Avropa Azərbaycan Məktəbinin səhnəsində Sofoklun “Antiqona” faciəsi oynanılıb. Məktəbin dram müəlliməsi Sara Kərimlinin quruluşçu rejissoru və səhnəqrafiya müəllifi olduğu tamaşa 40 dəqiqəlik kompozisiya formasında təqdim edilib. Antik Yunan faciəsində rolları 10-cu sinif şagirdləri Fərəh Hacızadə (Antiqona), Liyana Yaqudayeva (İsmena), Almara Alışova (Kreont), Fəxri Malikov (Hemon), Fərid Qəhrəmanlı (Terensi və Əsgər), Dəniz Məmmədova, Turan Həsənli, Cavid Məmmədli (dövlət rəsmiləri), Nəriman Məmmədov (Bələdçi) və Nərgiz Əliyava (Uşaq) ifa ediblər. İngilis dilində oynanılan tamaşa qapalı formada yalnız 40 nəfərdən ibarət dəvətli qonaq və valideynlərə göstərilib.
Tamaşadan öncə rejissor-müəllimə Sara Kərimli əsərin hazırlanma prosesindən söhbət açıb. Qeyd edib ki, “Antiqona” tamaşasının məşqlərinə 2020-ci ilin fevral ayında başlansa da pandemiya ilə əlaqədar layihəyə bir neçə dəfə fasilə verilib. Buna baxmayaraq, məşqlər “zoom” platforması vasitəsi ilə mütəmadi davam etdirilib. Bu ilin ayrel ayından isə karantin qaydalarına uyğun olaraq, sosial distansiyanın və qoruyucu vəsaitlərin təmin olunması ilə məşqlər yenidən məktəbin səhnəsində bərpa edilib və hazırlıqlar başa çatdırılıb.
Daha sonra Avropa Azərbaycan Məktəbinin direktoru Françesko Bankini Beynəlxalq Bakalavriat Təşkilatının təhsil proqramını tətbiq edən ingilis dilli məktəbin tarixində ilk dəfə olaraq bütöv bir tamaşanın hazırlanmasının əhəmiyyətindən, gələcəkdə belə layihələrin həyata keçirilməsinin vacibliyindən danışıb, tamaşanın ərsəyə gəlməsində böyük zəhmət çəkən kollektiv haqqında qısa məlumat verərək, onlara öz təşəkkürünü bildirib.
Xatırladaq ki, Antik yunan dramaturgiyasının ən parlaq nümunələrindən olan Sofoklun “Antiqona” faciəsi qardaşının cəsədini layiqli formada basdırmaq üçün mübarizə aparan gənc bir qadın qəhrəmanın hekayəsindən bəhs edir. Əsərdə hadisələr mənəvi dəyərləri üstün tutan Antiqona ilə kəskin siyasi ideyalara bağlı Kreont obrazlarının ətrafında baş verir.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...