I Müstəqil Teatrlar Festivalı tələbə-teatrşünas olaraq, bütün izləyicilərdə olduğu kimi, məndə də çox xoş təəssüratlar yaratdı. Festivalın proqramında xeyli maraqlı tamaşa var idi. Ancaq bu yazıda festivalın dördüncü günündə nümayiş olunan “Karnaval” tamaşasından söz açmaq istəyirəm. ADMİU-nun magistr tələbələrinin ifasında oynanılan tamaşa S.Mrojekin əsəri əsasında hazırlanmışdı (quruluşçu rejissor Gümrah Ömər). Mistik məzhəkə janrında olan bu tamaşa mövzusu, ideyası və aktyor oyunu ilə ilk səhnəsindən sonuna kimi tamaşaçının diqqətini səhnəyə yönəldə bilir. Tamaşanın və əsərin mövzusu dini-mifoloji rəvayətlərdən götürülüb. Tamaşanın əsas qəhrəmanları rəvayətlərdən tanıdığımız Adəm, Həvva, Lilit, İblis, Promotey, Keşiş və Təlxək idi. Adəm və Həvva, dini rəvayətə görə, ilk insanlardır. Adəm İslamda ilk insan və peyğəmbər sayılır, Həvva onun qabırğasından yaranan ilk qadındır və onun arvadıdır. Bu rəvayət, demək olar ki, mifologiyada da öz əksini tapır. Ancaq İslamdan fərqli olaraq, Tövratda ilk qadın və Adəmin birinci arvadı kimi Həvva yox, Lilit təqdim olunur. Adəm və Lilit bərabər yaranmışlar, buna görə də Lilit özünü Adəmlə eyni hesab edir və ona boyun əymək istəmir. Adəmi və Cənnəti tərk edib gedir. Tamaşada təsvir olunan Lilit obrazı şər qüvvələri təmsil edir. Mifologiyaya görə, Allaha asi olmuş və cənnətdən qovulmuşdur. Tamaşada Adəm və Həvva rəvayətlərdə olduğu kimi, mənən zəif, aciz təsvir olunub. Onlar öz nəfsləri və hissləri qarşısında acizdirlər, rahatlıqla yoldan çıxır, günah edirlər. Günaha aparan bu yolda İblis obrazı Adəm və Həvvaya yön verir, zəifliklərindən istifadə edərək onları günaha sövq edir. Beləcə, ilk insanlar İblisin oyuncağına çevrilirlər. Bu yolda Liliti İblisin köməkçisi hesab etmək olar. İblis Adəm və Həvvanı aldadır, yoldan çıxarır və günaha sövq edir. Beləliklə, ilk insanı, bir növ, məğlub edir və cənnətdən qovdurur. İblis tamaşa boyu hər zaman onların ətrafında, bir addımlığındadır.
Tamaşada digər bir obraz olan Promotey yunan mifologiyasına görə yarı insan, yarı allahdır.
O insanlara yardım etməsi və odu oğurlayıb onlara verməsi ilə tanınır. Təlxək obrazı əsərdə karnaval ab-havasını yaratmağa xidmət edir. Təlxək və Promoteyin, demək olar, heç bir monoloq və ya dialoqu yoxdur. Tamaşada Adəm və Həvva öz mənəvi və daxili zəifliklərinə görə bir-birinə xəyanət edir və günah işləyirlər. İblis onların bu zəifliklərindən istifadə etməklə Tanrı qarşısında ondan üstün tutulan insanı məğlub edərək daha güclü və üstün olduğunu sübut edir. Həvvanın İblislə münasibətdən sonra ana olacağını deməsi sonrakı insanların İblisin övladı olduğuna işarədir. Beləliklə, İblis nəinki ilk insanı, bütün bəşəriyyəti məğlub etmiş olur. Əsərin sonlarına yaxın İblis, əslində, günahın onda deyil, insanın özündə olduğunu, insanın nəfsi qarşısında acizliyini, çox asanlıqla günaha üz tutduğunu söyləyir. İblisin sözlərindən belə başa düşmək olur ki, insan çox aciz və günahsevər canlıdır. O özü günahı axtarır, İblis isə, sadəcə, ona yolu göstərir. Tamaşada iblis və insan münasibətləri mənə H.Cavidin “İblis” əsərini xatırlatdı. H.Cavidin əsərində İblis böyük fəlakətlərə, günahlara bais olur. Ancaq onun sözlərindən aydın olur ki, əsl əsl günahkar İblis deyil, insanlardır. Onların zəifliyi, acizliyidir. İblis onlara zorla heç nə elətdirə bilməz. O, sadəcə olaraq, günaha gedən yolu tapmaqda insana bir az köməklik edir. Bu baxımdan, hər iki əsərdəki İblis obrazı oxşarlıq təşkil edir. Əsərdəki Keşiş obrazı provoslav kilsəsini təmsil edir. Adətən, keşiş mənəvi qanunlarla yaşayan, dini qaydalardan kənara çıxmayan, digər insanlarla müqayisədə günahlardan uzaq təsvir edilir. Amma tamaşada təsvir olunan Keşişin vəzifəsi və əməlləri təzad təşkil edir. Keşişin adı İkonoborçu idi. Bu ad dinə qarşı olan deməkdir. O içki içir, dindən kənar hərəkətlər edir, Həvvaya göz dikir. İblis ona lazımsız olduğunu, onun günahlar sayəsində var olduğunu söyləyir. Keşiş də İblislə mübarizədə məğlubdur.
