TEATRO

TEATRO

sənət portalı

post-title

Aqşin Babayev vəfat etdi

Əməkdar jurnalist, yazıçı-dramaturq Aqşin Babayev dünyasını dəyişib. 

“Teatro.az” xəbər verir ki, o, bu gün 83 yaşında vəfat edib. 

Bu barədə yazıçının oğlu Gündüz Babayev məlumat yayıb.  O, sosial şəbəkədə atasının fotosunu paylaşıb, yazılan başsağlıqlarını qəbul edib.  

Aqşin Babayevin dramaturq kimi ilk əsəri tələbəlik dövründə 1955-ci ildə tamaşaya qoyulub. "Əlin cibində olsun", "Şeytanın yubileyi" pyesləri Musiqili Komediya, Rus Dram, Gənc Tamaşaçılar, Bələdiyyə, Sumqayıt Musiqili Dövlət Dram teatrlarında oynanılıb. Onun ssenarisi əsasında telefilmlər çəkilib. 
A.Babayevin Heydər Əliyevə həsr olunmuş  “Xilaskar”, “Oğul”, “Olmuş əhvalat” və s. dram əsərləri Türkiyədə, Gürcüstanda, Dağıstanda nümayiş etdirilib, telepyesləri televiziya kanallarında göstərilib. O, xarici ölkə dramaturqlarının əsərlərini (P.Terensinin “Qardaşlar”, H.Tanerin “Keşanlı Əli dastanı” və s.) dilimizə çevirib.

Load Time (S) : 0.000400