Azərbaycan Dövlət Akademik Musiqili Teatrında üç illik fasilədən sonra “Amerikalı kürəkən” tamaşası yenidən nümayiş etdirildi. Nəhayət, tamaşaçıların üç illik intizarına son qoyuldu.
İki hissəli komediyanın musiqisi, görkəmli bəstəkar, Xalq artisti Ramiz Mirişliyə, librettosu, Əməkdar mədəniyyət işçisi Marat Haqverdiyevə, quruluşu Xalq artisti, “Şöhrət”ordenli İlham Namiq Kamala məxsusdur.
Tamaşanın üçillik fasiləsinə səbəb olan pandemiya həm də neçə-neçə sənətkarımızın həyatına son qoydu. Tamaşanın bəstəkarı, Xalq artisti Ramiz Mirişli, şeirlərin müəllifi, Xalq şairi Fikrət Qoca, Həkim Eynulla rolunun ifaçısı, Əməkdar artist Novruz Qartal, Səfər rolunun ifaçısı, istedadlı aktyor Ağaxan Şərifov pandemiyaya yoluxaraq dünyalarını dəyişdilər. Allah onlara rəhmət eləsin.
Nə etməli, həyat davam edir. Dünyasını dəyişmiş sənətkarlar yeni aktyorlarla əvəz edildi. Tamaşaçıların maraqla izlədiyi və gözlədiyi “Amerikalı kürəkən” tamaşası yenidən səhnəyə qayıtdı. Bu barədə tamaşanın quruluşçu rejissoru və Orxan rolunun ifaçısı İlham Namiq Kamal belə deyir:
“Əsərin mövzusu, ideyası və ali məqsədi müəyyən olunandan sonra tamaşa elə qurulur ki, əvvəlki sənətkarları əvəz edən aktyorlar rahatlıqla obrazlarını ifa edə bilirlər. Biz “Amerikalı kürəkən” tamaşasının atmosferini, kaloritini, tempo-ritmini, səhnə mizanlarını, aktyor oyun tərzini və sairi dəqiqliklə qurmuşuq. Buna görə yeni aktyorlar səhnə yozumunda heç bir çətinlik çəkmədilər. Çünki, tamaşanı aktyor oyun tərzinin akkompanimenti kimi düşünmüşük. Başqa sözlə desək, tamaşanın vizual yaşam obrazının modeli elə qurulub ki, aktyorlar rahatlıqla bu forma daxilində hərəkət-mizan təsvirini təqdim edə bilirlər. Tamaşaya yeni cəlb olunmuş aktyorların da baxımlı və yaddaqalan obrazlar yaradacaqlarına tam əminik. Başqa cür olada bilməz. Çünki tamaşanın dəqiq yozum tərzi tapılıb...”
Ümumiyyətlə, “Amerikalı kürəkən” əsəri mövzu baxımından maraqlı, cəlbedici və ibratəmizdir. Deyəsən, elə quruluşçu rejissoru cəlb edən də əsərin maraqlı mövzusu olub. Vaxtı ilə İlham Namiq Kamaldan bu barədə soruşanda, demişdi ki, “əsərin ən böyük özəlliyi günümüzlə səsləşməsidir”. Əsərin mövzusunu yadımıza salaq. Tünzalə xanım qızı Reyhanı varlı və imkanlı bir adama ərə vermək istəyir. Bu təbiidir. Hər bir valideyn övladının xoşbəxtliyini istəyir. Tünzalə xanımın istəyinə rəğmən Reyhanı kasıb və imkansız bir ingilis dili müəllimi Kamran sevir. Reyhan da Kamrana biganə deyil. Kamran və Reyhan qovuşmaqlarına başqa çarə tapmayanda Tünzalə xanıma hiylə gəlməyi düşünürlər. Bütün bunlar azmış kimi, Yanğınsöndürmə rəisi Orxan da elə bu ərəfədə Tünzalə xanıma aşiq olur. Reyhan anasına Kamranı, Amerikadan gəlmiş və onunla evlənmək istəyən varlı bir kürəkən kimi təqdim edir. Tünzalə xanım varlı kürəkən tapdığına, Kamran və Reyhan isə onu aldatdıqlarına sevinirlər. Bir çoxları da Kamranla Reyhana bu işdə yardımçı olurlar. Lakin yalanın ömrü uzun olmaz, deyirlər. Elə də olur. Amma sonda, hə-mişə olduğu kimi, saf məhəbbət qalib gəlir...
