Teatr rejissoru, Azərbaycanda ilk interaktiv dOM teatrının yaradıcısı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mədəniyyət Mərkəzinin direktoru Tərlan Rəsulov Azərbaycanı Budapeştdə keçirilən 10-cu MITEM Beynəlxalq teatr festivalında təmsil edəcək.
Qeyd edək ki, bu ilin aprel ayında Tərlan Rəsulov ölkəmizi Macarıstanda Beynəlxalq Teatr Olimpiadasında təmsil edən yeganə rejissor olub.
T.Rəsulov olimpiadada 50 ölkədən 750-dən artıq tamaşanın yalnız Budapeştdə deyil, həmçinin Macarıstanın digər şəhərlərində də nümayiş olunduğunu bildirib. Qeyd edib ki, olimpiada dörd ildə bir dəfə keçirilir.
Onun sözlərinə görə, Azərbaycanın da belə tədbirə ev sahibi olması arzuolunandır. Teatrın təcrid olma vəziyyətini aradan götürmək lazımdır. Azərbaycan teatrının bütün güclü tərəflərini digər ölkələrin teatr xadimləri və tamaşaçılarına təqdim etmək üçün bizdə hər bir – insan, maliyyə resursları, təşkilati imkanlar mövcuddur.
Teatr Olimpiadasının son akkordu kimi MITEM festivalı olacaq. Bu tədbirin zəngin proqramına teatr konfransı, disputlar və dəyirmi masa müzakirələri daxil edilib. Bundan başqa Fransa, Almaniya, Çexiya, Slovakiya, Gürcüstan və digər ölkələrdən əlamətdar tamaşaların, o cümlədən, Macarıstan milli teatrının nümayişi nəzərdə tutulub. 2014-cü ildə əsası qoyulmuş festivalın məqsədi Macarıstanı dünya teatr xəritəsinə daxil etmək və onu peşəkarları və teatrsevərləri özünə cəlb edən bir məkana çevirməkdir. Son illər ərzində festival çərçivəsində 30 ölkədən 200-dən artıq tamaşaya baxa biliblər. Teatr rejissoru və festivalın təsisçisi Attila Vinyanskinin sözlərinə görə, festivalın ən vacib məqsədi siyasətin məhv etdiyi mədəni körpülərin bərpasıdır. Onun dediyi kimi: “Biz öz milli teatr ənənəsini tapmaq və yeniləndirmək niyyətinə xidmət edən tamaşa və yaradıcı insanları axtarırıq”.
Mənbə: AZƏRTAC
Müəllifin digər yazıları
12 mart tarixində Azərbaycan Dövlət YUĞ Teatrının “Birinci akt” tamaşasının premyerası baş tutub. A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış “Birinci akt” YUĞ teatrının banisi, Əməkdar incəsən...
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi, Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “Teatr 2.0: Ruh və kod” mövzusunda beynəlxalq tələbə elmi konf...
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...
Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavlovi&...
28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı i...
Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycan İncəsənət Məktəbi MMC-nin təşəbbüsü və "EMEDİA GROUP" Media Təşkilatının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq həssas kateqoriyalı gəncin ifasında sürreal...
Yorğun adamın sayıqlamaları
“İçimizdəki köləni damla-damla sıxıb çıxarmaq lazımdır”
Anton Çexov
Planlı yaşamaqdan yorulmuşam – demək istədim, xatırladım ki, heç vaxt planlı yaşamam...