Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin yaradılmasının 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova giriş sözü ilə açaraq öncə Azərbaycan milli peşəkar teatrının tarixi haqqında qısa məlumat verib. Ardınca bu tarixi özündə ehtiva edən, profilinə görə Yaxın Şərqdə yeganə olan Teatr Muzeyinin keçdiyi inkişaf yolundan, bugünkü fəaliyyətindən, habelə gələcək planlarından geniş söhbət açıb. Rəhbərlik etdiyi qurumun mədəniyyət ocağı olması ilə bərabər, elmi-tədqiqat sahəsinə də töhfələr verən unikal bir müəssisə olduğunu vurğulayıb.
Daha sonra qonaqlara muzeyin fondunda qorunan və muzey əməkdaşları tərəfindən hazırlanmış eksponatlardan ibarət videoçarx nümayiş olunub.
Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin kütləvi işlər üzrə müdiri Əfsanə Güləhmədova tədbir təşkilatçılarını, hər kəsi salamlayaraq, milli-mənəvi irsimizin qorunub saxlanılması, cəmiyyətə təqdim olunması və layiqincə təbliğini təmin etdiklərinə görə muzeyin direktoru başda olmaqla bütün muzey əməkdaşlarını təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb və muzeyin rəhbər heyətinə Fəxri Fərmanlar təqdim edib.
Tədbirdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov, Əməkdar incəsənət xadimləri, professor və sənətşünaslıq doktorları Məryəm Əlizadə, İlham Rəhimli, Xalq artisti, rejissor Mərahim Fərzəlibəyov, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, Xalq artisti Nurəddin Mehdixanlı, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru, Əməkdar mədəniyyət işçisi Zərifə Məlikova, C.Cabbarının ev muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Qəmər Seyfəddin qızı, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin drektoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdası, filologiya üzrə fəlsəfə doktoru Nəzakət Qafqazlı öz çıxışlarında muzeyin ictimaiyyət arasındakı nüfuzunu vurğulayaraq bütün muzey əməkdaşlarını yubiley münasibətilə ürəkdən təbrik ediblər.
Tədbir çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyorlarının ifasında musiqi nömrələri təqdim olunub.
Tədbirdə Azərbaycan Respublikası Mədəiyyət Nazirinin müavini Murad Hüseynov və nazirliyin əməkdaşları, elm və incəsənət xadimləri, muzey rəhbərləri, muzey əməkdaşları və media nümayəndələri iştirak ediblər.
Sonda xatirə şəkilləri çəkilib.
Müəllifin digər yazıları
12 mart tarixində Azərbaycan Dövlət YUĞ Teatrının “Birinci akt” tamaşasının premyerası baş tutub. A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış “Birinci akt” YUĞ teatrının banisi, Əməkdar incəsən...
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi, Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “Teatr 2.0: Ruh və kod” mövzusunda beynəlxalq tələbə elmi konf...
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...
Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavlovi&...
28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı i...
Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycan İncəsənət Məktəbi MMC-nin təşəbbüsü və "EMEDİA GROUP" Media Təşkilatının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq həssas kateqoriyalı gəncin ifasında sürreal...
Yorğun adamın sayıqlamaları
“İçimizdəki köləni damla-damla sıxıb çıxarmaq lazımdır”
Anton Çexov
Planlı yaşamaqdan yorulmuşam – demək istədim, xatırladım ki, heç vaxt planlı yaşamam...