Gənc aktyor Fərid Bağırov: “Sənət insanın həyat vərdişidi”
Şuşa Dövlət Musiqili Dram Teatrının aktyoru, bədii-qiraətçi, beynəlxalq müsabiqələr laureatı... Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin III kurs tələbəsi üçün yetərincə uğurlu göstəricidir. Müsahibim qısa zaman kəsiyində bu nəticələrə imza atmağı bacaran Fərid Bağırovdur.
-Bu sənətə həvəs hardan yarandı ? Bildiyim qədər ailənizdə incəsənət adamı olmayıb...
- Uşaq vaxtı ən böyük arzum polis olmaq idi. Televiziyada polislərlə bağlı hər dəfə hansısa bir kadrı göstərəndə özümü həmin polis əməkdaşının yerində təsəvvür edirdim. Öz-özümə fikirləşirdim ki, görən, nə vaxtsa məni də bu mundirdə televizorda göstərəcəklər? Belə xəyallar quran adam da heç aktyor olmaq istəyərmi? 2015-ci ildə Modellik Academy-də foto model nominasiyası üzrə müsabiqə keçirilən zaman ora qatıldım. Aktyorluğa həvəs də elə həmin çəklişlər zamanı yarandı, 11-ci sinifdə artıq bu sahə üzrə axtarışlar elədim. Nəhayət, özümü inandırdım ki, bu sahədə uğur qazana bilərəm. Sənədlərimi ADMİU-ya verən ili də xoşbəxtlik mənim tərəfimdə oldu və ali məktəbə qəbul edildim. Necə deyərlər, həyat təsadüfləri sevər. - Bəs, doğmalarınızın buna reaksiyası necə oldu?
- Valideynlərim incəsənət sahəsinin adamları olmasalar da, mənə tam dəstək oldular. Məlum məsələdir ki, əksər ata-analar istəyir ki, övladları maddi gəliri çox olan sahələrdə çalışsınlar. Bizim ailədə belə söz-söhbət olmadı, özüm də tam səmimi deyim ki, maddi məsələni çox düşünmürəm. Mənim fikrimcə, sənət insanın həyat vərdişidir, necə deyərlər, ikinci həyatıdır. - Qeyd etdiyin kimi, son anda aktyorluq sənətini seçdin, tələbəliyin ilk günləri sənin üçün çətin olmadı?
-Qəbul imtahanlarına hazırlaşanda bəzi araşdırmalar apardım, bu sənətə aid kitablar oxudum, öyrəndim. Özümü çox şanslı biri sayıram, çünki Mədəniyyət və İncəsənət Universitetində güclü sənət müəllimlərim var. Kurs rəhbərim Ruslan İsmayılov, səhnə danışığı müəllimim Nadir Hüseynov hər gün mənə ən doğru olanını öyrədirlər. Məhz belə insanların məsləhətlərinə, dəyərli fikirlərinə arxalanıb çətin yola çıxmışam. Müəllimlərimdən öyrəndiklərim hər gün səhnədə, çəkiliş meydançalarında köməyimə çatır.
Hələ tələbə olmağına baxmayaraq sənətdə müəyyən uğur qazana bilmisən. Polis olsaydın karyeran bəlkə heç belə alınmayacaqdı...
Mən özümə inanıram və səmimi deyim ki, polis də olsaydım, yenə uğur qazanardım. İnsan hansı sahədə çalışmasından asılı olmayaraq, gərək özünə inansın. Yalnız belə olanda istədiyinə çata bilərsən.
Yəqin ki, nə vaxtsa ya teatrda, ya da kinoda polis müstəntiqi rolunu oynamaq mənə nəsib olacaq. Onda uşaqlıq arzuma çatmış olacam. -Bədii qiraətçi kimi artıq müəyyən uğurlar qazanmısan. Gələcəkdə özünü tam bu sahə ilə bağlamaq fikrin yoxdur?
Əslində, daha çox dram-kino aktyoru kimi tanınmaq istəyirəm. Tarixə nəzər salsaq, görərik ki, görkəmli sənətkarlarımız Kazım Ziya, Həsən Əbluc, Həsən Məmmədov, Fuad Poladov teatr və kinoda böyük nailiyyətlər qazansalar da, bədii qiraətçi kimi də tanınıblar. Təbii ki, mən onları canlı görməmişəm, amma bu gün Nadir Hüseynov kimi ustad bədii qiraətçidən dərs alıram, ondan öyrənirəm. Deyilənə görə, bədii qiraət məndə heç də pis alınmır, tamaşaçının, dinləyicinin diqqətini çəkə bilirəm.
-Deyirlər ki, Nadir Hüseynov çox tələbkar müəllimdir. Sən onu bir pedaqoq kimi necə xarakterizə edərdin?
-Ümumiyyətlə, Nadir Hüseynov mənim üçün tək sənət müəllimi deyil, eyni zamanda həyat müəllimdir. Mən də daxil olmaqla əksər tələbələr Nadir müəllimlə dərdləşir, ondan məsləhət alırlar. Məncə hər pedaqoqda belə xüsusiyyət olmur. Nadir müəllim gözəl insani keyfiyyətlərə malikdir, ondan öyrənməli çox şeylər var.
