TEATRO

TEATRO

sənət portalı

post-title

Anar Kərimov Azərbaycanın Mədəniyyət naziri təyin edilib

Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikasının Mədəniyyət naziri təyin edilib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Dövlətimizin başçısının digər Sərəncamı ilə Anar Kərimov Mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilib.
Həmçinin “Azərbaycan Respublikası Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətinin verilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 20 iyul tarixli 2163 nömrəli Sərəncamı ləğv olunub.

Load Time (S) : 0.004886