Əlixanın "Sonuncu şam yeməyi"ni nuşcanlıqla qəbul eləmədim nə yalan deyim. Film o deyil. Amma filmdə açıq aşkar görünürdü ki, din tənə obyektinə çevrilməyib. Ona məhz bu yöndən olan reaksiya, yəni "dinimizi alçaldırsan" ritorikası çox qorxuludur.
Təbii ki, "Şam yeməyini" yerə-göyə sığdırmayanlar, festivallara layiq bilənlər də ayrı bir dərddir. Görün necə bir mədəni böhranla, necə görməmişliklə üz-üzəyik ki, biri filmin dini təhqir elədiyinə inanıb od püskürür, o biri deyir bu, yüksək sənət nümunəsidir. Biri Əlixanın qanını axıtmağa müntəzirdi, o biri Əlixan uğrunda qan tökməyə. Sən də qalmısan iki odun arasında. "Sonuncu şam yeməyi" sadəcə əyləncədir, vəssalam. Baxdınız, güldünüz, qurtardı getdi. Di gəl bu filmə inanılmaz məsuliyyət yükləyənləri birtəhər ötüşdürmək olar. Amma Əlixanın dindarları alçaldığını düşünənlər təhlükədir. Hələ ki, dinc etiraz edirlər, amma münbit zəmin yaranacağı an bunun axırı "Sivas qətliamı"dır.
Bu yaxınlarda bir zamanlar məşhur "Aeroplan" filminin rejissoru Cim Abrahamsın müsahibəsini oxuyurdum. Müsahibədə maraqlı məqama toxunulur. Jurnalist belə bir sual verir ki, niyə komediya janrı ölüb? Həqiqətən mənim də diqqətimi cəlb edib bu məsələ. Son ən azı on il ərzində kulta çevrilmiş komediya yoxdur dünyada. Ümumiyyətlə bu janra müraciət edilmir demək olar. Rejissorun cavabı belə olub ki, müasir senzura (qeyri-rəsmidir bu senzura) müəlliflərin əlini qolunu bağlayıb. Zəncilərlə bağlı zarafat edirsən, o saat hay-küy qopur ki, irqçisən. LGBT fərdi ilə bağlı komik situasiya qurursan, o saat ittiham yönəlir ki, homofobsan. Yaxud müsəlmanı komik personaj kimi təqdim edirsən, o saat qan düşür ki, islamofobsan. Hələ feministlər də bir yandan problem təşkil edir. Bu şərtlərdə necə komediya çəkəsən?!
Bütün dünyada qəribə bir paranoya küləyi əsir. Mənə görə bunun kökündə sosial media durur. Çünki ondan əvvəl sıravi insanların baş verənlərə dair münasibətlərini bəyan etmək vasitələri yox idi. Şərait özü ona sıravi olduğunu daim hiss elətdirir, o da öz növbəsində bununla barışıq şəkildə yaşayırdı. Müasir virtual dünya isə adi insanlara status yazdırmaqla, ətrafına publika yığmaq imkanı verməklə onu vacib persona olduğuna inandırdı. XIV Lüdovikin ifadəsi ilə desək "dövlət mənəm" (leta se mua). Hamının əlinə bir tribuna keçib, hamı özünün "leta se mua"lığını elan edib, hamı durub ehkam kəsir, özü ağılda olanları bir yerə yığıb təşkilatlanır, virtual terror törədir, baykot, etiraz.
Nədir, ay balaca lüdoviklər?! Nə həşirdi?! Bu nə yersiz ciddiyətdir, ifrat dramatizmdir?! Mark Zaxarovun çox sevdiyim "Həmin Münxhauzen" ("Тот самый Мюнхгаузен") filmində demişkən, "ən böyük axmaqlıqlar ciddi simalarla görülür"
P.s Yazıya əlavə: İndicə bir nəfərin iradını gördüm, deyir ki, Əlixan üzr istəməməli, hesabat verməməli idi. Bununla çox pis ənənənin əsasını qoydu bəlkə də. Düz deyir. Camaat üzrxahlığa öyrəşib başlayacaq həmişə kaprizli davranmağa ki, ay dinim təhqir olundu, ay adət-ənənəm ələ salındı. Qocalar olure, bekarçılıqdan zəng edirlər polisə ki, qonşuda hay-küydü (halbuki ani olaraq kimsə gülməkdən qəşş edib), yaxud "məhəlləyə narkomanlar yığışıb" (halbuki sadə gənclərdi, söhbət edirlər). Bir dəfə tutuzdurub deyə başlayır yerdə qalan ömrünə bu cür şeylərlə "ekşn" qatmağa. İndi cəmiyyət də elə. Sən sənətçisən, nə düşünmüsənsə, onu da çəkmisən. Kim necə başa düşür, hara yozur öz problemidir.
Yazardan aid digər yazılar
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən Opera studiyasında 1 və 14 oktyabr tarixlərində saat 19:00-da dahi rus bəstəkar Pyotr Çaykovskinin "Qaratoxmaq qadın" operasının premyerası...
Gəncə Dövlət Dram Teatrı Tural Vaqifoğlunun quruluş verdiyi E. İoneskonun "Kral ölür" tamaşası ilə bu ilin oktyabr ayında Türkiyə Cümhuriyyətində keçiriləcək iki möhtəşəm Beynəlxalq Teatr festivalına dəv...
Teatr rejissoru, Azərbaycanda ilk interaktiv dOM teatrının yaradıcısı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mədəniyyət Mərkəzinin direktoru Tərlan Rəsulov Azərbaycanı Budapeştdə keçirilən 10-cu MITEM Beynəlxalq teatr ...
21 sentyabr 2023-cü il tarixdə Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının nümayəndələri Konfederasiya tərəfindən 2024-cü ilin may-iyun aylarında Qazaxıstanda (Alma-Ata) keçiriləcək MDB, Baltikyanı ölkələr və Gürc&...
ADMİU-nun Teatrşünaslıq ixtisasının tələbəsi, Teatro.az sənət portalının müəllifi Fatimə Qurbanzadə “Pillə 2” Tələbə Tamaşaları Festivalı çərçivəsində “Ən yaxşı məqalə” mükafatına layiq gör&uu...
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
17 sentyabr — M.F.Axundzadə “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, saat 19:00
21 sentyabr — Q.Çoxeli “Küknarlara məktub” (A.M.Şərifzadə səhnəsi),...
Görkəmli rejissor, aktyor, pedaqoq və nəzəriyyəçi, SSRİ Xalq artisti, sənətşünaslıq doktoru, professor, Vaxtanqov teatrının yaradıcılarından biri, yarım əsr Şukin məktəbinə rəhbərlik etmiş Boris Yevgenyeviç Zaxavanın "Vax...
Специально для Дискурса критик Эмилия Деменцова поговорила с автором метода спонтанной игры, создателем азербайджанского театра dOM Тарланом Расуловым о сути профессии и самосохранении в ней. Почему форма спектакля важнее содержания? Из-за чег...
Исмаил Иман: Произведение должно продолжать жить на сцене
В рамках образовательной программы фестиваля «Любимовка» в Бакинском театре марионеток прошло панельное обсуждение на тему «Современная драматургия в Азербайджане: где она...
Onun haqqında yazmağı lap çoxdan istəyirdim. Çünki hazırda peşəkar Azərbaycan teatrının ən işlək rəssamlarından, saysız quruluşları ilə seçilənlərindəndir.
Akademik Teatrın repertuarındakı bir çox fundamental səhnə...