“Azərbaycan mədəniyyəti kontekstində Sabit Rəhman mətnlərinin semantikası”
mövzusunda Respublika elmi-praktiki konfransı haqqında
E L A N
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 4 mart 2021-ci il tarixində “Azərbaycan mədəniyyəti kontekstində Sabit Rəhman mətnlərinin semantikası” mövzusunda Respublika elmi-praktiki konfransı keçirməyi planlaşdırır.
Görkəmli yazıçı, dramaturq, senarist, tərçüməçi kimi dəyərli əsərlər yaratmış Sabit Rəhman XX əsr Azərbaycan ədəbiyyatının, həmçinin dramaturgiyasının, teatr və kino sənətinin inkişafında böyük xidmətlər göstərmişdir.
Konfransın məqsədi milli mədəniyyət tariximizdə xüsusi yeri olan ədibin çoxşaxəli yaradıcılığını bir daha, fərqli baxış bucağından tədqiqat müstəvisinə çəkmək, mətnlərinin semantikasını araşdırmaq, Azərbaycan mədəniyyətində Sabit Rəhman fenomenini şərtləndirən amilləri müəyyən etməkdir.
Bunu nəzərə alaraq, Sabit Rəhman yaradıcılığı ilə məşğul olan ədəbiyyatşünasları, kulturoloqları, incəsənət xadimlərini, sənətşünas alim və mütəxəssisləri, doktorant, dissertant və magistrantları konfransda iştiraka dəvət edirik.
Arzu edənlər iştiraketmə ərizəsini (Forma 1 doldurmaqla) və məruzəni (Forma 2-yə uyğun tərtib etməklə) elektron formada 20 fevral 2021-ci il tarixindən gec olmayaraq, aşağıdakı e-mail ünvanına göndərməklə konfransa qatıla bilərlər: sabitrahmankonfrans@gmail.com
Əlaqə telefonu: (050 344 70 88 (koordinator: Vidadi Qafarov); 077 295 15 00 (koordinator: Elçin Cəfərov).
Təşkilat komitəsi konfransın mövzu dairəsinə uyğun gəlməyən və tələblərə cavab verməyən materialları dərc etməmək hüququnu özündə saxlayır. Məruzənin qəbulu barədə məlumat 28.02.2021-ci il tarixinədək müəllifə ərizədə göstərdiyi ünvan vasitəsilə çatdırılacaq.
Qəbul edilmiş məruzələrin konfransdan sonra toplu halında nəşr edilməsi nəzərdə tutulur.
Konfrans haqqında elanın elektron formatı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin http://admiu.edu.az/ və konfransın informasiya dəstəkçisi http://www.teatro.az saytlarında tanış olmaq olar.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...