TEATRO

TEATRO

sənət portalı

post-title

Avropa Azərbaycan Məktəbində “Hamlet” faciəsi səhnəyə qoyulub

Avropa Azərbaycan Məktəbində növbəti dəfə teatr tamaşası hazırlanıb. Bu dəfə məktəbin beynəlxalq bakalavriat  üzrə təhsil alan məzunlarının və onuncu sinif şagirdlərinin ifasında Vilyam Şekspirin “Hamlet” faciəsi təqdim edilib. Tamaşa bir saatlıq  kompozisiya formasında ingilis dilində oynanılıb.

Tamaşanın rejissoru və səhnəqrafiyanın müəllifi Sara Kərimlidir. Baş qəhrəmanları Fəxri Malikov (Hamlet), Fərid Qəhrəmanlı (Klavdi), Leyla Əhmədova (Ofeliya), Nigar Məmmədova (Gertruda), Turan Həsənli (Horasiyo), Rüstəm Hacıyev (Laert), Rəşad Məmmədov (Kralın kabusu və Poloni) ifa ediblər. Digər rollar isə Nəriman Məmmədov, Kənan Hüseynli, Allahveran Allahverdiyev, Şəms Qasımova, Məhəmməd İsmayılov, Tural Abdulla, Gülsüm Cəfərova, Rəşid Əhmədov və İlyas Məsimovun ifasında təqdim olunub.

Tamaşa dəvətli qonaqlar və valideynlər üçün qapalı formada keçirilib.

Load Time (S) : 0.005391