Amerika hindularının, yəni Amerikanın yerli aborigen tayfalarının folklorunda son dərəcə qutsal, günəş kimi şəfəqlənən bir deyim var ki, hər dəfə onu xatırlayanda nurlanıram, fərəhlənirəm, dünyanın ən xoşbəxt insanlarından biri oluram.
Çünki bu deyim vətən sevgisinin zirvə məqamını görükdürür.
Hinduların qəbilə müdrikləri söyləyirlər ki, “sən çörək yeyəndə vətən torpağını yeyirsən, sən su içəndə vətən torpağını içirsən”.
Bu o anlama gəlir ki, sən vətənlə birləşmisən, vətən torpağının şəkli olmusan, vətən sənin qanındadır, sənin damarlarınla vətənin torpağı axır, sən özün vətənsən, sənin bədənin vətəndir, sən vətən torpağısan və öləndə bu torpağa qarışmalısan. Ki, nəslin səni özünə vətən bilsin, sənin tapşırıldığın torpağı ziyarət yeri kimi qavrasın.
Allaha səcdə zamanı da insan alnını torpağa toxundurur, torpağa baş əyir, torpağa sitayiş eləyir.
Vətən məskəndir (A.Səhhət), məskunlaşma ərazisidir, üstündə gəzib-dolandığın torpaqdır; insanın yaşayışını tənzimlər.
Vətən mədfəndir (A.Səhhət), yəni altında uzandığın torpaqdır, əcdadların dəfn olunduğu məkandır; genetik yaddaşı kodlaşdırar, vətəni müqəddəsləşdirər, mərasimə, ayinə qapı açar.
İnsan öləndə doğma vətən torpağı onu tanıyır, özünkü bilir: bilir ki, balasıdır, qucaqlayıb bağrına basır.
Heç əbəsdən azərbaycanlılar demirlər ki, “torpaq adamı çəkir”.
Heç əbəsdən həkimlər də demirlər ki, hər kəs öz vətən torpağının yetişdirdiyi meyvələri yeməlidir; əks təqdirdə, zərər görər.
O zaman danılmaz bir həqiqətdir ki, vətən torpaq və insan vəhdətidir, torpaq və qan vəhdətidir.
İstərdim bu xüsusda bir qəribəliyin mənasını açım, məntiqini, düsturunu müəyyənləşdirim: dünyanın elə bir bölgəsi, elə bir dəlmə-deşiyi yoxdur ki, oradan tumluq bir erməni tapılmasın.
Amma paradoksal bir şeydir ki, onlar heç bir məmləkəti, hətta Ermənistanı belə özlərinə vətən sayıb rahatlana bilmirlər. Buna rəğmən harada olurlar olsunlar, orada permanent torpaq davası eləyirlər, hayqırıb bağırırlar, vətən qovğası çıxarırlar.
Ancaq heç vədə o torpaqlardan ermənilərə vətən olmur!
Soruşulur, niyə?
Çünki torpaq onları heç yerdə tanımır, özünkü hesab eləmir.
Odur ki, haylar dünyanın dörd bir küncünə yayılsalar da, özlərinə vətən qura bilmirlər. Hətta İrəvan torpağının özü də tanımır hayları.
Ermənilərin, həm mənəvi, həm geneoloji aspektdə, qaraçı olduqları bu sadə məntiqi düşüncədən bəllidir. Hərçənd qaraçılar ermənilərdən onunla fərqlənirlər, onunla üstündürlər ki, yaşadıqları dövlətlərdə aborigen xalqlarla torpağa sahiblənmək, yalançı bir vətən mifi yaratmaq uğrunda savaşmırlar.
Ona görə də Qarabağ haylara vətən ola bilməz: nə qədər çalışsalar da, torpaq onları xar eləyir, rəzil eləyir, özündən uzaq eləyir, adları dəyişməklə deyil ki... Onsuz da Qarabağ da, Arsax da bizimkidir: hər iki sözün etimologiyası onların türk mənşəli olduğunu isbatlayır.
