Ötən mövsümdə ölkənin teatr siması hesab olunan Akademik Milli Dram Teatrında üç premyeradan ikisində səhnəyə nəsr çıxdı. Ədəbi prosesdə poeziyanın və nəsrin kölgəsizndə gəzişən dramın artıq teatrda da yeri daralmağa başlayıb. 2017-ci ildə Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının motivləri əsasında hazırlanan “Qətibə İnanc” tamaşası ilə Milli Teatrın səhnəsində özünə yer qazanan nəsr ötən mövsümdə teatrın repertuarında Azərbaycan ədəbiyyatının cox da böyük olmayan siyahısında artıq üç yeri zəbt edə bilmişdi. Zamanının mütəfəkkir şairini cavabsız məhəbbətlə sevən hökmdar qadının eşq və intiqam hekayəsinin monotonlaşdırdığı səhnəni 2017-ci ildən bu günə qədər öz repertuarında daşıyan teatr sanki dramatik səhnə dərdində deyil, maraqlı material axtarışındadır. Teatr bu materialı janr, məzmun fərqinə varmadan hər yerdə arayır. Ötən mövsüm repertuarına daxil etdiyi dünya oxucusunun marağını qazanan “Əsrə bərabər gün” romanı və Azərbaycan oxucusunun böyük maraq göstərdiyi “Dantenin yubileyi” povesti də bu axtarışın nəticəsi kimi görünür.
“Əsrə bərabər gün” tamaşasında (rejissor Mehriban Ələkbərzadə) eyniadlı romanının təfərrüatları ilə dolu bir səhnə var. Və bu səhnə tamaşaçını üç saatdan çox bir zaman ərzində teatr zalında tutur. Romanda Qazanqapın dəfni hadisəsinin anlamı günü əsrə çevirdiyi kimi tamaşada da bu hadisənin epik lövhələri üç saat yarımlıq zamanı ilə çevirir. Əsərdə günü əsrə çevirən anlamın dərinliyidirsə, tamaşada səhnənin hərəkətsizliyidir. Əslində bu hərəkətsiz səhnədə hərəkətdə olan altmış ifaçı var və onlar səhnəni hərəkətli tutmaq üçün əllərindən gələni edirlər: gah Qazanqapın ortalıqda qalmış tabutunu ora-bura dartıştırır, gah da dərs zamanı müəllimlə mübahisə edə-edə stulları ilə sinifdə gəzişirlər. Bütün bunlar səhnəni səs-küyə bürüsə də, boranlıların dəmiryol stansiyasından Ana Beyit məzarlığına qədər uzanan hekayətinin donuq lövhələrini canlandıra bilmir. Romanın təhkiyə genişliyində hərəkət edən məzmun səhnə darlığında iflic vəziyyətə düşür. Bu vəziyyət yalnız “Əsrə bərabər gün” romanının ağırlığını daşıya bilməyən səhnənin deyil, ümumiyyətlə, getdikcə nəsrləşən səhnənin aqibətidir.
Doğudur, nəsrin, o cümlədən də poeziyanın ritmi səhnəmizdə həmişə güclü olub, hətta dramatizmi üstələyəcək qədər güclü. Bəlkə də, bu ritmin illərcə yığılan enerjisi doğurub bugünkü səhnəni və bugünkü səhnə dünənkindən daha epikdir. Əslində səhnənin hekayələşməsi yalnız səhnəyə çıxan epik əsərlərin yaratdığı hadisə deyil, həm də nəsrin mövzu-məzmunu, qəhrəmanları ilə dram adına iddia edən pyeslərin yaratdığı hadisədir. Teatrın repertuarında olan “Ah, bu uzun sevda yolu”, “Şükriyyə”, “Xurşidbanu Natəvan” pyeslərinin qəhrəmanları “Dantenin yubileyi” povestinin qəhrəmanı Feyzulla Kəbirlinskidən daha çox dramatik deyillər və yaxud onların məzmunu bu povestin məzmunundan daha az monoton deyil.
Əslində tamaşçıya romanlarda oxuduğundan, filmlərdə izlədiyindən, sosial platformalarda eşitdiklərindən fərqli məna-məzmun təqdim edə bilməyən dram teatra da səhnə mövzu-məzmununun fərqində olmamaq haqqı tanıyır. Odur ki, teatr həyatda və işdə özünü tapa bilməyən bir insanın faciəsinin tamaşa boyunca dəyişilməyən, sadəcə müxtəlif epizodlara dağılan məzmunu ilə (“Dantenin yubileyi” tamaşasında) tamaşaçının qarşısına çıxmaqdan çəkinmir. Doğrusu, tamaşaçı da bunun elə fərqində olmur. Çünki o, teatrın səhnəsində başqa platformalarda görüb oxuduqlarının təkrarını, yaxud da oxşarını görməyə o qədər alışıb ki, artıq səhnənin fərqini yalnız bilet alıb gedəcəyi başqa bir məkan, uzaqbaşı isə canlı ifa kimi görüb dərk edir. Düzdür, “Dantenin yubileyi” tamaşasında rejissor Ərşad Ələkbərov Kəbirlinskinin hekayəsini fəqrli formata keçirmişdir. Ancaq səhnə yalnız fərqli forma deyil, həm də fərqli məzmundur. Bu məzmunun yaranması isə mövzudan, onun seçimindən başlayır.
Dramaturq mövzunu doğru seçməyəndə pyes, rejissor bədii materialı yanlış seçəndə isə səhnə hərəkətsizləşir. Hətta hekayəni avtobusun təkərləri üzərinə qoyub səhnəyə çıxarsan (“Dantenin yubileyi” tamaşasında) belə, onu hərəkətə gətirə bilmirsən. Amma bu cür məzmunlar teatrlarımızın səhnələrini hekayələşdirə bilmişdir. Hekayələşən səhnədən isə ötən teatr mövsümündə yaddaşımızda qalan bu gün şəhərin küçələrində görmək imkanımızın olmadığı sarı rəngli PAZ avtobusu, bir də canlıda görməyi çox istədiyimiz dəvə oldu. Və Akademik Milli Dram Teatrı bizə onları görmək şansı verdi.
Müəllifin digər yazıları
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi, Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “Teatr 2.0: Ruh və kod” mövzusunda beynəlxalq tələbə elmi konf...
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...
Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavlovi&...
28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı i...
Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycan İncəsənət Məktəbi MMC-nin təşəbbüsü və "EMEDİA GROUP" Media Təşkilatının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq həssas kateqoriyalı gəncin ifasında sürreal...
Yorğun adamın sayıqlamaları
“İçimizdəki köləni damla-damla sıxıb çıxarmaq lazımdır”
Anton Çexov
Planlı yaşamaqdan yorulmuşam – demək istədim, xatırladım ki, heç vaxt planlı yaşamam...
Fevralın 18-də Akademik Milli Dram Teatrının səhnəsində Füzuli Dövlət Dram Teatrının "Ruh" tamaşası nümayiş olunub.
Xalq yazıçısı Kamal Abdullanın eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu re...