Azərbaycan Dövlət Akademik Musiqili Teatrında daha bir layihə – “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında librettosu və quruluşu gənc rejissor Samir Qulamova məxsus olan “Dədəm Qorquddan bir nişanə” balet-tamaşasının məşqlərinə başlanılıb. İdeya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev olan balet tamaşanın quruluşçu baletmeysteri beynəlxalq müsabiqə və festivallar laureatı, Əməkdar artist Emin Əliyevdir.
“Teatr sənəti sahəsində bir sıra ilklərə imza atan böyük rejissorumuz Əliqismət Lalayev tərəfindən bütün Türk dünyasının ortaq yazılı mədəniyyət abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanının motivlərindən qaynaqlanan balet-tamaşanın səhnələşdirilməsi təklifini alanda mən də, quruluşçu rejissor Samir Qulamov da çox həyəcanlandıq. Düzdür, indiyə qədər teatrımızın səhnəsində müxtəlif balet kompozisiyaları qurulub. Amma teatrımızın aktyorları, balet və xor artistlərinin vəhdəti ilə bizim səhnədə belə iri miqyasli balet-tamaşa ilk dəfədir ki, qurulur. “Dədəm Qorquddan bir nişanə”ni teatrımızın möhtəşəm səhnəsi ilə yanaşı, xarici ölkələrə qastrol səfərlərimizdə də nümayiş etdirməyi planlaşdırırıq. Onu da deyim ki, Əliqismət müəllimin rəhbərliyi ilə rejissor Samir Qulamovla bundan öncə işlədiyimiz müştərək layihə – “Nəsimi” kompozisiyası da uğurla qarşılandı, Nəsimi ilinə teatrımızın gözəl bir hədiyyəsi oldu. Ümidvaram ki, yeni balet-tamaşamız da Azərbaycan teatr məkanlarında böyük marağa səbəb olacaq”, – deyə baletmeyster Emin Əliyev yeni tamaşa barədə fikirlərini bizimlə bölüşdü.
Yaradıcı heyətlə görüşündə tamaşanın iştirakçılarına bu məsuliyyətli işdə uğurlar arzulayan tanınmış rejissor və teatr rəhbəri Əliqismət Lalayev qeyd etdi ki, Əməkdar artist Emin Əliyevin quruluşçu baletmeyster olduğu bu tamaşada həm də Uruz obrazında çıxış edəcək.
Quruluşçu rəssamı Vüsal Rəhim, musiqi rəhbəri Prezident təqaüdçüsü, adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılan Atabəy İsmayılov, səs rejissoru Məhəmməd Məhəmmədov, rejissor assistentı Sevinc Məmmədova olan balet tamaşada teatrın solistləri – Əmrah Dadaşov (Dədə Qorqud), Mehriban Zaliyeva (Burla Xatun), İbrahim Əlizadə (Şöklü Məlik), balet artistləri – Murad Ağayev (Qazan Xan), Mələkxanım Səfərova (Selcan xatun), Məhəmməd Abdullayev (Beyrək), Nurlan Yusifzədə (Buğac), xor artistləri – Murad Əliyev (Aruz ), Əli Kərimov (Mürüd) və başqaları iştirak edəcəklər.
Müəllifin digər yazıları
“YUĞ” Dövlət Teatrı Azərbaycan teatrı tarixində ilk dəfə olaraq Meksika Birləşmiş Ştatlarında keçirilən 35-ci Kimera Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalında ölkəmizi təmsil edib. Bu münasibətlə iştirakç...
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...