“Teatr və Əkizi” kitabının “Ön söz”ü
Həyatımız itib yox olanda belə, mədəniyyət və sivilizasiyadan heç bu qədər söz edilməmişdi. Geniş şəkildə həyatın çöküşü və bunun səbəb olduğu gündəlik cəsarət yoxluğuyla, həyatı yönləndirmək üçün var edilmiş və heç bir vaxt həyatla uyğunlaşmamış bir mədəniyyət narahatçılığı arasında qəribə paralellik vardır.
Mədəniyyət məsələsinə toxunmadan öncə, dünyanın ac olduğunu və mədəniyyəti vecinə almadığını və sadəcə aclığa dair düşüncələrin süni bir şəkildə mədəniyyətə çevrilmək istənildiyini düşünürəm.
Mənə elə gəlir ki, ən yol-yordam bilməzi, varlığı bir insanı heç bir zaman ac qalma və daha yaxşı yaşamaq narahatçılığından xilas etməmiş bir mədəniyyəti müdafiə etmək deyil, canlı gücü aclığınkı ilə eyni olan düşüncələri mədəniyyət deyilən şeydən çıxarıb almaqdır.
Biz xüsusilə yaşamağa möhtacıq, bir də bizi yaşadan şeyə və bir şeyin bizi yaşatdığına inanmağa – və mənliyimizin sehirli dərinliyindən çıxan şey, qabaca həzmetmə əndişəsiylə dayanmadan üzərimizə qayıtmamalıdır.
Demək istəyirəm ki, hamımız üçün dərhal yemək əhəmiyyətli olsa belə, bəsit bir acmaq gücümüzü, sadəcə o saat yemək yemə istəyi ilə boş yerə sərf etməmək daha əhəmiyyətlidir.
Əgər dövrümüzün göstəricisi qarışıqlıqdırsa, mən bu qarışıqlığın təməlində, hadisələrlə onların əksi olan sözlər, düşüncələr, göstəricilər arasında qopuqluq görürəm.
Heç şübhəsiz, əskik olan düşünmə sistemləri deyil; bunların artıq olması və aralarındakı ziddiyyətlər, qoca Avropa və fransız mədəniyyətimizin xüsusiyyətlərini təşkil edir, amma həyatın, həyatımızın bu sətirlərdən təsirlənməsi harada görülmüşdür ki?
Fəlsəfi sistemlərin birbaşa və dərhal tətbiq ediləcək şeylər olduğunu demək fikrində deyiləm, amma ikisindən biri seçilməlidir.
Ya bu sistemlər içimizdədir və onlarla yaşayacaq dərəcədə mənliyimizə hopmuşdur. Elə isə kitabların nə əhəmiyyəti var? Ya da içimizə hopmamışdır, əgər belə isə, deməli, bizi yaşatmağa layiq deyillər; elə, ya da belə, onların yox olmasının nə əhəmiyyəti ola bilər?
Etmək vəziyyətində olan və bizdə, yeni bir orqanı və bir növ ikinci nəfəsi xatırladan bu mədəniyyət düşüncəsi üzərində inadla durmaq lazımdır: sivilizasiya isə tətbiq etdiyimiz və ən incə hərəkətlərimizədək hadisələrin, şeylərin içində var olan düşüncəni yönləndirən mədəniyyətdir; və biz sivilizasiyanı mədəniyyətdən süni olaraq ayırırıq, tək və eyniləşmiş bir hərəkəti göstərmək üçün iki sözdən istifadə edirik.
Sivilizasiyalı adam davranış formasına görə dəyərləndirilir və davrandığı formada düşünür, amma sivilizasiyalı insanın nə məna kəsb etdiyi haqqında belə qarışıqlıq var; hər kəsə görə, sivilizasiyalaşmış mədəni bir insan, sistemləri yaxşı bilən və sistemlərlə, formalarla, semiotik təsəvvürlə, dizaynlarla düşünən insandır.
O, hərəkətlərimizi düşüncələrimizlə bərabərləşdirmək əvəzinə, hərəkətlərimizdən fikirlər çıxarma qabiliyyəti absurd səviyyədə inkişaf etmiş zidd bir məxluqdur.
