Azərbaycan Dövlət Akademik Musiqili Teatrının təşkilatçılığı ilə “Eşitmə əngəlli insanların bədii yaradıcılığa cəlb edilməsi” mövzusunda dəyirmi masa keçirilib.
YUNESCO-nun “Üzv dövlətlərin fəaliyyəti ilə bağlı 2020-2021-ci illər üçün İştirak Proqramı” çərçivəsində həyata keçirilən bu tədbirdə eşitmə məhdudiyyətli uşaq, yeniyetmə və gənclərin iştirakı ilə Musiqili Teatrda yaradılmış “İnklüziv teatr” studiyasının üzvləri, nazirlik, elmi müəssisə, tədris ocaqları, eləcə də ictimai təşkilatların bu sahə üzrə mütəxəssisləri iştirak ediblər.
Tədbirin moderatoru – Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev qonaqlara “İnklüziv teatr” layihəsi barədə ətraflı məlumat verərək bildirib ki, ölkəmizdə indiyə qədər əlillərlə bağlı həyata keçirilən bir çox tədbirlərin iştirakçısı olsalar da, eşitmə əngəlli insanlarla “İnklüziv teatr” layihəsi ilk dəfədir ki həyata keçirilir. Tanınmış rejissor “İnklüziv teatr”ın yaranmasından indiyə kimi çox qısa zamanda müsbət nəticələr əldə etdiklərini qonaqların diqqətinə çatdırmaq məqsədi ilə onları bu studiyanın aktyorlarının məşq prosesini izləməyə dəvət edib.
İllüziya nömrələri və “Yaranış” adlı pantomima səhnəsi ilə çıxış edən gənclərin ifaları görüş iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.
Layihənin prodüseri, AMEA-nın Memarlıq və İncəsənət İnstitutu “Teatr, kino və televiziya” şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə doktoru Rəcəb Məmmədov çıxış edərək layihənin məqsədi, qarşıya çıxan çətinliklər və gələcək planlar barədə məlumat verib.
Daha sonra tədbirə dəvət olunmuş mütəxəssislər – Təhsil Nazirliyi, Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin məsləhətçisi, Respublika psixoloji-tibbi- pedaqoji komissiyasının sədri Anar Xələfov, Təhsil Problemləri İnstitutunun psixologoya və xüsusi təhsil şöbəsinin aparıcı elmi işçisi, dosent, fəlsəfə doktoru Dilarə Dostuzadə, N.Tusi adına ADPU-nun xüsusu təhsil kafedrasının dosenti, fəlsəfə doktoru Tamilla Ağayeva, AMEA-nın Memarlıq və İncəsənət İnstitutu “Teatr, kino və televiziya” şöbəsinin müdiri, dosent, fəlsəfə doktoru Vidadi Qafarov, Əlil Təşkilatları İttifaqının prezidenti, Əlillik hüquqları və müyəssərlik üzrə beynəlxalq ekspert Davud Rəhimli, 2 və 3 saylı Respublika xüsusi internat məktəbinin müəllimləri Aynurə Həsənova və Günel Kərimova layihə barədə maraqlı təkliflər irəli sürüblər.
“İnklüziv teatr”ın aktyorlarının ailə üzvləri Xədicə Murtuzayeva, Şənanə Səfərova çıxış edərək öz sevinclərini bölüşüblər, layihənin rəhbərinə, eləcə də sənət müəllimləri, Xalq artisti, ADMİU-nun dosenti Pərviz Məmmədrzayevə, illüzuya ustası, Beynəlxalq illüziya festivalları laureatı Tofiq İsgəndərliyə təşəkkürlərini ifadə ediblər.
Layihənin tərəfdaşı, "Səssiz Dünya" İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin sədri Aidə Səfərova da studiyanın işində iştirak etdiyi üçün məmnunluğunu bildirib.
Sonda Mədəniyyət Nazirliyi Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsi, Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun məsləhətçisi, İqtisadi islahatlar Elmi Tədqiqat İnstitutunun doktorantı Araz Bağırlı bu beynəlxalq layihənin YUNESCO-da xüsusi marağa səbəb olmasından, onun əhəmiyyətindən, eləcə də gələcək perspektivlərindən danışıb.
Tədbir iştirakçıları “Respublikada jest dilinin statusunun artırılmasına xüsusi diqqət yetirilməlidir” şüarı ilə çıxış edərək özfəaliyyət hərəkatının eşitmə əngəllilər üçün əlçatan olmasının, teatrlarda eşitmə əngəlli şəxslər üçün uyğun mühitin yaradılmasının, psixoloji baryerləri aradan qaldıraraq hər bir mədəniyyət müəssisəsinə eşitmə əngəlli tamaşaçıları cəlb etmək üçün xüsusi vasitələrdən istifadə edilməsinin vacibliyini vurğulayıblar.
Tədbirin sonunda Əliqismət Lalayev dəyərli fikirləri üçün qonaqlara minnətdarlığını bildirərək onları gələcəkdə də Akademik Musiqili Teatrla sıx əlaqədə fəaliyyət göstərməyə, məsləhətlərini və köməklərini əsirgəməməyə çağırıb.
Müəllifin digər yazıları
Tanınmış publisist, tərcüməçi Eldar Quliyev (Eldar Qutlu) ötən gün uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.
Qeyd edək ki, "Kitabi-Dədə Qorqud"un redaktoru kimi tanınan Eldar Quliyev uzun müddət &ldquo...
Zorakılıq və ədəbiyyat
Minillik tarixə sahib olan ədəbiyyat az qala ilk nümunələrindəncə zorakılığı özündə əks etdirdi. Zorakılıq ədəbiyyatın ən çox işlənən mövzularındadır. Çünki zorakılıq insan...
XX əsr başqa müstəvilərdə olduğu kmi teatrda da mürəkkəb bir dövr, ziddiyyətlərin dərinləşdyi bir əsr olmuşdur. Dram sənətindəki fundamental dəyişikliklər, intellektual paradiqmalarda baş verən qırılmalar, siyasi-bədi...
08 aprel 2024-cü il tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə həyata keçirilən “QONAQ TEATR” layihəsi çərçivəsində Ağdam D...
...«Məxfi axşam» əsərini yaradarkən Leonardo da Vinçi çox böyük çətinliklə rastlaşmışdı – o, İsa obrazında Xeyiri və onu bu axşam yeməyində satmağa hazırlaşan İuda obrazında Şəri göstərməli idi. B...
Aprelin 1-də Azərbaycanda keçirilən Belarus Mədəniyyət Günləri günləri çərçivəsində Bakıda Nizami Kino Mərkəzində Belarus Kino Günlərinin açılışı olub.
Belarusun Azərbaycandakı səfirliyinin nümayəndə...
“Çat vermiş divarda bitən çiçək,
Səni mən dərirəm o çatlaqlardan.
...
Əməkdar artist Rahib Əliyev vəfat edib.
Bu barədə APA-ya mərhumun oğlu Rəşad Əliyev məlumat verib.
Onun sözlərinə görə, Rahib Əliyevin cənazəsi sabah günorta saat 12-də Qurd qapısı qəbiristanlığında torpağa tapşırılacaq.
...
27 mart 2024-cü il tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqında Beynəlxalq Teatr Günü qeyd edilib.
Görkəmli sənət adamları, ziyalılar, media nümayəndələri və sənətsevərlərin iştirakı ilə keçirilən ...
/мысли и высказывания деятелей культуры/
…Люди во все времена нуждаются в тепле и душевности. И только театр обладает возможностью живого контакта со зрителем – здесь и сейчас. Подлинное общение – это разг...