Rejissurada olan çatışmazlıq, zənnimcə, Promotey obrazı ilə bağlı idi. Obrazın, demək olar ki, heç bir replikası yox idi. ELə hesab edirəm ki, Promotey obrazı bir az qabarıq, ön planda olsa, daha yaxşı olardı.
Tamaşada maraqlı aktyor ifaları var idi. İblis obrazını canlandıran aktyorun ifası xüsusən diqqəti cəlb edirdi. Elə bil ki, rol aktyorun üstünə biçilmişdi. Xüsusi ilə rəqs səhnələrində aktyorun plastikası, üz cizgilərinin replikalarla harmoniya təşkil etməsi rola xüsusi bir canlılıq bəxş edirdi.
Festival, zənnimcə, gözləntiləri doğrultdu. Müstəqil Teatrlar Festivalı sayəsində teatr xadimləri və tamaşaçılar müstəqil teatrlarla, gənc kollektivlərlə, onların bacarıqları ilə yaxından tanış oldular. Bu festival sayəsində müstəqil teatrlarımız tamaşaçılara “Biz də varıq, buradayıq, sizin üçün çalışırıq” dedi.
Ümid edirəm, belə festivallar davamlı olacaq. Çünki festivallar bizim üçün, teatr üçün əsl bayramdır, karnavaldır…
Ayxan Kərimzadə
Tələbə-teatrşünas
Reklam
Yazardan aid digər yazılar
Builki Milli Teatr Günü ikiqat əlamətdar oldu. Martın 10-da Azərbaycan Teatr Xadimləri İttifaqında qurumun yaranmasının 125-ci ildönümü qeyd edildi. Eyni zamanda, əlamətdar yubiley münasibətilə ittifaqın nəzdində fəaliyy...
Müstəqil Şah Mat Teatrının yaradıcı kollektivi Türkiyənin Dənizli şəhərində keçirilən, ənənəvi "Beynəlxalq Teatr Festivalı"nda Azərbaycanı təmsil edib. Kollektiv, məşhur rumın dramaturqu Matey Vişnekin "Qoca kloun tələ...
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
25 iyun — A.P.Nemətov “Zəfər yolu”, saat 19:00
26 iyun — A.P.Nemətov “Zəfər yolu”, saat 19:00
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı
...
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni səhnə əsərinin məşqlərinə başlanılıb. Teatrın baş rejissoru, Əməkdar İncəsənət xadimi Mehriban Ələkbərzadə özünün müəllifi olduğu pyesə quruluş verir. Kod adı «V....
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi münasibətilə “ADMİU 99+” layihəsi çərçivəsində 22-25 iyun tarixlərində “PİLLƏ” Tələbə Tamaşaları Festivalı keçiriləcək.
...
Azərbaycanın Xalq artisti Sabir Məmmədov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Qızıl Femi” Festivalının “Tammetrajlı bədii filmdə ən yaxşı rola görə” nominasiyasında əsas mükafata layiq görül&uu...
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı növbəti dəfə “Mədəni gənclik” layihəsinə ev sahibliyi edib. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tələbələr M.F. Axundzadənin müəllifi olduğu “Sərgüz...
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
17 iyun — H.Həsənov “Qürbətdən gələn məktublar”, saat 19:00
18 iyun — E. De Filippo “Filumena Marturano”, saat 19:00
19 iyun — Elçin &ldq...
Bu gün böyük gülüş ustası, Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti, "Şöhrət” ordenli Hacıbaba Bağırovun anadan olmasının 90-cı ildönümüdür. Bununla əlaqədar Azərbayca...
Akademik Milli Dram Teatrında “Zəfər yolu” adlı tamaşanın möhtəşəm və təntənəli nümayişi oldu. Əsərin və tamaşanın müəllifi və quruluşçu rejissoru, Xalq artisti, professor Azər Paşa Nemətov, quruluşçu rəssamla...