TEATRO

TEATRO

sənət portalı

post-title

Aktrisa Tünzalə Əliyeva vəfat edib

Azərbaycanın Əməkdar artisti Tünzalə Əliyeva uzun sürən xəstəlikdən sonra vəfat edib.

Tünzalə Əliyeva 1973-cü il fevralın 15-də Gəncədə anadan olub. 1990-1994-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsində təhsil alıb. Ali məktəbi bitirdikdən sonra bir müddət özəl teatrlarda çalışıb. Sonra Gəncə Televiziyasında, Gəncə Dövlət Kukla Teatrında, Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərib. Daha sonra Bakıya gələn aktrisa C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında çalışıb.

Bu teatrın səhnəsində Qəmər (Ə.Əmirli, "Müqəddəs Valentin günü"), Natella (M.Haqverdiyev, "Qısqanc ürəklər"), Şahnaz (A.Rəhimov "Pul hərisləri"), Qadın (H.Mirələmov, "Ləyaqət"), Mehriban (Ə.Nesin, "Toros canavarı"), Gülzar (Elçin, "Poçt Şöbəsində xəyal"), Sənəm (Ü.Hacıbəyov, "O olmasın, bu olsun"), Nanı Kişi (İftixar, "Dan yeri söküləndə") kimi yaddaqalan rollar ifa edib. ATV kanalında nümayiş etdirilən "Çal-Çağır" şou proqramının aparıcılarından olan "Toppuş bacı" obrazı tamaşaçılar tərəfində xüsusi rəğbətlə qarşılanıb. ATV kanalında "Gülmək qadağandır" şou proqramının aparıcısı olub. Ona yaxın film və serialda maraqlı rollar canlandırıb.

Aktrisa 22 yanvar 2023-cü il tarixində uzun sürən xərçəng xəstəliyindən sonra dünyasını dəyişib. Allah rəhmət eləsin.

Load Time (S) : 0.005408