Azərbaycan İncəsənət Məktəbində hər həftənin bazar günü tanınmış sənət adamları ilə görüşlər, ustad dəsrləri və təlimlər keçirilir. Bu vaxta qədər AİM-də Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru, prezident mükafatçısı Vüsal Mehrəliyevin “Vaxtanqov məktəbin əsasında aktyor və rejissor sənətinin prinsipləri” ustad dərsi, Teatr Xadimləri İttifaqının gənclər sektorunun müdiri Dağlar Yusifin “Müasir incəsənətdə aktyor sənətinin yeni formasiyaları”, Şukin adına Teatr İnstitutunun məzunu, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru Abdulla Elşadlının “Aktyor sənətinin biznes həyatınızdakı rolu”, Lənkəran Dövlət Dram Teatrının baş rejissoru Anar Babalının “Teatr rejissorluğunda müşahidənin rolu və önəmi”, Azərbaycan İncəsənət Məktəbinin təsisçisi və müəllimi Fərid Bağırovun "Aktyor sənəti və səhnə danışığı ixtisasları barədə" təlimləri və şair, yazıçı, kinodramaturq İlqar Fəhmi ilə görüş keçirilib. Azərbaycan İncəsənət Məktəbinin direktoru Tural Əliyevin məlumatına görə, bu layihələr gələcəkdə də davam etdiriləcək. Növbəti istirahət günündə AİM-də Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət" ordeni laureatı Nurəddin Mehdixanlı ilə görüş keçiriləcək. 4 sentyabr tarixində saat 15:00-da. Azərbaycan İncəsənət Məktəbində baş tutacaq görüşdə söhbət əsasən, aktyorun obraz üzərində iş prosesi mövzusu üzərində qurulacaq.
Tamaşaçılar həmişə səhnədən oyununu izlədikləri Nurəddin Mehdixanlını bu dəfə canlı görüb, onun sənət və teatr haqqında düşüncələri, səhnə təcrübəsi ilə yaxından tanış ola biləcəklər.
Görüşə qatılan iştirakçılara sertifikat verilir. Tədbirlərə giriş ödənişsizdir.
Müəllifin digər yazıları
“YUĞ” Dövlət Teatrı Azərbaycan teatrı tarixində ilk dəfə olaraq Meksika Birləşmiş Ştatlarında keçirilən 35-ci Kimera Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalında ölkəmizi təmsil edib. Bu münasibətlə iştirakç...
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...