Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə 2025-ci ilin martın 10-dan 17-dək Milli Teatr Gününün 152-ci ildönümü münasibətilə 6-14 yaş arası uşaqlar üçün "1-ci Uşaq Teatr Festivalı" keçiriləcək. Bu unikal tədbir Azərbaycan xalq nağıllarının yaşadılması və yeni nəsilin mədəniyyətə marağının artırılması məqsədini daşıyır.
Festival çərçivəsində 15 komanda iştirak edəcək, hər bir komanda 10 nəfərlik heyəti keçmədən iştirak edə bilər. Komandalar tərəfindən təqdim olunacaq tamaşalar 20-35 dəqiqə davam edəcək və yalnız Azərbaycan xalq nağılları əsasında hazırlanacaq. Bu yanaşma, uşaqların milli irsimizə bağlılığını möhkəmləndirməklə yanaşı, onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməyə imkan yaradacaq.
Festivalın məqsədi mədəni irsimizi qorumaqla yanaşı, uşaqlara komanda şəklində işləmə bacarıqları qazandırmaq, səhnə mədəniyyəti ilə tanış olmalarına və öz istedadlarını nümayiş etdirmələrinə şərait yaratmaqdır.
Layihənin dəstəkçiləri və tərəfdaşları olan Kinderland, Ailəm Electronics və Ulu Çap mətbəəsi festivalın təşkilinə öz töhfələrini veriblər. Onların dəstəyi ilə bu festival gələcəkdə uşaqlar üçün mədəniyyətin ayrılmaz hissəsinə çevriləcək bir ənənə olacaq.
Layihənin ideya müəllifi Azərbaycan İncəsənət Məktəbinin direktoru Tural Əliyev, layihənin rəhbəri Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzin metodisti Dağlar Yusif Əfəndi, layihənin bədii rəhbəri Azərbaycan İncəsənət Məktəbinin təsisçisi Fərid Bağırov və layihənin kordinatoru Azərbaycan İncəsənət Məktəbinin meneceri Rübabə Hüseynovadır.
Azərbaycan İncəsənət Məktəbi festivalın təşkilində mühüm rol oynayaraq uşaqların yaradıcılıq potensialının üzə çıxarılması və mədəni irsimizin təbliği işinə töhfə verir. Məktəb həmçinin bu layihə vasitəsilə uşaqların teatr sənətinə olan marağını artırmağı hədəfləyir.
Festivalda iştirak etmək istəyən komandalar üçün qeydiyyat prosesi artıq başlamışdır.
Qeydiyyat üçün link: Qeydiyyat üçün link
Əlaqə: +994776074049
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...