“Astara bağları və ya sitrus terroru” tamaşası Rusiyada “Məktəb. Studiya. Emalatxana” festivalında nümayiş olunacaq.
Sankt-Peterburq şəhərində keçirilən “Məktəb. Studiya.Emalatxana” festivalı çərçivəsində Azərbaycanlı dramaturq İsmayıl İmanın yazdığı “Astara bağları” pyesi əsasında Gəncə Dövlət Dram teatrının baş rejissoru İradə Gözəlovanın hazırladığı “Astara bağları və ya sitrus terroru” tamaşası nümayiş olunacaq. 15 dekabr tarixində Bakı vaxtı ilə 18:00-da Sankt-Peterburqun “Masterskaya” teatrının kiçik səhnəsində göstəriləcək tamaşa eyni vaxtda internet üzərindən festivalın səhifəsində (Link: Teatr Masterskaya) canlı yayımlanacaq.
Bir terror aktı zamanı zamanı öldüyü güman edilən Rəsul Yaqubov 15 il sonra evinə dönür. Bu illər ərzində Astarada kiçik bir kənddə yaşadığını ailəsinə bildirən Rəsul gözlədiyi reaksiyanı almır. Uzun müddətdir ki, ailədə hər şey dəyişib və onun bu sürprizi heç də xoş qarşılanmır.
“Astara bağları və ya sitrus terroru” həyatdan müvəqqəti olaraq qopma, gündəlik rutindən, ailə, iş məsuliyyətindən qaçma istəyimizdən və inert varlığımızdan bəhs edən hekayədir.
Tamaşada rolları Anton Momot, Aleksey Vinnikov, Yuliya Vibe və Sergey Pankov ifa edir.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...