TEATRO

TEATRO

sənət portalı

post-title

Almaniyada növbəti premyera: “Özünü unudanlar”

Aprel ayının 17-də dringeblieben.de saytında Berlin Rəqəmsal Teatrının “Özünü unudanlar” tamaşasının onlayn premyerası olub. Almaniyanın məşhur dramaturqlarından olan Birgit Lengersin əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Gernot Grünevalddır. 
Paula Aşmann, Greta Borg, Lasse Külke, Noa Rosa Nrekay, Dimitrie Parkitnı və Nike Strunk kimi gənc aktyorların ifasında oynanılan tamaşa nənə və babalarının “demensiya” (yaddaşın itirilməsi ilə xarakterizə olunan xəstəlik – red) xəstəliyindən əziyyət çəkdiyini bildikdən sonra qorxuya düşərək, öz xatirələrini və gələcəyini analiz etməyə çalışan 10-19 yaşlı 6 nəfərin taleyi, xatirələri, daxili yaşantıları və gələcək qayğılarından bəhs edir.
Tamaşanın mətni əvvəlcədən tərtib edilməyib. Yalnız səhnələrin ardıcıllığı müəyyənləşdirilib. Personajlar videoeffektlər vasitəsi ilə nənə və babalarının əriməkdə olan yaddaşlarını epizodik görüntülərlə müşahidə edir, bir-birilərinə və auiditoriyaya müraciət edərək, “Biz indi nələri yaddaşımızda saxlamalıyıq?” “Bir-birimizi unutsaq, bəs, biz kim olarıq?” “Şəxsiyyətimizi və xatirələrimizi unutmaq ölmək deyilmi? “Biz gələcəkdə nəyi xatırlamalıyıq?” kimi fəlsəfi suallara cavab axtarırlar.
Tamaşanın növbəti nümayişi 21 aprel tarixində baş tutacaq. Nümayişdən sonra dramaturq Birqit Lengersin moderatorluğu, yaradıcı heyətin iştirakı ilə tamaşanın diskussiyası keçiriləcək.
Mənbə: https://www.deutschestheater.de/programm/a-z/selbstvergessen/

Tərcümə edən; Cavanşir Qasımov

 

Load Time (S) : 0.005565