Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, professor Azər Paşa Nemətovun və teatr ictimaiyyətinin Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə MÜRACİƏTİ
Möhtərəm Prezident, cənab Ali Baş Komandan!
Qüdrətli dövlət rəhbəri və Ali Baş Komandan kimi Sizin rəhbərliyiniz altında yenilməz Azərbaycan ordusu bir neçə gündür işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı rəşadətlə mübarizə apararaq, əzəli dədə-baba torpaqlarımızın düşmən tacavüzündən azad olunması üçün böyük ruh yüksəkliyi ilə silaha sarılıb. Xalqa müraciətinizdə dediyiniz kimi, bu təxribat erməni faşizminin növbəti təzahürüdür. Azərbaycan ordusu Sizin rəbərliyiniz altında dünyanın ən güclü ordularından biri kimi zaman-zaman düşmən təxribatına layiqli cavab verib, şəhidlərimizin, mülki vətəndaşlarımızın qisası alınıb, onların qanı yerdə qalmayıb. Yenilməz Azərbaycan əsgəri, hərbçi və zabitlərimiz canları və qanları bahasına yeddi kəndimizi, bir sıra strateji yüksəklikləri düşməndən təmizləyib. Bütün beynəlxalq hüquq və normalarını tapdalayan faşist mahiyyətli düşmən ordusu cəbhə bölgəsində dinc sakinləri hədəfə alır, mülki obyektlərə zərbələr endirir. Lakin qeyrətli Vətən oğullarımız düşməndən bunun qisasını alır. Ermənistanın məhv olunan canlı qüvvəsi, sıradan çıxarılan hərbi texnikası bunun bariz nümunəsidir.
Möhtərəm Ali Baş Komandan!
Bu gün Azərbaycan Sizin və Birinci Vitse-prezidentimiz Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bütün sahələrdə öz qüdrətini dünyaya bəyan edir. Ordumuzun qələbələri məhz bu müdrik, məqsədyönlü siyasi iradənin nəticəsidir. Azərbaycan xalqı, o cümlədən mədəniyyət və teatr xadimləri Sizin - öz böyük sərkərdəsinin, böyük oğlunun ətrafında sıx birləşib, silahdaş kimi öz Ali Baş Komandanı ilə çiyin-çiyinə mübarizə aparır. Müharibə can və qan itkisi, qeyrətli Vətən oğullarının uca şəhadəti deməkdir. Lakin biz canımızı, qanımızı ana yurdumuz üçün, elimiz-obamız üçün fəda etməkdən çəkinmirik. Azərbaycan xalqı öz şəhidlərini qürurla qarşılayır, onları torpağa əmanət edib ruhları qarşısında baş əyirlər.
Bu şərəfli yolda bütün xalqımız, bütün teatr ictimaiyyəti Sizinlədir. Yaşımızdan, kişi və qadın olmağımızdan asılı olmayaraq ələ silah alıb Vətən yolunda şəhid olmağı özümüzə şərəf bilirik. Biz qələbə çalacağıq. Bütün Azərbaycan teatrları, eləcə də Şuşa teatrı öz tamaşalarını Qarabağda səhnələşdirəcək. Əminik ki, Tanrı Şuşaya üçrəngli bayrağımızı sancmağı məhz Sizin rəhbərliyiniz altında bizə nəsib edəcək. O böyük gündə hamımız bir yerdə olacağıq. Qələbə bizimdir, Qələbə Azərbaycan xalqınındır.
Qarabağ Azərbaycandır!
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...