Azərbaycanlıların torpaq sevgisi, vətən sevgisi elə bir miqyasda, elə bir miqdardadır ki, torpağın özü onları maqnit kimi çəkib aparır Qarabağa.
Torpaq bizi çağırır: ən əsası, fundamental olanı budur; çünki torpaq öz övladlarını tanıyır, azərbaycanlıları tanıyır.
Biz gəlirik, üçrəngli, ay-ulduzlu bayrağımızı dalğalandıra-dalğalandıra, torpaqlara paklıq gətirə-gətirə gəlirik, bir yumruğa dönüb gəlirik, sözümüzü tutub gəlirik, region üçün qurtuluş toxumları səpə-səpə gəlirik, torpaqları su aydınlığına çıxarıb gəlirik. Gəlirik, mininci, milyonuncu dəfə deyək ki, “Qarabağ Azərbaycandır, nöqtə, vəssalam”.
Oxşar yazılar
Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış Kor...
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qrupları 11-15 noyabr tarixlərində Rusiyada keçirilən 39-cu ÜDKİ (ВГИК) Beynəlxalq Tələbə Festivalında iştirak edib. Azərbaycanlı tələbələrin festivalda iştirakı ADMİU və ÜDKİ arası...
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
9 aprel
Elçin “Cəhənnəm sakinləri” saat 19:00
10 parel
B. Nuşiç “Nazirin xanımı” saat 19:00
11 aprel
İ.Əfəndiyev &ldq...
Koronavirus (COVID-19) təhlükəsinə görə Azərbaycandan olan tələbələr "QİTİS-Master Klass 2020" MDB ölkələrinin Teatr festivalında iştirak etməyəcək. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycan martın 14-dən 19-dək Moskvada ...
– Yəni teatr var ki?Öz günü-güzəranı, dərdi-çoru ilə əlləşən sadə adamın bu sadə görünən sualı hardan baxsaq çox ciddidir.Doğrudan da, bu gün teatr varmı? Onun bu cəmiyyətdə yeri nədən ibarətdir? Yəni və daha dəqiqi, fiziki olaraq deyil də, fəlsəfi o...
Bakıda noyabrın 22-dən 30-dək "Cəfər Cabbarlı Həftəsi" start götürür.Open.az xəbər verir ki, "Cəfər Cabbarlı Həftəsi" çərçivəsində paytaxt Bakı və Azərbaycanın bölgələrində fəaliyyət göstərən teatr truppaları çıxış edəcək. Yaddaqalan tədbirə Cəfər Ca...
28 iyul “Lyubimovka” gənc dramaturqlar festivalı şort-listini açıqlayıb. Buraya Bakı, Sofiya, Kiyev, Moskva, Peterburq, Ufa, Almatı, Nijnevartovska, Şahovskaya, Samara, Omsk, Minsk, Ryazan və Vladivastokdan olan müəlliflərin 24 pyesi daxil olunub.&nb...
Dünyanın məşhur teatr xadimlərindən biri, Bertolt Brextdən (Bertolt Brecht) sonra siyasi teatrın ən tanınmış nümayəndəsi, teatr sahəsində islahatlar etmiş şəxsdən – Auqusto Boaldan (Augusto Boal) yazacağam. Düşüncələri d&uum...
Nədənsə qardaş ölkə Türkiyədə baş verən yaradıcı proses bizə hər zaman maraqlı görünüb. Onların film, serial sektorunda birdən birə atdığı sürətli addım isə nəinki bizim sevgimizi qazanıb, dünya kinosuna öz dam...
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqı “British Council Azərbaycan”ın dəstəyi ilə “Yeni dudman” Müasir Dramaturgiya Müsabiqəsi elan edir.Müsabiqənin adı bu il 150 illik yubileyi dövlət səviyyəsində qeyd ed...