Səməd Vurğun adına Azərbaycan Dövlət
Akademik Rus Dram Teatrının direktoru
Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyevə,
Baş rejissor, Xalq artisti Aleksandr Şarovskiyə
Hörmətli Ədalət müəllim və Aleksandr Yakovleviç!
20 dekabr 2020-ci tarixində Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının 100 yaşı tamam olur. Bu tarix təkcə sizin teatrın deyil, bütövlükdə Azərbaycanın müasir mədəniyyət tarixində əlamətdar bir hadisədir.
S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı 100 illik yubileyinə şərəfli tarixi yol keçərək gəlib çatıb. Dövlət Azad Tənqid və Təbliğ Teatrı adı ilə yaradılan səhnə ocağı, 1923-cü ildə Bakı Dövlət Rus İşçi Teatrı, 1937-ci ildə Azərbaycan Dövlət Qırmızı bayraqlı Rus Dram Teatrı, 1956-cı ildən etibarən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı kimi fəaliyyətini davam etdirib, 2019-cu ildə ölkə Prezidentinin Sərəncamı ilə Akademik statusuna layiq görülüb.
Yarandığı gündən tamaşaçıların sevimli məkanına çevrilən Teatr Azərbaycanın ictimai-mədəni həyatında fəal iştirak edib. Fədakar səhnə xadimlərinin əməyi, yaradıcılığı sayəsində truppa böyük uğurlar qazanıb. D.Qutman, A.İvanov, S.Mayorov, A.Ridal, A.Tuqanov, Y.Yaroslavski, K.Stepanov-Kolosov və b. rus rejissorları, İ.Hidayətzadə, M.Haşımov, M.Məmmədov, G.Güləhmədova, C.Səlimova kimi milli rejissorlar öz tamaşalrı ilə Azərbaycan teatrının inkişafında mühüm rol oynayıblar. Teatr öz aktyor truppası ilə də həmişə seçilib. P.Yudin, K.Myakişev, V.Şirye, K.Adamov, T.Tumarkina, A.Falkoviç, R.Ginzburq, N.Şaşıqoğlu, M.Dadaşov, F.Poladov Y.Baliyev və b. görkəmli sənətkarların yaratdığı obrazlar tamaşaçıların yaddaşına yazılıb. Bu gün truppada yer alan M.Yegizarov, L.Duxovnaya, M.Məhərrəmov, S.Mirzəhəsənov, R.Əmirbəyova, N.Şarovskaya, A.Mirqasımova və müxtəlif nəslə mənsub başqa aktyorlar A.Şarovski, İ.Tağızadə və başqa rejissorların cəsarətli quruluşlarında qoyulan ən mürəkkəb əsərlərdə maraqlı rollar ifa edirlər.
S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı həm kollektivi, həm də yaradıcılığı ilə Azərbaycanda tarixi ənənələrə malik multikulturalizmin, tolerantlığın, beynəlmiləlçiliyin nümunəsi və daşıyıcısıdır. Kollektivdə ölkəmizdə yaşayan demək olar ki, bütün xalqların nümayəndələri təmsil olunur. Dünyanın, Rusiya və Azərbaycanın klassik və müasir dramaturqlarının ən gözəl əsərləri teatrın repertuarını bəzəyir. Teatr hər zaman Azərbaycan milli dramaturgiyasının rusdilli auditoriyaya çatdırılmasına və təbliğinə xüsusi önəm verir.
Çox əlamətdardır ki, Teatrın 100 illik yubileyi xalqımızın, müzəffər ordumuzun Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağ torpaqlarının işğaldan azad olunması sevincini bizə yaşatdığı, Zəfər bayramını qeyd etdiyimiz günlərə təsadüf edir. Bu Qələbədə bütün Azərbaycan xalqı kimi S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı kollektivinin də öz payı var. Dünyanı bürüyən COVİD-19 pandemiyası səbəbindən Teatrın 100 yaşı təntənəli qeyd oluna bilməsə də Zəfər bayramı ilə üst-üstə düşməsi bu yubileyə xüsusi status verir və sevincini ikiqat artırır.
Hörmətli Ədalət müəllim və Aleksandr Yakovleviç!
Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutnun “Teatr, kino və televiziya” şöbəsinin əməkdaşları və şəxsən öz adımdan, Sizin şəxsinizdə bütün kollektivinizi Teatrın 100 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, artıq ikinci yüzildə hamınıza can sağlığı, gözəl tamaşalar və tezliklə canlı tamaşaçı alqışları arzulayıram!
Hörmətlə,
Vidadi Qafarov
AMEA Memarlıq və İncəsənət İnstitutu
“Teatr, kino və televiziya” şöbəsinin müdiri,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
Yazardan aid digər yazılar
Salam! Ay mənim sevimli tamaşaçılarım! “Sizi deyib gəlmişəm”! Gəlmişəm ki, 146-cı mövsümə başlamağımız münasibəti ilə sizi təbrik edəm, işlərinizdə uğurlar diləyəm, tamaşalarıma dəvət edəm. Gəlmişəm ki, bu ağır zəman...
Koroğlu yüzillərdir Qıratın belində, Misri qılıncı əlində, telli sazı ilə, sehrli sözü ilə nəğməkar bahadır kimi türk xalqlarının qəhrəmanlığını, azadlıqsevərliyini, haqsevərliyini, vətənpərvərliyini, insanpərvərliyini büt&uu...
“Salam...
...Bu gün ayın üçüdür, dünən ikisi idi, sabah ayın dördü olacaq...
...Günəşin bundan xəbəri yoxdu – çünki onunçün nə il var, nə ay var, nə də həf...
Nə olsun ki, festival Bakıda keçirilirdi? Bayram sevincindən əyalətlərdəki teatrlara da pay düşdü.
İkinci dəfə təşkil edilən “4.4. Qısa Tamaşalar Festivalı” bütün sənət cameəsini bir araya gətirməyi bacardı. ...
Sentyabrın 8-i Dövlət Gənclər Teatrının yaradıcısı, Əməkdar incəsənət xadimi, mərhum Hüseynağa Atakişiyevin doğum günüdür. 2006-cı il aprelin 9-da vəfat edən görkəmli rejissor yaşasaydı 69 yaşı tamam olacaqdı. Deməli, gə...
Onun əsərlərindən biri “Geriyə baxma, qoca” adlanır... O adamlar keçmişə boylanır ki, orada nəsə unutmuş olur. O, isə heç vaxt geriyə boylanmadı...
Çünki, orada heç nə unutmamışdı... çü...
On il əvvəl, hər il aprel ayının 4-ü İnqilab Kərimovun ad günü olardı... artıq on ildir ki, həmin günü İnqilab müəllimin anım günü kimi qeyd edirik. Bu il isə həm də görkəmli teatrşünasın 90 illik yub...
Salam, ey Milli teatro! Salam, ey əhli teatro! Gəlibən növbəti bayram, qutlayaq həpmizi burdan! Narahat olmayın heç siz, yaşayırsız yeni dövran, bu da bir tazə epoxa, bənzəyər fələki-çarxa, adına deyib korona, hər şeyi qoyub v...
“Alim olmaq asandır, insan olmaq çətin”... Yəqin ki, hamının eşitdiyi bu kəlam insanları, insanlığı dəyərləndirmək üçün ən çox işlədilən, ən qədim və ən dürüst məsəllərdəndir. Mən də bir elm s...
Bu gün fevralın 19-dur, 2021-ci ilin. Fevralın 27-də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında Operativ Qərargahın yaradılmasının, 28-də ölkəmizdə ilk koronavirus (COVİD-19) infeksiyasına yoluxma faktının bir ili tam...