Teatr nədir sualının cavabı çoxvariantlıdır və hər bir insan tərəfindən fərqli təfsir edilə bilər. Mən bu sualı öz aspektimdən cavablayacam. Onsuz da həyatdakı bütün sualların cavabı fərdi deyil ki?!
Teatr, mənə görə, özünüifadədir, bu özünüifadəni hər kəs fərqli düşünə bilər: aktyor, senarist, rejissor, tənqidçi. Teatr, bir növ, həyatı əks etdirmədir və bu yaxşı da ola bilər, pis də. Məsələn, Nabokovun “Lolita” romanı pedofiliyaya haqq qazandıran bir əsər olaraq düşünülür, halbuki bu, belə deyil. Bəzi mövzular real heyatda bizə çox absurd gəlməyə bilər, lakin peşəkar bir teatr tamaşası bizi tamamilə yanılda bilər. Bunu bir ağıl illüziyasi kimi də düşünə bilərsiniz.
Keçək mövzumuza: teatr. Sevda Şener “Dünəndən bugünə teatr düşüncəsi” kitabında teatrı “sənətin zəfəri” olaraq qiymətləndirir; “sevinc ilə hüznün təsirli münaqişəsi insanın duya biləcəyi ən şirin duyğudur və sənətin ən gözəl zəfəridir.” Məncə, bu, teatr nədir sualının ən qısa və ən dolğun cavabıdır: sənətin zəfəri.
“Sənətin zəfəri” tərifi mənə Cəfər Cabbarlının “Sevil” pyesini xatırladır. Bir çox qadın teatrda bu tamaşanı izlədikdən sonra çadradan imtina etmişdir. Təxmin etdiyiniz kimi, patriarxal və mühafizəkar bir cəmiyyətdə bu, həqiqətən, bir zəfərdir. Bu hadisədən çıxardığımız nəticə odur ki, teatr insanların üzərində böyük təsirə malikdir.
Teatr həyatla iç-içə bir sənət olduğu üçün insanlara o qədər də yad olduğunu demək bizi fərqli bir nöqtəyə yönləndirər. Dünyaya güzgü tutan bu illüziya insan davranışlarının təqlididir. Teatr, mücərrəd düşünmə bacarığı ilə insan yaradıcılığının vəhdətindən formalaşmışdır. Ritual formasında yaranan ilk teatr elementləri zamanla təkmilləşmiş, heç bir mərasimdən asılı olmayan müstəqil sənət növünə çevrilmişdir. Fikrimcə, bütün insanlıq bunun üçün minnətdar olmalıdır. Çünki, teatr bizə mövzulara başqa rakursdan baxmaq üçün imkanlar yaradır. Bəs, sizcə, biz görməyə hazırıqmı? Düşünürəm ki, yox! Çünki biz - insanlar Paulo Coelyonun dediyi kimi, hadisələri olduğu kimi yox, olmağını istədiyimiz kimi görməyə meyilliyik.
Kitablarla böyümüş biri olaraq demək istərdim ki, həmişə oxuduğum kitabları beynimdə teatr tamaşası kimi səhnələşdirmişəm və bu mənə qeyri-adi bir zövq verib. Bunu canlı izləmək isə ətlə şərab kimi olardı. Bildiyiniz kimi, insan adi yeməklə də doyur, ət və şərabla da. Şərab demişkən, Dionis və onu yaradan yunanlara da təşəkkür etməyi unutmayaq.
Gəlin, bir az da Azərbaycan teatrına nəzər salaq. Bir “gen z” təmsilçisi olaraq teatrın Azərbaycanda yaranması, inkişafı və sancılı dövrlərinə şahid olmamışam. Lakin mənə, həqiqətən, dərin duyğular hiss etdirən bir romandan bəhs etmək istəyirəm: “Söyüdlü arx”. İlyas Əfəndiyevin ilk romanı olmaqla yanaşı, ədəbiyyatımızda önəmli yer tutan bu romanda Nuriyyənin mədəni-quruculuq işləri üçün səyləri təqdirəlayiqdir. Buna başqa bir nümunə olaraq Oqtay Eloğlunu da göstərə bilərik. Təəssüflər olsun ki, cəmiyyətimizdə teatr həmişə bir addım arxada olmuşdur. Ümid edirəm ki, gələcək nəsillər məni bu cümləm üçün utandırar və teatrın layiq olduğu dəyəri ona bəxş edən bir cəmiyyətə şahid olarıq. Çünki Atatürkün də dediyi kimi: “Bir millət sənətdən və sənətkardan məhrumdursa, tam bir həyata malik ola bilməz. Belə bir millət bir ayağı topal, bir qolu çolaq, şikəst və əlil biri kimidir. Sənətsiz qalan bir millətin həyat damarlarından biri qopmuşdur.”
Teatr atmosferi insanlarda fərqli, hətta müəyyənləşdirilməsi mümkün olmayan hisslər oyadır və ya oyada bilər. Şekspirin dediyi kimi, “həyat bir teatr səhnəsidir və bizlər də aktyorları”. Sadəcə, bizim əlimizdə bir senari yoxdur ve rejissoru tanımırıq.
Yazardan aid digər yazılar
2023-cü ildə Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 ili tamam olur.
Azərbaycan teatrı XIX əsrin taleyüklü ictimai-siyasi hadisələri fonunda köklü dəyişikliklər baş verərkən böyük maarifçi Mi...
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 100 illik yubiley münasibətilə Pillə 2 Tələbə Tamaşaları Festivalına tamaşa qəbulu elan edir.
2023-cü il 5-9 iyun tarixlərində baş tutacaq Festival tələbələri yaradıcılığa ruhl...
27 yanvar tarixində YUĞ Dövlət Teatrında “Toy dəsgahı” tamaşasının növbəti premyerası keçirildi. C.Məmmədquluzadənin “Çay dəsgahı” əsəri əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Gü...
Azərbaycanın Əməkdar artisti Tünzalə Əliyeva uzun sürən xəstəlikdən sonra vəfat edib.
Tünzalə Əliyeva 1973-cü il fevralın 15-də Gəncədə anadan olub. 1990-1994-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Unive...
2023-cü ilin yanvarın 14-də milli teatrımızın görkəmli rejissoru və pedaqoqu Tofiq Kazımovun anadan olmasının 100 ili tamam oldu.
Azərbaycan teatrının ən istedadlı və yenilikçi rejissorlarından olan Tofiq Kazımov 1942-ci ildə Teat...
Son vaxtlar teatr məkanımızda yaranan tamaşalar haqqında o qədər qarışıq fikirlər səslənir ki, nəyin yaxşı, nəyin pis olması barədə fikir söyləmək belə çətinləşir.İndi hətta yaxşı olmayan hansısa bir işi, hansısa “zərurətdən” ...
В театральном мире Азербайджан в последнее десятилетие ассоциируется с Бакинской международной театральной конференцией. Баку был местом встречи выдающихся театральных деятелей, теоретиков и критиков театра, продюсеров, руководителей фестивалей, теат...
Rejissor Konstantin Soldatovun ustad dərsi baş tutub
Bakıda səfərdə olan rusiyalı rejissor, "Qızıl maska" mükafatı laureatı Konstantin Soldatov Ritual Mobil Teatr Laboratoriyasında aktyorluq üzrə ustad dərsi keçib. Rejisso...
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 yanvar tari...
Ritual Mobil Teatr Laboratoriyası təqdim edir:
14 Yanvar – “Avatar” Aktyor təlimi
16.00-19.00
1 saat – Təlim. Oyunçunun ruhunun axtarışı.
2 saat – Özünütəqdimat, özünə kən...