Lənkəran Dövlət Dram Teatrında Əbdürrəhim bəy Haqverdiyevin "Kimdir müqəssir?" vodevilinin motivi əsasında "Müqəssir" tamaşasının məşqləri davam etdirilir. Mistik komediya janrında olan səhnə əsərinin müəllifi B.Şukin adına Moskva Teatr İnstitutunun məzunu, Azərbaycan Akademik Rus Dram Teatrının aktyoru Abdulla Elşadlıdır.
Qeyd edək, ki, tamaşada rejissor müəllif kimi çıxış edib və Əbdürrəhim bəy Haqverdiyevin pyesində Mixail Bulqakovun "Master və Marqarita" əsəri ilə uzlaşmalar və eynilikləri aşkarlamaqla əsərə intertekstuallıq gətirib. 
 
Tamaşada Allah tərəfindən yollanılan Elçinin yanında Ə.Haqverdiyevin orijinal tekstində qeyd olunan Qasım bəyin evinin döşəməsindəki xalçanın üstündə toxunmuş pişik də gəlir (Pişik Begemot). Burada Elçi həm Voland (İblis, Mefistofel) və həm də Mələyin vəzifəsini özündə cəmləyir.
 
Ümumi hadisələr isə kinostudiyanın montaj otağında gecənin yarısında cərəyan edir. Səhnələr sanki Cut montaj üslubunda bir-birlərinə Tanrı tərəfindən (Ən böyük rejissor və montajçı) birləşdirilir.
 
Tamaşanın quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısıı Azər Hacıəsgərlidir. 
 
Elçi rolunu Azərbaycan Respublikasının Xalq artisti Qabil Quliyev, Qadın obrazını aktrisalardan Gülər Kərimova və Ayşən Əsədova, Kişi obrazını Saleh Əzimzadə, Pişik Begemotu rolunu Nizami Qurbanov canlandırırlar. 
 
Rejissorun açıqlamasına görə, tamaşanın premyerası iyun ayının axırları üçün nəzərdə tutulub.
Ağaddin BABAYEV
                        
                        
                        
                        
                        
                        
                        
                        
                            Müəllifin digər yazıları
                            
                                                                
                                    
                                    
                                        
                                            
                                            CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                             Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                             
          Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Bakı Uşaq və Gənclər Teatrı yeni  layihə həyata keçirməyi planlaşdırır.  “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində  kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            26 sentyabrda Bakı Uşaq və Gənclər  Teatrında 24-cü teatr mövsümünün  açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...