Milli dramaturgiyanın banisi Mirzə Fətəli Axundzadə xalqın maariflənməsinə böyük töhfələr vermişdir.
“Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukini-məşhur” əsərini dramaturq 1950-cı ildə yazmışdır. Bu komediya Axundzadənin maarifçi ideallarını əks etdirən ən məşhur dram əsəridir. Həyat həqiqətlərinin dolğun təsviri, obrazların canlı bədii inikası, xarakterlərin tipikləşdirilməsi baxımından bu əsər yazıçının başqa pyeslərindən fərqlənir. Əsərin əsas ideyası avamlığın və cadugərliyin tənqididir. Əsərdə iki tərəf, iki mühit arasında mübarizə gedir. Konflikt yazıçının maarifçi idealı ilə gerilik və avamlığın tərəfdarları arasında baş verir. Hadisələr Qarabağ vilayətində cərəyan edir. Əsər Şərəfnisə xanımın ağlaması ilə başlayır, Xanpərinin kişiləri aldatmaları haqqında fikri ilə bitir.
Müsyö Jordanun protitipi, o illərdə, əslində, elmi araşdırmalar üçün Zaqafqaziyaya gəlmiş Qarabağın florasını öyrənən Fransız təbiətşünası Aleksis Jordan (1814-1897) idi. Hətta ehtimal olunur ki, Mirzə Fətəli Axundzadə Fransız alimi ilə şəxsən tanış olmuş, onunla söhbət etmiş, bu da alimin bədii obrazını yaratmasına kömək etmişdir.
Axundzadənin belə tənqidi komediyalar yazmasının əsas səbəbi insanları maarifləndirmək, cahilliyi aradan götürmək istəyi iə bağlı idi. O, əsərlərində yeni siyasi və ictimai-iqtisadi münasibətlər fonunda Azərbaycan cəmiyyətinin mənzərəsini yaratmağa çalışırdı. Bu mənzərəni yaratmağın ən sınanmış yollarından biri də geridə qalmış Şərqlə inkişaf etmiş Qərbin müqayisəsi, iki fərqli mühitin qarşı-qarşıya qoyulmasıdır. Bunu yaxşı bilən Mirzə Fətəli “Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukini-məşhur” komediyasında da məhz bu üsuldan istifadə edir. Hətəmxan ağanın azərbaycanlılarla fransızları müqayisə etməsi bunun paralq nümunəsidir. Hətəmxan ağanın dediyi kimi,
- Biz əlimizə həna qoyarıq, onlar qoymazlar.
- Biz başımızı qırxarıq, onlar başlarına tük qoyarlar.
- Biz papaqlı oturarıq, onlar başıaçıq oturarlar.
- Biz başmaq geyərik, onlar çəkmə geyərlər.
- Biz əlimizlə yeyərik, onlar qaşıqla.
- Biz aşkara peşkəş olarıq, onlar gizlində.
- Biz hər zada inananarıq, onlar heç zada inanmazlar.
- Bizim arvadlarımız uzun libas geyərlər, onların arvadları gödək.
- Bizdə çox arvad almaq adətdir, Parisdə çox ər almaq.
Dramaturq Hatəmxan ağanın apardığı müqayisə ilə təkcə azərbaycanlılarla fransızları müqayisə etmir, o həmçinin iki mühiti, Qərblə Şərqi fərqləndirir. Məstəli şah buradakı qadınları aldada bilir, amma Paris qadınlarını aldada biməz. Çünki bu qadınlar tam fərqli mühitə aiddirlər. Müsyö Jordan da bu mühitin insanı deyildir. O, ağıllı və müasir fikirli olması ilə seçilir. Buna görə də o, Şərəfnisə xanımın, Hatəmxan ağanın və Parisə getməyə çalışan Şahbaz bəyin də sevgisini qazanır.
