Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar Ü.Hacıbəylinin “Leyli və Məcnun” muğam operasının motivləri əsasında librettosu və quruluşu rejissor Samir Qulamova məxsus olan eyniadlı tamaşanın məşqlərinə başlanılıb.
Əsərin ilk stolarxası oxunuş məşqində iştirak edən Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev ideya müəllifi və bədii rəhbəri olduğu tamaşa haqqında fikirlərini yaradıcı heyətlə bölüşüb.
Səhnə əsərinin quruluşçu dirijoru Əməkdar İncəsənət Xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri, eyni zamanda Məcnun obrazının ifaçısı Əməkdar artist Emin Əliyev, Xormeysteri Əməkdar artist Vaqif Məstanov, muğam ifası üzrə məsləhətçisi Xalq artisti Səkinə İsmayılova, solo tar ifaçısıları – Əməkdar artist Elxan Mansurov, Səxavət Məmmədov, konsertmeysteri Nərminə Əbdürəhmanova, rejissor assistentləri – Əmrah Dadaşov və Sevinc Məmmədovadır.
Leyli obrazını VII Muğam Televiziya Müsabiqəsinin qalibi İlahə Rüstəmova, Məcnun obrazını isə respublika və beynəlxalq muğam müsabiqələrinin laureatı Orxan Hüseynli canlandıracaq.
Tamaşada Əməkdar artistlər Nadir Xasiyev, Fərid Əliyev aktyorlar – Əmrah Dadaşov, Səmədzadə Xasiyev, Bacıxanım Sadıqova, İbrahim Əlizadə, Emin Zeynallı, balet artisti İranə Kərimova, eləcə də teatrın xor və balet heyəti iştirak edəcək.
Tamaşanın ümumi məziyyətlərindən söhbət açan Əliqismət Lalayev bizimlə söhbətində bildirdi: “Çox məsuliyyətli bir layihəyə başlayırıq. Fəlsəfi fikir kontekstində bəşəri problemlərin ön plana çəkilməsi və bunun muğam dili ilə tamaşaçılara çatdırılması elə də asan iş deyil. Orijinallığı qorumaqla yeniliklər yaratmaq isə güclü fantaziya, cəsarət, hünər tələb edir. Ümidvaram ki, hər zaman ilklərə imza atan Akademik Musiqili Teatr bu dəfə də tamaşaçılarını yaxşı mənada təəccübləndirməyi və sevindirməyi bacaracaq”.
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...