TEATRO

TEATRO

sənət portalı

post-title

Akademik Musiqili Teatrın baş xormeysteri Beynəlxalq festivalda iştirak edib

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının baş xormeysteri, Əməkdar artist Vaqif Məstanov "Звучит Москва" (“Moskva səslənir”) – XIX Beynəlxalq Musiqi Festivalının təşkilatçılarının dəvəti ilə münsiflər heyətində iştirak edib. Tanınmış xormeyster onlayn keçirilən müsabiqədə Rusiya, İtalya, Monteneqrodan olan  şöhrətli incəsənət  xadimləri  ilə  birgə dünyanın müxtəlif yerlərindən müsabiqəyə qatılan xor kollektivlərinin klassik-akademik ifalarını dəyərləndirib. Festival rəhbərliyi Vaqif Məstanova bu mədəniyyət tədbiri müddətində yüksək səviyyəli fəaliyyətinə, işinə xüsusi peşəkarlıqla yanaşdığına, eyni zamanda gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinə verdiyi töfhələrə görə "Təşəkkürnamə" ünvanlayıb.

Xatırladaq ki, bu günlərdə 66 yaşını qeyd edən Vaqif Məstanov ömrünün 31 ilini Musiqili Teatrda yaradıcılıq işlərinə həsr edib. 1990-cı ildə teatrda baş xormeyster kimi fəaliyyətə başlayandan indiyə qədər  Vaqif Məstanov çox sayda səhnə əsərinin xormeysteri olub.

Load Time (S) : 0.005555