Komediyanın süjet xətti fransız dilini öyrənmək üçün Parisə getmək istəyən Şahbaz bəylə onun qarşısını almağa çalışan milli ictimai mühit və bu mühitin güvəndiyi mövhumatçı qüvvələr arasında təzad üzərində inkişaf edir. Şahbaz bəyin Parisə getməsinin qarşısını almaq üçün Şəhrəbanu xanım caduya müraciət edir. Xanpərinin vasitəsi ilə məşhur Məstəli şahı tapdırır. Bu zaman Şərəfnisənin reaksiyası maraqlıdır. Gənc qız nişanlısının Parisə getməsinin qarşısını ala biləcək bir qüvvənin tapıldığına sevinir və deyir: “Yox olsun o ölkə ki, onda cadu, pitik olmuya”. Təsadüf yalanı həqiqətə, fırıldaqçını sehirbaza çevirəndə Şəhrəbanu xanım belə deyir: “...kişilər həmişə bizə deyirlər: “caduya, pitiyə inanmayın! Necə inanmamaq olar ki, adam gözü ilə belə işlər görür?”
Müsyö Jordan elm adamı olsa da, mənsəb və şöhrət pilləsi ilə yüksəlməyin yollarını bilir. Bu yolları səmimiyyətinə görə sevdiyi Şahbaz bəyə də öyrətmək istəyir. O, beynəlmiləlçidir, başqa millətlərə, onların adət-ənənəsinə hörmət edir. Eyni zamanda, vətənpərvərdir, Fransada fəlakət xəbərini eşidən kimi getməyə hazırlaşır.
Dərviş Məstəli şah özü cadugər olmadığını çox yaxşı bilir, insan psixologiyasına, xüsusən, yaşadığı mühitin qadınlarının dünyagörüşünə yaxşı bələd olduğundan onları öz təsiri altına sala bilir.
Şahbaz bəyin simasında Axundzadə yeni həyat, yeni adətlər barədə düşünən, Qərb mədəniyyəti ilə tanış olmağa meyil göstərən, yeni fikirli Azərbaycan gənclərini canlandırmağa çalışır.
Həm Şərəfnisə, həm Şəhrəbanu avamlığı ucbatından Məstəli şahın yalan cadularına ürəkdən inanır, onun Qarabağda oturub, Parisi partladacağına ümid bəsləyirlər. Pyesin gülüş doğuran mahiyyəti də bundadır: qadınlar öz qələbələrinin arxasındakı məğlubiyyətlərini görə bilmirlər, aldandıqlarını dərk etmirlər.
Məstəli şah hiyləgər, fırıldaqçı, camaatın, xüsusən, qadınların avamlığından sui-istiadə edib meydan sulayan tüfeyli dərvişlərin ümumiləşdirilmiş surətidir. Ümumiyyətlə, bütün yaradıcılığı boyu fırıldaqçı, kimyagər, cadugər, münəccim, vəkil obrazlarını yaradan Mirzə Fətəli Axundzadə bu obrazların daxili aləmini, əsasən, elə onların öz dili ilə açır. Dramaturq Məstəli şahın əsil simasını da öz köməkçisi Qulaməli ilə söhbəti zamanı açıb göstərir.
Müsyö Jordan və Məstəli şah obrazları bir birinin əksi olan obrazlardır. Müsyö Jordan elmli, bilikli, humanist, Məstəli şah isə hiyləgər, fırıldaqçı biridir. Qadınların dərviş Məstəli şaha inanmasının səbəbi onların cahilliyidir. Qadınların cahilliyi isə o dövrün mühitindən qaynaqlanır. Bu qadınları asanlıqla aldatmaq olar. Mirzə Fətəli Axundzadə, xüsusən, bu iki insanı əsərdə qarşı-qarşıya qoyub ki, cahilliyi, avamlığı tənqid etsin, bu mühitin insanlarının gözünü açsın. Bu komediyada yeniliklə köhnəliyin mübarizəsi çox inandırıcı dramatik səhnələrdə təsvir edilmiş və müəllif əsərin ideyasını böyük uğurla tamaşaçılara çatdıra bilmişdir.
Mustafa Kamal Atatürkün dediyi kimi, “Biz cahil dediyimiz zaman, məktəbdə oxumamış olanları nəzərdə tutmuruq. Nəzərdə tutduğumuz elm həqiqəti bilməkdir. Yoxsa oxumuş olanlardan ən böyük cahillər çıxdığı kimi, heç oxumaq bilməyənlərdən də həqiqəti görən gerçək alimlər çıxa bilər”.
