"Yoxsa"nı kinoşünas Aygün Aslanlı deyəcək.
1. Ay, yoxsa gün? – Hər ikisi. Biri digərindən ayrı mövcud deyil.
2. Tənqid, yoxsa təhlil? – Təhlil. Çünki tənqiddən daha əhatəlidi və çoxqatlıdı.
3. Söz, yoxsa təsvir? – Çox güman ki, kinodan gedir söhbət. Təsvir. Amma sözləri də sevirəm.
4. “Albalı bağı”, yoxsa “Nar bağı”? – Konkret cavab verməyə məcburamsa, “Albalı bağı”, əlbəttə. Hərçənd bu iki filmi bir-biriylə müqayisə eləmək doğru deyil.
5. Fuad Poladov, yoxsa Ceyhun Mirzəyev? – Hər ikisi.
6. “Üç meymun”, yoxsa “Üç ifritə”? – “Üç meymun” olmasaydı, “Üç ifritə” də olmazdı.
7. Monoloq, yoxsa dialoq? – Dialoq, əlbəttə. Həqiqət diskussiyada üzə çıxır. Diskussiya isə monoloq formatında qeyri-mümkündür.
8. Lars von Trier, yoxsa Pier Paolo Pasolini? – Hər ikisi. Bu, müqayisə və ya seçim mövzusu deyil. Fərqli dövrlərdə yaşamış, yaşayan, fərqli estetikaya və fərqli kino dilinə sahib iki rejissordur.
9. Art-hause, yoxsa kommersiya? – Art-hause üstəgəl kommersiya.
10. Batman, yoxsa Supermen? – İkisi də eyni bezin qırağı deyil?
11. Cəfər Pənahi, yoxsa Əsgər Fərhadi? – Əsgər Fərhadi. Fərhadinin filmlərinin yozum spektri daha genişdir.
12. Don Kixot, yoxsa Don Juan? – Don Juan. Don Juanlara qarşı zəifliyim var.
13. Blue, yoxsa Red? – Qırmızı.
14. Gender, yoxsa feminizm? – Gender. Əslində, biri o birindən doğur və bir-birini izah eləyir.
15. Edip, yoxsa Elektra? - Medeya. Məncə, Medeya daha maraqlı obrazdı.
16. Hans Zimmer, yoxsa Ramin Djawadi? – Hər ikisinin film bəstəkarı olduğunu Vikipediyadan öyrəndim. Filmlərə baxanda bəstəkarların adına xüsusi diqqət yetirmirəm, doğrusu. Dinləyim, sonra cavab verərəm.
17. “Yeddi samuray”, yoxsa “yeddi cücə”? – “Yeddi samuray”. Hərçənd ikisi də eyni mövzunun fərqli variasiyalarıdı.
18. Ayaz Salayev, yoxsa Aydın Dadaşov? – Aydın Dadaşov. Hər ikisi çox sevdiyim müəllimim olub. Sadəcə, Aydın Dadaşovla bağlı heç vaxt məyusluq hissi keçirməmişəm.
19. “Kişi və qadın”, yoxsa “Gün keçdi”? – “Kişi və qadın”.
20. #imkanverinçəkək, yoxsa #çəkinimkanverək? – “İmkanverinçəkək” ki, çəkmək imkanımızın olub-olmadığını öyrənək.
21. Əhmədli, yoxsa 28? – Əhmədli. Şəhərə Əhmədlidən gedəndə yolda kitab oxumaq imkanım olur.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...