Əgər həyatımız kükürddən, başqa bir ifadə ilə davamlı bir sehirdən məhrumdursa, bunun səbəbi, hərəkətlərimizi seyr eləməkdən və hərəkətə başlamaq əvəzinə, hərəkət formalarımızı xəyal edərək düşüncələr içində qeyb olmaqdan zövq almağımızdır.
Və bu qabiliyyət sırf insana məxsusdur. Hətta deyə bilərəm ki, ilahi olaraq qalmalı olan düşüncələrimizi pozan da insana məxsus olanın iylənməsidir; çünki mən düşünürəm ki, insan tərəfindən kəşf edilən metafizik və ilahiliyə inanmaq bir kənara qalsın, insan minlərlə il ərzində araya girərək nəticədə ilahi olanı iyləndirmişdir.
Artıq heç bir şeyin yaşamağa qoşulmadığı bir dövrdə, həyata dair bütün düşüncələrimiz yenidən nəzərdən keçirilməlidir. Şeylərin də bizdən qisas almasının da səbəbi bu kədərləndirici qopuqluqdur; və artıq içimizdə yaşamayan, şeylərin axıntısında tapa bilmədiyimiz şeir, anidən hadisələrin pis tərəfində ortaya çıxır; səbəbsiz qəribəlikləri böyük ehtimalla həyata sahib olmamağımızla açıqlana biləcək bu qədər cinayət heç vaxt görülməmişdir.
Teatr, təzyiq altındakı duyğularımızın həyata qovuşmasını gerçəkləşdirmək məqsədi ilə yaradılmışdırsa, bir növ müxalif şeir qəribə cəhdlərlə dilə gəlir və bu hərəkətlərdə, yaşamaq faktorunun get-gedə pozulması, həyatın sıxlığının olduğu kimi durduğunu və ona daha yaxşı yön verməyin yetəcəyini göstərir.
Amma sehri nə qədər çox arzu etsək də, əslində, tamamilə həqiqi sehirdən yaranacaq bir həyatdan qorxuruq.
Budur, kök salmış mədəniyyət yoxsulluğumuzun bəzi görkəmli ziddiyyətliklər qarşısında təəccüblənməsi buna görədir, məsələn, sadəcə sağlam sərnişinlər daşıyan bir gəminin bugünkü sivilizasiya ilə heç bir alış-verişi olmayan bir adaya yolüstü ayaq basmasının, bu adada bilinməyən və bizim ölkələrə xas zona, qrip, revmatizm, sinusit, polinevrit və b. xəstəliklərə səbəb olması kimi.
Eyni şəkildə qaradərililərdən pis qoxu gəldiyini düşünürük, amma bilmirik ki, Avropadan kənardakılar üçün biz ağlardan da pis qoxu gəlməkdədir. Və hətta özümüzü “ağ illət” kimi, ağ bir qoxuyla qoxuduğumuzu söyləyəcəyəm.
Akkor vəziyyətinə gəlmiş dəmir kimi həddən artıq olan hər şeyin də ağ olduğu söylənə bilər; ağ rəng də bir asiyalı üçün həddən artıq pozulmağın simvolu olmuşdur.
Bunu qeyd etdikdən sonra bir mədəniyyət düşüncəsi, hər şeydən əvvəl qarşıçıxma olan bir düşüncə formalaşdırmağa başlaya bilərik.
Mədəniyyəti bir növ qəribə Tanrı Məbədi düşüncəsinə kiçildərək, mədəniyyət düşüncəsinə zorla yaraşdırılan, sağlam düşüncədən məhrum edilərək məhdudlaşdırılan qarşı çıxma; bu, bütpərəst dinlərin tanrıları məbədlərinə qoyması kimi mədəniyyət bütpərəstliyi yaradır.
Sanki mədəniyyət bir tərəfdə, həyat başqa bir tərəfdəymiş kimi; və sanki həqiqi mədəniyyət, həyatı anlamaq və sınamaq üçün əlverişil bir ağac deyilmiş kimi, mədəniyyət haqqında əldə edilən fərqli düşüncəyə qarşıçıxma.