Dramaturgiyada və kinematoqrafiyada həmişə bu səpkili mövzulara maraq böyük olub. Bütün dövrlərdə aşiqlər bir-birlərinə qovuşmaq üçün müxtəlif yollar axtarıb və məqsədlərinə çatmaq üçün doğmalarını belə aldatmalı olublar. Məhəbbət uğrunda söylənən belə yalanlar, əslində müqəddəs yalanlardır. Hər şey sonda yaxşılıqla bitir. Valideyn də haçansa övladını bağışlayıb, günahından keçir.
Qeyd etdiyimiz kimi, Orxan obrazının ifaçısı, sevimli sənətkarımız İlham Namiq Kamaldır. Digər obrazları: Tünzalə xanım-Rəsmiyyə Nurməmmədova, Kamran-Səmədzadə Xasıyev, Rey-han-Gültac Əlili, Səkinə-Fatma Mahmudova (Xalq artisti) və Gülçöhrə Abdullayeva, Həkim Eynulla-Ələkbər Əliyev (Əməkdar artist), Cəlil-Əkbər Əlizadə (Əməkdar artist), Cəfər-İqrar Salamov (Əməkdar artist), Bilal-Ruslan Mürsəlov, Nəzakət-Gülnarə Əzizova və Gülçöhrə Abdullayeva, Sərvinaz-Nigar Qarayeva, Lal qız-Mehriban Rəcəbova ifa edirlər.
Tamaşada əsas obrazlarından biri Orxan obrazıdır. O, yaşı keçsə də qəlbən cavandır, sevib-sevilmək istəyir. Orxan Kamrandan fərqli olaraq yaşlı aşiq obrazını canlandırır. O, baş verən hadisələrin inkişafında müstəsna rol oynayır. Onun diqqətli baxışlarından heç nə yayınmır. Obrazın müəllif ideyasına uyğun hərəkət- mizan toplusu, səs çalarlarının rəngarəngliyi, səhnə görünüşü, daxili yaşam və xarici təsvirin vəhdəti təbii, inandırıcı və baxımlıdır. Kamran, Tünzalə xanımı görən kim tam dəyişib, dərhal aşıqə çevrilir. Aktyor ustalıqla bu keçidlərin öhtəsindən gəlir.
Maraqlı və baxımlı yozumda Rəsmiyyə Nurməmmədovanın Tünzalə xanım obrazı müəllif ideyasına uyğun təqdim olunur. Övladını sevən, onun üçün canından keçməyə hazır olan ana, ətrafına və baş verən hadisələrə biganə qalmayan gözəl qadın obrazı gözlərimiz qarşısında canlanır. O, övladını düşünməklə yanaşı özünü də unutmur. Aktrisa obrazın əməl-hərəkət xətti ilə səs çalarlarını vəhdətdə və dəqiqliklə təsvir edir. Onun yaratdığı Tünzalə obrazı bizim hər gün rastlaşdığımız azərbaycanlı qadınlardan biridir.
Kamran-Səmədağa Xasıyev müasir gənc asiq obrazıdır. Biz aktyorun ifasında bir qədər çılğın, bir qədər ehtiyatlı və sevgisi yolunda hər vasitəyə əl atan aşiq obrazı ilə qarşılaşırıq. Aktyor baxımlı və cəlbedici olmağı bacarır. Kamran obrazını da biz asanlıqla tanıyırıq. Obraz vizual tərəfdən baxımlı və inandırıcıdır.
Gültac Əlilinin Reyhan obrazı da maraqla baxılır, cəlbedici, baxımlı və inandırıcıdır. Aktrisanın ifasında Reyhan, sevən və sevilən, məhəbbəti uğrunda hər bir cəfaya qatlaşan qızdır. Onun sevgilisi ilə birgə anasına qurduğu kələk də məhəbbətinə görə bağışlanan və anlaşılandır.
Səkinə rolunu Fatma Mahmudova və Gülçöhrə Abdullayeva ifa edir. Hər iki aktrisa obrazın xarici və daxili təsvirinin vəhdətinin baxımlı təsvirini təqdim etməyə nail ola bilirlər. Onların təqdim etdiyi obrazın təsvirində təbiilik və baxımlılıq var.
