Teatrın mətbuat katibi Cavid Zeynallı bildirib ki, səhnə əsəri onlayn şəkildə nümayiş olunub. Mətbuat katibi bildirib ki, 147-ci teatr mövsümü haqqında danışanda ilk növbədə Akademik Milli Dram Teatrına dövlət statusu verilməsinin 100 illiyinə həsr olunan təntənəli yubiley tədbirini qeyd etmək lazımdır: “Prezident İlham Əliyevin Sərəncamı ilə keçirilən yubiley tədbiri həm də onunla əlamətdar oldu ki, teatrımızın 21 əməkdaşı “Şöhrət” ordeni, “Tərəqqi” medalı, “Xalq artisti” və “Əməkdar artist” fəxri adları, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olundular. Mövsüm ərzində isə “Yaşar”, “Dəli yığıncağı”, “Şaxta baba və Beffan nənələr” tamaşalarının premyerası keçirilib. Təəssüf ki, koronovirus pandemiyası bütün sahələrə olduğu kimi teatr sahəsinə də öz mənfi təsirini göstərdi. Mart ayından etibarən teatr öz fəaliyyətini dayandırdı. Eduardo de Filipponun “Filumena Marturano” tamaşasının premyerası planlaşdırılırdı ki, bu premyera ölkədə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar qeyri-müəyyən vaxtadək təxirə salındı”.
O əlavə edib ki, xüsusi karantin günlərində Akademik Milli Dram Teatrı öz fəaliyyətini virtual şəkildə davam etdirib: “Mart, aprel, may və iyun ayları üçün virtual repertuar tərtib olundu və cari repertuarda olan, eyni zamanda teatrın arxivində olan tamaşalar “YouTube”, “Fecebook” platformaları və “azdrama.az” rəsmi internet saytı vasitəsi ilə nümayiş olundu. Sevindirici haldır ki, bu tamaşalar ölkə daxilində olan teatrsevərlərlə bərabər Amerika, Türkiyə, Rusiya, İsrail, İngiltərə, Almaniya və başqa ölkələrdə yaşayan soydaşlarımız tərəfindən də izlənildi.
Artıq teatr mövsümü başa çatdı. Karantindən sonra bizim teatrın ilk işi məşqləri yarımçıq qalan “Filumena Marturano” tamaşasının premyerası olacaq. Daha sonra tamaşaçılarımız çox maraqlı, məşhur əsərləri səhnəmizdə izləyə biləcəklər. İnanıram ki, koronovirus təhlükəsi tezliklə ölkəmizdən uzaqlaşacaq və Akademik Milli Dram Teatrı həmişə olduğu kimi növbəti teatr mövsümündə də öz fəaliyyətini böyük uğurlar üzərində quracaq, öz daimi tamaşaçılarını yeni premyeralarla sevindirəcək”.
Qeyd edək ki, Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.
Tamaşada rolları Xalq artistləri Kazım Abdullayev, Firəngiz Mütəllimova, Rafiq Əzimov, Hacı İsmayılov, Əli Nur, Ramiz Məlik, Əjdər Həmidov, Əməkdar artistlər Elxan Quliyev, Məsmə Aslanqızı, Elnar Qarayev, Aslan Şirin, Kazım Həsənquliyev, Elşən Cəbrayılov, Əminə Babayeva, aktyorlar İlyas Əhmədov, Ləman İmanova, Elnur Qədirov, Rada Nəsibova ifa edir.
Tamaşanın musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.
Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir.
O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...