İskəndəriyyə kitabxanası yandırılmış ola bilər. Papirusların üstündə və ondan kənarda güclər vardır: bu gücləri tapma qabiliyyətimiz qısa müddətə əlimizdən alınacaq, amma enerji yox edilə bilməyəcəkdir. Həddən artıq rahatlığın ortadan qalxması, qəliblərin unudulması yaxşıdır, nə zamanı, nə də məkanı olan, sadəcə zehni qabiliyyətimizlə əldə saxladığımız mədəniyyət isə çoxalmış bir enerjiylə yenidən ortaya çıxacaqdır. Və hərdən bizi təbiətə qayıtmağa, bir başqa ifadəylə, həyatı tapmağa sövq edən böyük dağıntıların olması doğrudur. Qədim totemçilikdə heyvanlar, daşlar, ildırım yüklü olduğuna inanılan şeylər, toxunmaq qadağan olan geyimlər, tək bir sözlə, gücləri ələ keçirməyə, idarə etməyə, sonra da ətrafa ötürməyə imkan verən hər şey, bizim üçün bir teatr aktyorunun qazancı deyil, sadəcə sənətyönlü və durğun bir qazancdır, bir zövq aludəçisi qazancı imkanını yarada bildiyimiz ölü bir şeydir.
Halbuki, totemçilik teatr aktyorudur, çünki yerində dayana bilməz, teatr aktyorları üçün yaradılmışdır; və hər həqiqi mədəniyyət, vəhşi, yəni tamamilə özlüyündən həyatına heyran olduğum totemçiliyin yabanı və ibtidai imkanlarına söykənir.
Bizim mədəniyyəti itirməyimizə səbəb olan şey qərb sənət düşüncəmiz və ondan əldə etdiyimiz mənfəətdir. Sənət və mədəniyyət, universal olaraq edilənlərin tərsinə, bir-biri ilə uyğunlaşmaz.
Həqiqi mədəniyyət öz təsirini coşğunluğu və gücü ilə göstərir, qərbli sənət ideologiyası isə ruhu, gücdən məhrum halda və coşğunluğunu seyr etməklə yetinən bir davranışa qatılmağı məqsədi sayar. Bu da tənbəl və faydasız bir düşüncədir və ən qısa müddətdə ölümü gətirir. İlan Quetzalcoatlın[1] dəyişkən qayıdışlarının bir-biri ilə uyğun olmasının səbəbi, bu dönüşlərin durğun bir gücün qıvrımlarını və tarazlığını dilə gətirməsindəndir; və formaların sıxlığının funksiyası, ən uzağı adamı cəlb etmək və musiqidə ürək parçalayan klaviaturanın oyandırdığı gücü tuta bilməkdir.
Budur, Muzeydə yatan tanrılar: İnkvizisiyanın üç ayaqlısına bənzəyən buxardanı ilə Od tanrısı; yaşıl qranit divarda bir çox Okean ilahından biri olan Tlalok; Okean Ana tanrıçası, Çiçəklər Ana tanrıçası; nefrit daş geyimli tanrıçanın yeddi qat su layının altında cingiltili dəyişməyən nəqli; üzərində günəş atomlarının halqalar yaradaraq rəqs etdiyi üzündən gözəl qoxular yayan Çiçək Ana tanrıçasının coşqun və xoşbəxt nəqli; ustalıqla yonulduğu üçün daşın canlandığı bir dünya, bir növ məcburi məhbusluq, təbii sivilizasiyaların dünyası, başqa cür desək, təməl orqanları belə, yuxusundan oyanan bu insan dünyası içimizə dolur, eynilə bizim kimi, paralanıb dağılan duzdan heykəllər olmamaq üçün, arxasına dönmədən, geriyə baxmadan tanrıların rəqsinə qoşulur.
Meksikada, bəli, Meksikadan danışırıq, sənət yoxdur, nəsnələr istifadə edilir. Və dünya davamlı coşqunluq içindədir.
