Qara dənizin Efesi adı ilə məhşur olan Prusias Ad Hypiumda 2 min il sonra ilk dəfə teatr tamaşası oynanılıb. Tamaşa eramızdan əvvəl 3-cü yüzilliyə aid Prusias Ad Hypiumda uzun müddətdir aparılan arxeoloji qazıntılardan sonra baş tutub. Aristofanın (təqribən e.ə. 446-386) “Quşlar” komediyasını tamaşaya qoyan rejissor Süleyman İnceefe “2 min il sonra ilk dəfə buranın ruhuna uyğun tamaşa oynanılır, çox həyəcanvericidir” deyib.
2 min il sonra qapılarını sənətsevərlərin üzünə açan Prusias Ad Hypium antik şəhər teatrı Düzcənin Konuralp bölgəsində yerləşir. Bu, antik abu-havası olan ilk tamaşa olduğu üçün seyrçilər tərəfindən rəğbətlə qarşılanıb.
Tamaşa haqqında rejissor Süleyman İnceefe deyib ki, “Burada davam edən arxeoloji qazıntılar artıq bitmək üzrədir. Açılışı da buranın ruhuna uyğun olması üçün Aristofanın “Quşlar“ komediyası ilə etdik. Bu tamaşa Düzcə Universitetinin İncəsənət Dizaynı Memarlıq fakültəsinin Səhnə Sənətləri ixtisasında təhsil alan tələbələri tərəfindən hazırlanıb. Mən də müəllimləri olaraq əlimdən gələn köməyi etdim. Birlikdə bu həyəcanverici gecəni bölüşürük”. O, sözlərinə “teatr təqribən 2 min il sonra öz ruhuna uyğun şəkildə tamaşaçı qarşısına çıxır. Bu bizi həm çox sevindirir, həm də həyəcanlandırır. Tamaşaçılar sanki pandemiya dövründə bu tipli şeylərə susamışdı. Sağ olsun, gəldilər”, ifadələrini də əlavə edib .
Antik teatrda oynanılan Aristofanın “Quşlar” komediyası tamaşaçıları qəhqəhəyə qərq edib. Tamaşa seyirçilər tərəfindən uzun müddət alqışlanıb. Düzcə Bələdiyyə sədri Faruk Özlü ilə universitetin rektoru, professor Nigar Demircan Çakar da tamaşanı izləyənlər arasında olub.
Müəllifin digər yazıları
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi münasibəti ilə “ADMİU 99+” layihəsi çərçivəsində “Dünya və teatr Qodonu gözlərkən” adlı beynəlxalq elmi konfrans ke&cce...
Qara dənizin Efesi adı ilə məhşur olan Prusias Ad Hypiumda 2 min il sonra ilk dəfə teatr tamaşası oynanılıb. Tamaşa eramızdan əvvəl 3-cü yüzilliyə aid Prusias Ad Hypiumda uzun müddətdir aparılan arxeoloji qazıntılardan sonra baş ...
“…Klassiklərimizin həyat hekayətlərindən məlum olur ki, onların əksəriyyəti sanki səhnə üçün doğulublar. Müqayisə edilməyəcək dərəcədə bir-birindən güclü sənətkarlarımızın sənət aşiqliyinin bəhrəsidir ki, ...
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində teatrşünas, AMEA Memarlıq və İncəsənət İnstitutunun "Teatr, kino və televiziya" şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlə...
Gəncə Dövlət Kukla Teatrı Estoniyanın Vilyandi şəhərində keçirilən “Teatr çamadanda” 24-cü Beynəlxalq Kukla tamaşaları festivalında iştirak edib. Pandemiya dövrünün tələblərinə uyğun şəkildə ke...
Theodor Fontane deyirdi ki, “başqalarının həyatından dərs almağı bacaran insan xoşbəxtdir”. Dramaturqları bu baxımdan xoşbəxt insan hesab edirəm. Çünki onlar başqalarının həyatından dərs almaqla yanaşı, şahid olduqları hadisəl...
“Öyrətmək olmasın” adlı YouTube layihəsinin növbəti buraxılışı yayımlanıb. İlk buraxılışından geniş tamaşaçı auditoriyası qazanan, ideya müəllifi və rejissoru Elvin Rüstəmzadə, operatoru Sübhan Quluzadə ola...
Məşhur “Game of Thrones” (“Taxt-tac oyunları”) teleserialının yaradıcısı Corc R.R. Martin özünün fantastik kitab seriyasının əsasında teatr tamaşası hazırlayır.
“Buz və Alovun nəğməsi” romanlar si...
“Öyrətmək olmasın” adlı yeni YouTube layihəsinə start verilib. Layihənin ideya müəllifi gənc rejissor Elvin Rüstəmzadə, operatoru Sübhan Quluzadədir.
Artıq ilk buraxılışı yayımlanan layihə müəllim və tələbələrin ...
Bildiyiniz kimi, artıq bir ildir, Azərbaycanda koronavirus pandemiyası səbəbilə teatr-konsert müəssisələrinin fəaliyyəti məhdudlaşdırılıb. Buna görə də teatrlar ötən ilin aprel ayından etibarən, tamaşalarını onlayn platformalar v...