Mayın 24-də Akademik Milli Dram Teatrında Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi ilə bağlı anım tədbiri keçiriləcək. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, yubiley tədbirində dövlət rəmiləri, ədəbiyyat və incəsənət xadimləri, oxucular iştirak edəcək.
Tədbirdə Vaqif Səmədoğlunun Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən danışılacaq, onun kitablarından ibarət sərgi nümayiş olunacaq.
Daha sonra Xalq şairi Vaqif Səmədoğlunun “Generalın son əmri” əsəri əsasında hazırlanan eyniadlı ikihissəli tragikomik tamaşa oynanılacaq.
Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Ramiz Həsənoğlu, quruluşçu rəssamı Xalq rəssamı Nazim Bəykişiyev, bəstəkarı isə Əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir.
Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan tamaşada əsas rolları Xalq artistləri Cəfər Namiq Kamal, Sabir Məmmədov, Əjdər Həmidov, Əməkdar artistlər Mehriban Xanlarova, Dilarə Əliyeva, Sənubər İsgəndərli, Almaz Amanova, Ayşad Məmmədov, Rövşən Kərimduxt, Hicran Nəsirova, aktyorlar Rəşad Bəxtiyarov, Ramin Şıxəliyev, Elnar Qarayev və Cümşüd Zeynalov ifa edir.
Qeyd edək ki, tamaşanın premyerası 2014-cü il sentyabrın 19-da baş tutub.
Oxşar yazılar
(ixtisarla)
Nitq insanın duyğu və düşüncələrini ifadə edə bilməsi üçün bədənində başqa funksiyaları olan orqanlardan istifadə edərək yaratdığı, bəlkə də ən böyük möcüzələrindən biridir. Başlanğıcda sa...
Müasir dövrün teatr estetikası bir çox bədii-fəlsəfi cərəyanların və rejissura üslublarının ərsəyə gətirdiyi postmodernizm cərəyanı ilə qərar tutub. Lakin qəbul etmək lazımdır ki, vaxtilə teatrlar...
Koronavirus (Covid-19) pandemiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində sosial izolyasiya tədbirlərinin həyata keçirildiyi, kütləvi tədbirlərin, konsertlərin və tamaşaların ləğv ...
Bir zamanlar, Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımov öz teatrını yaratmaq arzusunda idi. O, ölkənin baş dram səhnəsinin şəriksiz başçısı olsa da, buranı öz teatrı hesab etmir, çünki bu teatrı sarma...
dram-zarafat
İŞTİRAKÇILAR:
KİŞİ.
SƏS-KUKLA.
Pərdəsiz səhnə. Köhnə geniş birotaqlı mənzil mətbəxlə birgə. Səliqəlidir. Hətta müasir dizayn dəblərindən istifadə edilə bilər. Gecə vaxtıdır. Klassik musiqi &cc...
Soldakı şəkildə gördüyünüz məşhur Amerika teatrşünası və rejissoru, Nyu York Universitetinin professoru Riçard Şexnerdir. Dediyim o ki, bu gün dünya səviyyəsində teatr sənətinin ən mahir bilicisi kimi tanınır...
İyunun 1-dən 5-dək I Lənkəran Beynəlxalq Teatr festivalı keçiriləcək. Mədəniyyət Nazirliyinin, Lənkəran Şəhər İcra Hakimiyyətinin və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçirilən bu sənət bayramı ölkə Prezidentinin Sərəncamı ilə təsd...
(izahlı esse: görkəmli teatrşünas-alim Cəfər Cəfərovun əziz xatirəsinə həsr olunur)
O danışmağa başlayanda, biz susurduq... Biz-yəni onun tələbələri...
Özümüzü onun tələbəsi adlandlandırmaq şərəfinə nail oldu...
Hər il keçirilən “İlk oxu” dramaturgiya müsabiqəsi bu il 7-9 fevral tarixlərində baş tutacaq.
Münsiflər heyəti keçən il 15 sentyabrdan 15 dekabra qədər 291 pyesdən 16 əsər seçərək qısa siyahıya (şort ...
Çox zaman cəmiyyətdə elə insanlar olur ki, yaşanan haqsızlıqlara baş əymək istəmir, özlüyündə bir dünya qurur ki, bu dünyada o, qəhrəmandır. İstəyir ki, onun sayəsindən pisliklər dəf edilsin, onun sayəsində insanlar mu...