Bizim ölgün və xeyir güdməyən sənət anlayışımıza qarşılıq, orada özünəməxsus bir mədəniyyət, sehrli və olduqca eqoist, yəni mənfəətçi bir anlayış hakimdir. Çünki meksikalılar, Mənanı, o hər formanın altında yatan və formaların tamamilə öz-özləri üçün seyr edilməsi ilə yox, bu formalarla sehrli bir eynilik nəticəsində ortaya çıxan metafizik gücləri tuturlar. Və qədim Totemlər, rabitəni sürətləndirmək üçün oradadırlar.
Hər şey bizi yatmağa məcbur edərkən, istəkli və şüurlu gözlərlə oyanmaq və nə işə yaradıqlarını bilməz olmuş və baxışları içimizə çevrilmiş gözlərlə, yuxu görürmüşcəsinə baxmaq çətindir.
Budur, heyrətamiz bir mənfəətdən uzaq hərəkət düşüncəsi bu şəkildə ortaya çıxır, amma yenə də bir hərəkətdir və tənbəllik meylinə düşdüyü üçün daha da şiddətlidir.
Hər həqiqi rəsm, ya da heykəlin, öz yerinə kölgəsi vardır, sayını ikiyə çıxarar; və sənət, əsərinə yonaraq forma verən heykəltəraşın öz rahatlığını alt-üst edən bir növ kölgəni azadlığına qovuşdurduğunu zənn etdiyi andan sonra doğulur.
Uyğun heroqlif yazılarının qarşımıza qoyduğu hər sehrli mədəniyyət kimi, həqiqi teatrın da öz kölgələri vardır və bütün dillərin, sənətlərin içində, sadəcə o, öz sərhədlərini rahatca aşan kölgələrə sahibdir. Və demək olar ki, ən başından bəri məhdudiyyətlərə dözə bilmirlər.
Daşlaşmış teatr düşüncəmiz, kölgələrdən məhrum daşlaşmış mədəniyyət düşüncəmizlə birləşir və ağlımız, hər nə qədər mənfəətçi bir yol axtarsa da, sahə dolu olmasına baxmayaraq sadəcə boşluğu tapır.
Amma həqiqi teatr hərəkəti və canlı vasitələr istifadə etdiyinə görə, içində həyatın davamlı axsadığı kölgələri ayaqlandırmağa davam edir. Teatr oyunçusu eyni jesti iki dəfə təkrarlamaz, amma başqa jestlər edər, hərəkət edər və heç şübhəsiz qəliblərə qarşılıq olaraq necə gəldi davranar, amma bu qəliblərin arxasında və parçalanması nəticəsində formalardan qalan şeylərə çatar və onların davamlılığını təmin edər.
Heç bir şeydə yeri olmayan, amma jestlər, səslər, alov, hayqırmalar kimi bütün dillərdən faydalanan teatr, ruhun öz simptomlarını istehsal etmək üçün bir dilə ehtiyac duyduğu anda tam olaraq özünü tapar.
Bir dil seçimi, bu dilin istifadəsindən yaranan rahatlığın verdiyi zövqün göstəricisi olduğuna görə, teatrın, yazılı söz, musiqi, işıq, gurultu kimi bir dil içinə salınması, ən qısa vaxtda onun yox olmasını göstərir və dilin zəifləməyinə məhdudluğu müşayiət edir.
Mədəniyyət üçün olduğu kimi teatr üçün də problem, kölgələri adlandırmaq və idarə etməkdir: dilin və qəliblərin içinə yerləşməyən teatr saxta kölgələri yox edir, amma ətrafında həqiqi həyat tamaşasını təşkil edən kölgələrin bir başqa doğuluşuna uyğun mühiti hazırlayır.
Həyata çatmaq üçün dili parçalamaq demək, teatrı yaratmaq, ya da yenidən yaratmaq deməkdir; əsas olan belə bir hərəkətin müqəddəs, yəni xüsusiliyinin gərəkli olduğuna inanmaq deyildir. Əsas olan, hər hansı bir nəfərin onu yarada bilməyəcəyinə və bunun üçün bir hazırlıq lazım olduğuna inanmaqdır.