Tələbə olduğun ali məktəbdə eyni zamanda dərs də deyirsən. Yaşıdlarına dərs demək sənə problem yaratmır ki?
I və II kurslara səhnə texnikasından dərs deyirəm. Deməzdim ki, bu hansısa bir problem yaradır. Əksinə, çalışıram ki, fürsətdən yararlanıb özüm də nələrsə öyrənim. Mənə etimad göstərən insanlara, xüsus ilə universitetimizin rəhbərliyinə, müəllimlərimə minnətdarlığımı bildirmək istəyirəm. Müəllim olmağın çətinliyini hər zaman hiss edirəm. İlk dərslərimi Nadir Hüseynov izlədi və tövsiyələrini verdi, dedi ki, səndə pedaqoqa lazım olan keyfiyyətlər var. Ustadımın bu sözləri məni daha da həvəsləndirdi, həm də məsuliyyətimi artırdı. Öz üzərimdə çalışıram, Rusiyanın bu sahə üzrə nüfuzlu ali məktəblərinin təcrübəsini, proqramlarını öyrənirəm. İstəyirəm ki, müəllimlərim kimi mən də tələbələrimlə dost olum. Gələcəkdə, inşallah, magistr təhsili alıb pedaqoq kimi fəaliyyətimi davam etdirim. Bu arzuma da çatacağıma əminəm.
-Ötən il Azərbaycanda “Nəsimi ili” kimi qeyd edildi, həm ölkədə, həm də xaricdə müxtəlif tədbirlər keçirildi. Həmin tədbirlər çərçivəsində Heydər Əliyev Sarayında Xalq artisti Firəngiz Əlizadənin “Nasimi passion” əsəri əsasında vokal-xoreoqrafik tamaşanın təqdimatı yadımdadır. Ölkə başçısının da iştirak etdiyi həmin tədbirdə səhnəyə çıxıb Nəsiminin əsərlərindən nümunə səsləndirdin. Həmin an hansı hisslər keçirdiyini bilmək maraqlıdır...
- Həyatımın ən xoşbəxt anlarından birini yaşayırdım. İlk dəfə idi ki, belə bir böyük səhnədə, möhtəşəm tədbirdə iştirak edirdim, dövlət başçısının qarşısında, belə deyək də, imtahan verirdim. “Nasimi passion” əsəri əsasında vokal-xoreoqrafik tamaşası həm 2019-cu il “Nəsimi ili”nə töhfə idi, həm də bu konsertlə “Nəsimi ili”nə yekun vurulurdu. ADMİU-dan çıxış etmək üçün məni və tələbə yoldaşım Ağaəli Kərimzadəni dəvət etmişdilər. İnanılmaz bir iş idi. İlham Əliyev və ölkənin digər mötəbər şəxsləri qarşısında səhnəyə çıxmalı, öz çıxışımızla tədbirin açılışını etməli idik. Hətta məşqlər zamanı da bu hiss məni tərk etmirdi. Şükr ki, Ağaəli də, mən də bunu bacardıq. Deməli, şans bizim tərəfimizdə imiş... - Həmin tədbirə quruluş üçün Sankt-Peterburq Balet Akademiyasının professoru, Rusiyanın Xalq artisti Edvald Smirnov dəvət olunmuşdu. Belə bir sənətkarla çalışmaq sənə nə verdi?
- Çox şey verdi, təbii ki. 20 yaşlı bir gəncin Rusiyanın Xalq artisti Edvald Smirnovla çalışması da böyük bir şans idi. Axı, belə fürsət hər gün ələ düşmür. Məşq prosesini maraqlı qururdu. Elə bir imkan yaradırdı ki, ağır məşq prosesində stressi də ata blək. - Eyni zamanda Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorusan. Peşəkar kollektivdə çalışmaq dəvəti kimdən gəldi?
- Teatrın baş rejissoru Loğman Kərimov məni sınadı və kollektivə qəbul etdi. Artıq bir neçə müddətdir ki, Şuşa Dövlət Musiqili Dram Teatrının aktyoru kimi çalışır, tamaşalarında rol alıram. Səmimi deyim ki, kolektiv elə ilk gündən məni mehribanlıqla qarşıladı, hamı yaxınlaşıb mənəvi dayaq durur, məsləhətini əsirgəmir. 20 yaşlı tələbə üçün peşəkar aktyorlarla bir kollektivdə çalışmaq, tamaşaçı qarşısına çıxmaq, sözsüz ki, həm xoşdur, həm də məsuliyyətdir. İnanıram ki, zaman keçdikcə bu teatrda maraqlı, yaddaqalan rollar oynayacaq, mənə bəslənən ümidləri doğruldacam.
- Ölkədə karantin dövrü olduğundan həm ali məktəblərdə dərslər dayanıb, həm də teatrların fəaliyyətinə fasilə verilib. Bəs, gündəlik həyatını necə keçirirsən?