Gördüyümüz, bildiyimiz insanlar arasında həm cahil, həm ağıllı insanlar var. Təhsil hər kəs üçün önəmli və vacib məsələ olsa da, ağıl təhsildən üstündür. Çümki ağıllı insan hər zaman öndədir.
Tomas Qrey ironiya ilə “cahillik xoşbəxtlikdir” deyirdi. Mən, bir növ, bu fikirlə razıyam. Hər şeyi bilmək də insana “ziyandır”. Cahil insanlar bilmədikləri ilə xoşbəxt olanlardır. Məhz bu cür cahil insanlar özü-özünə düşməndir, onların özgə düşmənə ehtiyacı yoxdur.
Məhəmməd peyğəmbər deyirdi ki, “cahil bir şəxs ya ifrat edər, ya da geridə qalar”. Dramaturqların, yazıçıların bu mövzuya toxunmalarının əsas səbəbi insanları, cəmiyyəti uçurumdan xilas etmək istəyi ilə bağlıdır. Mirzə Fətəli Axundzadənin komediyaları da məhz bu maarifpərvər ideyaya xidmət edir.
“Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukini-məşhur” komediyası həm məzmununa, həm də sənətkarlıq xüsusiyyətlərinə görə yeni və müasirdir. Əsər öz əhəmiyyətini bu gün də saxlamaqdadır.
Arzu Qəmbərova
Tələbə-teatrşünas
Yazardan aid digər yazılar
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləti İttifaqının təşkilatçılığı ilə "QONAQ TEATR" layihəsi çərçivəsində növbəti iştirakçı qardaş Türkiyədən olacaq. Antalya...
Akademik Milli Dram Teatrı IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda təmsil olunub. Forumda 73 ölkədən nümayəndə heyəti, eləcə də 30 ölkənin mədəniyyət nazirləri iştirak edib.
Forum çərçivəsində teatr sə...
Bu günlərdə başa çatan I TÜRKSOY Beynəlxalq Teatr Festivalı həm türkdilli ölkələrin müasir teatr prosesini və ona inteqrasiyasını müəyyənləşdirmək, həm də beynəlxalq teatr ictimaiyyətində əməkdaşlıq &u...
Tezliklə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Türk dünyasının tanınmış yazıçı-dramaturqu Tuncer Çüçenoğlunun "Matroşka" pyesi əsasında "Qadınım" tamaşasının premyerası olacaq.
M...
Noyabrın 16-da Sankt-Peterburqda IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunun açılışı olub.
Forumda 73 ölkədən nümayəndə heyəti, eləcə də 30 ölkənin mədəniyyət nazirləri iştirak edir.
Noyabrın 18-dək dava...
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləti İttifaqının təşkilatçılığı ilə "QONAQ TEATR" layihəsinin növbəti iştirakçısı Naxçıvan Dövlət Milli Dram Teatrı olacaq. Teatrın koll...
Akademik Milli Dram Teatrının laboratoriyasının “Son xətt” tamaşası təqdim olunub.
Tamaşanın nümayişindən əvvəl teatrın bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə çıxış edib. O, 8 Noyabr – Zəfər G&u...
Bakı Uşaq və Gənclər Teatrı Şanlı Qələbəmizin üçüncü ildönümü münasibətilə 1-3 noyabr tarixlərində “Bir teatr-bir festival” layihəsi çərçivəsində “3+3=7” festivalını ke&c...
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Səmərqənd Vilayət Musiqili Dram Teatrı arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Hər iki teatrın rəhbəri – Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev və Özbəkistanın ...
Azərbaycanda CHARACTERS Müasir Dramaturgiya Festivalı keçirilir. İsveçrə İnkişaf və Əməkdaşlıq Təşkilatının dəstəyi ilə, dramaturq İsmayıl İmanın təşkilatçılığı və kuratorluğu ilə həyata keçirilən layihənin tərəfdaşla...