TEATRO

TEATRO

sənət portalı

post-title

Ankara Bələdiyyəsi teatrlara dəstək göstərir

Ankara Böyükşəhər Bələdiyyəsi çətin günlər yaşayan və tamaşaçı ilə görüşə bilməyən teatrlara həm də iqtisadi dəstək verəcək yeni bir layihə həyata keçirir. 
Türkiyənin “Hürriyyət” qəzetinin yazdığına görə, layihə çərçivəsində Başkəntdə fəaliyyət göstərən teatrların 37 tamaşası ABB TV və Başkənt Mobile-da yayımlanacaq. Ankara Böyükşəhər Bələdiyyəsi Mədəniyyət və Sosial İşlər Dairəsi Müdiriyyətinin nəzdində olan Başkənt Teatrları - Ankara Teatr İstehsalçıları (ANTİYAP) Dərnəyinə üzv 25 teatr başda olmaqla, 10 digər teatrın və 2 fiziki məhdudiyyətlilər üçün teatrın tamaşalarının nümayişinə qapılarını açacaq. Paytaxt teatrlarının səhnəsində pandemiya şəraiti ilə əlaqədar seyrçisiz oynanılacaq tamaşalar lentə alınaraq həftəsonları, xüsusən də komendant saatının tətbiq olunduğu saatlarda yayımlanacaq.  
Birinci mərhələdə tamaşaçılar 12 böyük və 13 uşaq tamaşasını onlayn izləyə biləcəklər. Pandemiya dövründə tamaşaçıları ilə görüşə bilməyən teatrları tək buraxmaq istəmədiklərini vurğulayan Ankara Böyükşəhər Bələdiyyə Başçısı Mansur Yavaş fikirlərini belə ifadə edib: “Pandemiyada çətin anlar yaşayan teatrlarımızın yanında olmağa çalışırıq. 37 fərqli tamaşanı alıb yayımlayaraq, həm teatrlarımızı dəstəkləyəcək, həm də vətəndaşlarımızın sənətdən uzaq qalmasının qarşısını alacağıq. Oyunları ABB TV və Başkənt Mobil-də izləyə bilərsiniz”. 

Hazırladı: Milana Orucova
 

Load Time (S) : 0.004876