- Mədəniyyət və İncəsənət Universitetdə “#EVDE QAL, ŞEİR SÖYLƏ” adlı IV Bədii qiraət müsabiqəsi keçirildi. Onlayn şəkildə keçirilən müsabiqəyə mən də qatıldım. Şərtə görə, evdə şeir söyləyib video şəkilində müsabiqənin müsiflər heyətinə göndərdik. Müsabiqənin təşəbbüskarı isə hörmətli rektorumuz Ceyrxan xanım Mahmudova idi. Tam şəffaf keçən müsabiqədə nitqin səlistliyi, aydınlığı, heca və məntiqi vurğuların düzgün ifadəsi, sözaltı mənanın çatdırılması, jest, mimika, səs tonu kimi meyarların əsas götürülürdü. Həmin müsabiqədə Əliağa Kürçaylının “Qəzəb” şeiri ilə çıxış etdim və birinci yerə layiq görüldüm.
Karantin müddətində öz üzərimdə işləyirəm, bədii əsərlər oxuyuram, evdə fərdi məşqlər edirəm. Ümumiyyətlə, gərək aktyor daimi öz üzərində çalışsın. Mən də çalışıram ki, bir gün də boş qalmayım. Bu günlərdə psixologiya ilə bağlı kitablar oxuyanda məlum oldu ki, psixologiyadan daha dərin “Thetahealing” adlı elm var imiş. Bu, şüuraltı meditasiya ilə bağlı bir elmdir. -İndi əksər gənclər daha tez tanınmaq üçün kinoya, seriala çəkilmək istəyir. Səndə də belə bir fikir var?
-Şöhrət, tanınmaq mənim üçün sonrakı plandadır. Özümü daha çox teatrda görürəm. Mənə görə, teatr sirli bir aləmdir. Məşq prosesini heç nə əvəz edə bilməz. Səhnədə olarkən tamaşaçı ilə üz-üzə qalmaq, o həyacanı yaşamaq gözəl hissdir. Kinoda bu ləzzəti almaq mümkün deyil. Ancaq şöhrət eşqi ilə aktyorluq sənətinə gələnlər heç nə əldə edə bilməzlər. Sən əziyyətə qatlan, səhnənin tozunu ud, şöhrət, pul, tamaşaçı sevgisi özü gəlib səni tapacaq.
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin yaradılmasının 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova giriş sözü ilə açar...
Akademik Milli Dram Teatrı dekabr repertuarı
1 dekabr-“İblis və…”-H.Cavid-19:00
3 dekabr-“Pələng”(A.M.Şərifzadə səhnəsində) “Xeyir xəbər”Sumqayıt Dövlət Dram Teatrının tamaşası Bölgə teatrlar...
Tələsik addımlarla keçir günlərimiz.
Bəli... Həmin gün mən “Qadınım”ı izləməyə tələsirdim. İnsan belədir, hər an nə isə üçün tələsir və zamanın qamçısı altında əzilir. Sahib olduqlarının dəyərin...
Rusiya Dövlət Dumasının deputatları dövlət teatrlarında vahid qiymət sisteminin tətbiqi ilə bağlı təşəbbüslə çıxış ediblər. “İzvestiya” qəzeti onların Rusiyanın baş naziri Mixail Mişustinə göndərdiyi məktuba ist...
Ötən 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin /ADMİU/ 100-illik yubileyi dövlət səviyyəsində qeyd olundu. Bununla əlaqədar müxtəlif tədbirlər keçirildi, universitetin əməkdaşlarına fəxri a...
O gecədən bir neçə gün keçir. Amma mənə elə gəlir, sanki hər şey dünən olub; təəssüratlar o qədər zəngin, o qədər müxtəlifdir ki, sosial şəbəkələrdə ta indiyə kimi həmin gecə haqqında söz-söhbətlər səngimir...
Xəbər verildiyi kimi Nicat Mirzəzadə Füzuli Dövlət Dram Teatrına baş rejissor təyin edilib.
Qısa arayış: Nicat Qərib oğlu Mirzəzadə 1991-ci il fevralın 14-ü İmişli rayonunda doğulub. 2008-ci ildə Azərbaycan Dövlət Mədəniyyət v...
Milli teatr düşüncəsindən Avropa teatr düşüncəsinə körpü salan, bununla da onların sintezinə nail olan çağdaş Azərbaycan teatrının görkəmli rejissoru Vaqif İbrahimoğlu ilə ilgili peşəkar düşüncəmdə ...
Tanınmış teatrşünas, yazıçı-jurnalist Yaqub Əlioğlu uzun sürən xəstəlikdən sonra 68 yaşında vəfat edib.
Yaqub Əlioğlu (Məmmədov) 1956-cı il avqustun 26-da Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. 1986-cı ildə M.Əliyev adı...
Hüseyn Cavidin “İblis” faciəsinin motivləri əsasında hazırlanan tamaşanın janrı fəlsəfi dekonstruktiv-metadramdır.
Yeni səhnə əsərinin quruluşçu rejissoru Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi M...