Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi “Öyrədərək öyrənirəm” adlı ustad dərsləri layihəsinə start verir. Layihə çərçivəsində ilk tədbir Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, Azərbaycan Dövlət Pantomima Teatrının baş rejissoru Bəxtiyar Xanızadənin iştirakı ilə 10-14 yanvar 2022-ci il tarixlərində baş tutacaqdır.
Ustad dərslərinə peşəkarlardan, gənclərdən və tələbələrdən ibarət olan teatrşünaslar, aktyorlar, rejissorlar dəvətlidir.
10-11 yanvar tarixlərində keçiriləcək “Həqiqi hisslərlə yaşamaq azdır” adlı təlimdə yalnız aktyorlar, 13 yanvar tarixində keçiriləcək “Şekspirin Hamleti. Hamlet kimdir?” adlı təlimdə yalnız rejissorlar, 14 yanvar tarixində keçiriləcək “Teatr və mən – mən və teatr” adlı təlimdə isə yalnız teatrşünasların iştirakı nəzərdə tutulmuşdur.
Təlimlər Azərbaycan Dövlət Pantomima Teatrında saat 11-00-dan 13-00-dək davam edəcəkdir.
Giriş qeydiyyatladır.
Qeydiyyatdan keçmək istəyənlər müraciət formasını (https://forms.gle/GfQE5WEdebvfHX6n9 ) doldurmalıdır.
Müraciət üçün son tarix: 5 yanvar 2022-ci il
Əlaqə nömrəsi: 012-493-06-03
Email: em.aliyev@culture.gov.az
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...