Bu da insanın və insan güclərinin vərdiş edilmiş məhdudlaşdırılmasını istisna etməyə və həqiqət deyilən şeyin sərhədlərini sonsuzlaşdırmağa aparır.
İnsanın özünü çəkinmədən hələ olmayanın ağası edəcəyi və olmayanı doğuracağı teatrla yenilənən həyatın bir mənasına inanmaq lazımdır. Və indiyə qədər doğulmamış çox şey doğula bilər, təki biz adi qeydiyyat orqanları olmaqla yetinməyək.
Bunun üçün, həyat sözünü dedikdə, hadisələrin xaricində tanınan bir həyatdan yox, qəliblərin özünə toxuna bilmədiyi dözümsüz və qaynayan bir yuvadan bəhs edilir. Dövrümüzdə hələ də cəhənnəmvari və həqiqətən lənətlənmiş bir şey vardırsa, o da yandırılan və yanarkən yandırılacaq şeylərin üzərindən əl sallayan işgəncə məhkumları olmalı ikən, sənət adıyla formalarla baş qatmağımızdır.
[1] Quetzalcoatl – Aztek mədəniyyətində Su və Hava tanrısı. Adı Quetzalcoat`dan götürülmüşdür.
Tərcümə: Alyoşa
Başla.az
Müəllifin digər yazıları
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin yaradılmasının 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova giriş sözü ilə açar...
Akademik Milli Dram Teatrı dekabr repertuarı
1 dekabr-“İblis və…”-H.Cavid-19:00
3 dekabr-“Pələng”(A.M.Şərifzadə səhnəsində) “Xeyir xəbər”Sumqayıt Dövlət Dram Teatrının tamaşası Bölgə teatrlar...
Tələsik addımlarla keçir günlərimiz.
Bəli... Həmin gün mən “Qadınım”ı izləməyə tələsirdim. İnsan belədir, hər an nə isə üçün tələsir və zamanın qamçısı altında əzilir. Sahib olduqlarının dəyərin...
Rusiya Dövlət Dumasının deputatları dövlət teatrlarında vahid qiymət sisteminin tətbiqi ilə bağlı təşəbbüslə çıxış ediblər. “İzvestiya” qəzeti onların Rusiyanın baş naziri Mixail Mişustinə göndərdiyi məktuba ist...
Ötən 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin /ADMİU/ 100-illik yubileyi dövlət səviyyəsində qeyd olundu. Bununla əlaqədar müxtəlif tədbirlər keçirildi, universitetin əməkdaşlarına fəxri a...
O gecədən bir neçə gün keçir. Amma mənə elə gəlir, sanki hər şey dünən olub; təəssüratlar o qədər zəngin, o qədər müxtəlifdir ki, sosial şəbəkələrdə ta indiyə kimi həmin gecə haqqında söz-söhbətlər səngimir...
Xəbər verildiyi kimi Nicat Mirzəzadə Füzuli Dövlət Dram Teatrına baş rejissor təyin edilib.
Qısa arayış: Nicat Qərib oğlu Mirzəzadə 1991-ci il fevralın 14-ü İmişli rayonunda doğulub. 2008-ci ildə Azərbaycan Dövlət Mədəniyyət v...
Milli teatr düşüncəsindən Avropa teatr düşüncəsinə körpü salan, bununla da onların sintezinə nail olan çağdaş Azərbaycan teatrının görkəmli rejissoru Vaqif İbrahimoğlu ilə ilgili peşəkar düşüncəmdə ...
Tanınmış teatrşünas, yazıçı-jurnalist Yaqub Əlioğlu uzun sürən xəstəlikdən sonra 68 yaşında vəfat edib.
Yaqub Əlioğlu (Məmmədov) 1956-cı il avqustun 26-da Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. 1986-cı ildə M.Əliyev adı...
Hüseyn Cavidin “İblis” faciəsinin motivləri əsasında hazırlanan tamaşanın janrı fəlsəfi dekonstruktiv-metadramdır.
Yeni səhnə əsərinin quruluşçu rejissoru Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi M...