Mədəniyyət Nazirliyinin Xocalı soyqırımının 29-cu ildönümünə həsr etdiyi tədbirlər planına əsasən Azərbaycan Dövlət Akademik Musiqili Teatrı faciə qurbanlarının əziz xatirəsinə ithaf olunan qısametrajlı filmlərlə “Xocalıya ədalət!” Beynəlxalq kampaniyasına qoşulublar.
Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevin bədii rəhbərliyi ilə hazırlanan layihə çərçivəsində çəkilmiş Samir Qulamovun "Əsirlikdən qayıdan lampa", Cavid İmamverdiyevin "Xocalıya ədalət", Anar Babalının "Məktub yetişdi", Ərtoğrul Kamalovun "Xocalı" qısametrajlı filmlərinin qayəsi mənfur düşmənlərin Xocalıda törətdikləri vəhşilikləri bir daha geniş kütləyə çatdırmaq olsa da, onlar bu dəfə mövzuya qalib xalqın nümayəndələri kimi yanaşıblar.
“Əsirlikdən qayıdan lampa” filmində qalib əsgərin illər sonra işğaldan azad olmuş Xocalı torpağında öz doğma evinə qovuşması səhnəsi göstərilir. Vaxtı ilə yaşadığı evlərindən tapdığı lampa onun itirilmiş illərini bir bir göz qırpımında geri qaytarır, xatirələrini oyadır...
“Xocalıya ədalət!” qısametrajlı filmində faciə qurbanlarının əziz xatirəsi “Ana harayı” abidəsi önündə anılır. Anma mərasimində iştirak edən bütün insanların qəlbindən sanki bu sözlər, bu nidalar keçir: “Ruhunuz şad olsun, əzizlərimiz! Qanınız yerdə qalmadı, qisasınız alındı!”
“Məktub yetişdi” qısametrajlı filmində bir məktəblinin ordumuzun əsgərinə ünvanladığı məktubdan bəhs edilir. Qələbə ruhlu müzəffər əsgər cavab məktubunda uşağın arzu və istəklərini yerinə yetirdiyini bildirərək onun körpə qəlbini sevindirir. Filmdə əsgər rolunu 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmuş Əliqulu Hüseynov canlandırıb.
“Xocalı” filmində də ötən illərin ağrı-acısı xatırlanır, Ali Baş Komandanın əmri, şanlı ordumuzun dəmir yumruğu ilə 44 günlük şanlı zəfər tariximizi əks etdirən qürurverici kadrlara xüsusi yer verilir.
Teatrın aktyorları – Mehriban Zaliyeva, Ruslan Mürsəlov, Nicat Əli, Güldanə Əzimova, Şaban Cəfərov, Hidayət Əliyev, balet artisti İnarə Kərimova və başqalarının iştirakı ilə çəkilən videoroliklərdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin törətdikləri dəhşətləri əks etdirən dəqiq statistik məlumatlar da yer alıb.
Akademik Musiqili Teatrının Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar hazırladığı bu filmlər fevralın 24-dən etibarən sosial şəbəkələrdə nümayiş olunacaq.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...