Azərbaycan Respublikasının Əməkdar artisti, Akademik Musiqili teatrın aktyoru Novruz Qartal uzun sürən xəstəlikdən sonra vəfat edib.
Teatro.az sənət portalının məlumatına görə, Əməkdar artist bir saat əvvəl dünyasını dəyişib. Novruz Qartalın Gəncədə dəfn olunacağı bildirilir.
"Qeyd edək ki, Novruz Qartal 1947-ci ildə doğulub. 1966-cı ildə İncəsənət institutuna daxil olub. 1972-ci ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında çalışıb.
Novruz Əliyev özünü epizodik və əsas rolların bacarıqlı ifaçısı kimi göstərmişdir. Azərbaycan dramaturqlarının, eləcə də müxtəlif xarici dramaturqların əsərlərində onlarla yaddaqalan obrazlar yaratmışdır. Onun "Toy kimindir” tamaşasında Qoşun, "Durna”da Dursun, "Hicran”da Balaəmi, "Lənət şeytana”da İsrafil, "Özümüz bilərik”də İbişov, "Milyonçunun dilənçi oğlu”nda Xidmətçi, "Sevindik qız axtarır”da Tələbə, "Nənəmin şahlıq quşu”nda Qədim Qədimoviç və başqa rolları tamaşaçıların dərin rəğbətini qazanmışdır. N. Əliyev bir müddət Xalq artisti Hacıbaba Bağırovun rəhbərlik etdiyi "Tənqid-Təbliğ” Teatrında çalışmışdır. 1996-cı ildə yaradıcılıq fəaliyyətini Musiqili Komediya Teatrında yenidən davam etdirən Novruz Əliyev maraqlı obrazlar silsiləsi yaratmışdır. Bunlardan "92 dəqiqə gülüş”də Xəstə, "On min dollarlıq keyf”də Dayıoğlu, "Hərənin öz ulduzu”nda Kələntər, "Dəli dünya”da Tın-Tın Əsəd, "O olmasın, bu olsun”da Məşədi Qəzənfər, "Bankir adaxlı”da Dilənçilər padşahı, "Əlin cibində olsun”da Dilənçi, "Məhəbbət oyunu”nda Daşdəmirov, "Volqalı canan”da Müqəddəsov, "Aldın payını, çağır dayını”da Əhmədi Biqəm, "Şeytanın yubileyi”ndə Şivan və s. rolların adlarını çəkmək olar.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...