V söhbət: Dramın yenidən doğuşu
İtaliyanın kiçik bir şəhərində - Florensiyada doğan Renessans dünyanın dəngəsini dəyişəcək qədər böyük bir hadisə idi. Karl Marks bu hadisəni “Bəşəriyyətin o vaxta qədər yaşadığı ən böyük mütərəqqi çevriliş” adlandırmışdı. Antik yunanda doğan, Romada yaşayıb Romada da ölən Qərb təfəkkürü İtaliyada dirilməyə başlamışdı.
“Erkən intibah dövründə azad insan şəxsiyyəti ön plana çıxmışdı, o zamanlarda insanın birbaşa olaraq ilahiləşdirilməsi baş verirdi”(A.F. Losev). Renessançılar min ildir özünü Tanrının qulu kimi görüb dərk edən insana “sən ilahi varlıqsan” söyləməklə onu bəşəri inamdan şübhəyə gedən yolun astanasına çıxardılar və kortəbii inam dövrü bilmərrə olaraq arxada qaldı. Min illik sükunətdən sonra Avropa dərin ziddiyyətlər dönəminə qədəm qoydu: Qərb onu min il əsarətində saxlayan teosentrizm ilə özünün əzəli düşüncəsi olan antroposentrizim cəbhələrində qütbləşdi. İlk Renessans dönəmində birinci tərəf hələ çox güclü olsa da, ətrafında milyonları birləşdirsə də, onun sıraları getdikcə seyrəlməyə, qütbün o biri başında duranların sayı isə artmağa başladı.
Teosentrizmin Qərbdə güc qazanmasına baxmayaraq, o, Qərb təfəkkürünün məhsulu deyildi, bura Şərqdən sızmışdı və Qərb onun əsarətinə uzun əsrlər dözsə də, nəhayət ki, ona qarşı qüvvə doğura, özünəqaydış yoluna çıxa bildi. İtaliyanın kiçik bir şəhərindən -Florensiyadan başlanan bu yol getdikcə Avropanın digər bölgələrinə doğru uzandı, “işğalçı”nın qovulması prosesi qarşısıalınmaz bir dalğaya çevrildi.
Doqmatik təfəkkürdən demokratik təfəkkürə keçid erasının başlaması ədəbi mənzərəni də dəyişdi. “Orta əsrlər dövrü ədəbiyyatı xristianlıq və cəngavərliklə səciyyələnirsə, İntibah ədəbiyyatı sənət və elmin gəlişməsindən və humanizmin ortaya çıxmasından böyük ölçüdə təsirlənmişdir”. İlk zamanalarda Renessans ideyaları hələ toplumsallaşmamışdı, yalnız ayrı-ayrı şəxslərin düşüncələrində doğan və daşınan ideallar olaraq qalırdıı. Ona görə də bu ideyalar bu dönəmdə yaranışı üçün toplum zəkasının gəlişməsinin deyil, ayrı-ayrı ədəbi zəkaların yetişməsinin yetərli olduğu lirik və epik janrlarda ifadə olundu.
Antik yunan təfəkkürünə qayıdış edən bu yolun ilk yolçuları Leonardo da Vinçi, Mikelancelo, Rafaelllo kimi azmanlar idi ki, onların gördüyü iş Avropanı sükunətdən hərəkətə qoşa bildi. Renessansın ilkin dönəmində danışan və düşünən Avropanı sonrakı dönəmdə hərəkətlənən Avropa əvəz etdi. XV əsrdə Çexiyada Yan Qusun, XVI əsrdə Almaniyada Martin Lüterin, Fransada Jan Kalvinin dini islahatlar uğrunda mübarizəsi Avropanı dərin konfliktlər içərisinə soxdu. Kopernikin heliosentrik nəzəriyyəsi, bu nəzəriyyəni inkişaf etdirən Cordano Brunonun kəşf etdiyi ulduz sistemi, bu sistemin Qalileyin teleskopunda tapılan təsdiqi şübhə və inam dəngələrini köklü surətdə dəyişdi. Tanrı həqiqətləri şübhə altına düşməyə, insan zəkası isə inam qazanmağa başladı. Bununla da Renessans ideyalarının şəxslərdən kütləyə ötürülməsi, toplumsallaşması prosesi sürətləndi.
Antroposentrizmin, azad düşüncənin, demokratik görüşlərin, inkarçılıq əhvali-ruhiyyəsinin hərəkətə keçməsi konfliktləri tam olaraq dramatik müstəviyə yatırtdı. XVI əsr Avropasında minillik feodal-patriarxal düzəninə qarşı yeni yaranan burjua sinfinin mübarizəsi, Roma-katolik kilsəsinə qarşı protestantizmin güclənməsi, VIII Henrixin təkidi ilə ingilis kilsəsinin Roma-katolik kilsəsindən müstəqillik qazanması kimi hadisələin yaratdığı çəkişmələrin bədii ifadəsi üçün lirik və epik janrlar yetərsiz idi, dərinləşən bu konfliktlər özünü ifadə üçün daha hərəkətli müstəvi axtararkən İngiltərədə Şekspir dramaturgiyası doğdu. Şekspirşünas A.A.Smirnov Şekspir dövrünü “cəmiyyətin bütün təbəqələrində rejimə kəskin müxalifətin artması” tendensiyası ilə xarakterizə edirdi. Şekspir əsrindən sonrakı dönəmlərdə isə dini, siyasi diktələrə qarşı demokratiya savaşlarından, monarxiyaçılar və respublikaçılar qütbləşməsindən, azadfikirliliklə mühafizəkarlığın toqquşmasından doğan dramatizmin fonunda Avropa ədəbiyyatında Lope de Veqa, Molyer, Rassin, Kornel, Bomarşe, Volter, Şiller dramaturgiyası yetişdi.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...