Həkim Eynulla Ələkbər Əliyevin təfsirində komik-dramatik planda işlənmiş obrazdır. Bu obraz aktyor tərəfindən əsərin ideyasına və müəllif yozumuna uyğun şəkildə, maraqlı və baxımlı işlənib.
Əkbər Əlizadənin canlandırdığı Cəlil obrazı da komik situasiyaların aparıcı siması kimi rəngarəng və maraqlıdır. Bu rolun çevik plastik həllini, baxımlı ifasını tamaşaçı maraqla izləyir.
İqrar Salamov Cəfər obrazının maraqlı və emosional təsvirinə nail ola bilir. Obrazın daxili yaşantısı ilə xarici rəsminin vəhdəti rəngarəng boyalarla yaradılır.
Ruslan Mürsəlovun Bilal, Gülnarə Əzizova və Gülçöhrə Abdullayevanın Nəzakət, Nigar Qarayevanın Sərvinaz və Mehriban Rəcəbovanın Lal qız obrazlarının hər biri maraqlı və cəlbedici olub, tamaşanın ümumi ahənginə uyğundur.
Komediya janrında işlənmiş tamaşa sona çatır. Seyrçilər janrın tələblərinə uyğun qurulmuş tamaşada baş verən hadisələri maraqla izləyir. Əsər cəmiyyətimizdə rastlaşdığımız bir sıra naqislik və çatışmazlıqları tamaşaçıların gülüş hədəfinə çevirir.
Çingiz Ələsgərli
teatrşünas, dramaturq
Müəllifin digər yazıları
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin yaradılmasının 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova giriş sözü ilə açar...
Akademik Milli Dram Teatrı dekabr repertuarı
1 dekabr-“İblis və…”-H.Cavid-19:00
3 dekabr-“Pələng”(A.M.Şərifzadə səhnəsində) “Xeyir xəbər”Sumqayıt Dövlət Dram Teatrının tamaşası Bölgə teatrlar...
Tələsik addımlarla keçir günlərimiz.
Bəli... Həmin gün mən “Qadınım”ı izləməyə tələsirdim. İnsan belədir, hər an nə isə üçün tələsir və zamanın qamçısı altında əzilir. Sahib olduqlarının dəyərin...
Rusiya Dövlət Dumasının deputatları dövlət teatrlarında vahid qiymət sisteminin tətbiqi ilə bağlı təşəbbüslə çıxış ediblər. “İzvestiya” qəzeti onların Rusiyanın baş naziri Mixail Mişustinə göndərdiyi məktuba ist...
Ötən 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin /ADMİU/ 100-illik yubileyi dövlət səviyyəsində qeyd olundu. Bununla əlaqədar müxtəlif tədbirlər keçirildi, universitetin əməkdaşlarına fəxri a...
O gecədən bir neçə gün keçir. Amma mənə elə gəlir, sanki hər şey dünən olub; təəssüratlar o qədər zəngin, o qədər müxtəlifdir ki, sosial şəbəkələrdə ta indiyə kimi həmin gecə haqqında söz-söhbətlər səngimir...
Xəbər verildiyi kimi Nicat Mirzəzadə Füzuli Dövlət Dram Teatrına baş rejissor təyin edilib.
Qısa arayış: Nicat Qərib oğlu Mirzəzadə 1991-ci il fevralın 14-ü İmişli rayonunda doğulub. 2008-ci ildə Azərbaycan Dövlət Mədəniyyət v...
Milli teatr düşüncəsindən Avropa teatr düşüncəsinə körpü salan, bununla da onların sintezinə nail olan çağdaş Azərbaycan teatrının görkəmli rejissoru Vaqif İbrahimoğlu ilə ilgili peşəkar düşüncəmdə ...
Tanınmış teatrşünas, yazıçı-jurnalist Yaqub Əlioğlu uzun sürən xəstəlikdən sonra 68 yaşında vəfat edib.
Yaqub Əlioğlu (Məmmədov) 1956-cı il avqustun 26-da Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. 1986-cı ildə M.Əliyev adı...
Hüseyn Cavidin “İblis” faciəsinin motivləri əsasında hazırlanan tamaşanın janrı fəlsəfi dekonstruktiv-metadramdır.
Yeni səhnə əsərinin quruluşçu rejissoru Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi M...