədək Gəncə şəhərinin baş rəssamı olub. 1970-ci ildən 1973-cü ilədək Gəncə Rəssamlıq məktəbində müəllim kimi fəaliyyət göstərib.
1975-ci ildən Şəki Dövlət Dram Teatrında baş rəssam kimi fəaliyyətə başlayan Q. Məmmədov təqaüdə çıxanadək bu vəzifədə çalışıb. İşlədiyi bu uzun illər ərzində 140-dan artıq tamaşaya səhnə tərtibatı verib.
SSRİ-də keçirilən bolqar, macar, alman, rumın, çex dramaturgiyası festivallarında iştiraik etmiş, Stoyanovun “Ustalar”, Ş.Petefinin “Pələng və kaftar”, B.Brextin “Arturi Uİ-nin karyerası”əsərlərinə verdiyi tərtibata görə yüksək dərəcəli diplomlara layiq görülüb.
Bunlardan başqa, Azərbaycan və dünya klassiklərinin dram əsərlərinə orjinal tərtibatlar verib. Bunlara nümunə olaraq M.F.Axundovun “Vəziri Xani Lənkəran”, “Müsyö Jordan və Dərviş Məstəli Şah”, “Hacı Qara”, V.Şeksprin “Kral Lir”, “Romeo və Cülyetta”, “Yay gecəsinin yuxuları”, C.M.Quluzadənin “Dəli yığıncağı”, H.Cavidin “İblis”,”Knyaz”, Ç.Aytmatovun “Əsrə bərabər gün”, K.Çapekin “Ağ xəstəlik”, N.Hikmətin “Bayramın birinci günü” və s. kimi əsərləri göstərmək olar.
Qüdrət Məmmədov obrazlı düşüncə qabiliyyətinə malik rəssam idi. Tərtibatlarında rejissor ideyasının, tamaşanın ali məqsədinin estetik səciyyələri özünün ifadəli təcəssümünü tapırdı. Səhnədə məkan və zaman xronotopunun əsas prinsiplərini həssaslıqla gözləyirdi. Rəssam səhnəqrafiyanın klassik milli ənənələri ilə avanqard teatr estetikasını həssaslıqla qovuşdura bilirdi.
Tanınmış rəssam, mədəniyyət xadimi və səmimi insan Qüdrət Hacıbəy oğlu Məmmədovun əziz xatirəsi teatrsevərlərin qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...