Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yeni mərhələsi və yeni mövsümündə üç tamaşa hazırlanacaq. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, yeni yaradıcılıq işləri Çingiz Aytmatovun “Əsrə bərabər GÜN”, Şıxəli Qurbanovun “Sənsiz” və Xalq yazıçısı Anarın “Dantenin yubileyi” əsərləri əsasında hazırlanacaq eyniadlı tamaşalardır.
"Əsrə bərabər GÜN" tamaşasının quruluşçu rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Azər Hacıəsgərli, geyim üzrə rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur. Plastik həll Ceyhun Dadaşova, qrafika işi Tərlan Əskərli və Ruslan Kərimova məxsusdur.
Tamaşanın rejissor assistentləri Dilbər İsmayılova, Xanım Həsənova, Könül Kərimova, Vüqar Məmmədov və Nərmin Həsənovadır.
“Sənsiz” tamaşası görkəmli teatr rejissoru, Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyinə həsr olunacaq. Əsərə, eləcə də müəllifin müraciət etdiyi dövrə fərqli və yeni baxış bucağından nəzər salınacaq. 1967-ci ildə Tofiq Kazımovun quruluş verdiyi "Sənsiz" tamaşası dövrünün böyük maraqla qarşılanan səhnə əsərlərindən biri olub.
Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, bəstəkarı Vüqar Balayev, rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Xanım Həsənovadır.
"Dantenin yubileyi” tamaşasının quruluşçu rejissoru Ərşad Ələkbərov, quruluşçu rəssamı Samirə Həsənova, geyim üzrə rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Amal Ramazanov, rejissor assistentləri Dilbər İsmayılova və Vüqar Məmmədovdur.
Tamaşaların premyeralarının 2023-cü ilin sentyabr-dekabr aylarında olacağı planlaşdırılır. İlin yekunu üçün hazırlanacaq səhnə əsərləri müxtəlif rejissor yanaşmaları əsasında fərqli təqdimatda, bütün truppa üzvlərinin yaradıcılığa cəlb olunması ilə tamaşaçıların ixtiyarına veriləcək.
                        
                        
                        
                        
                        
                        
                        
                        
                            Müəllifin digər yazıları
                            
                                                                
                                    
                                    
                                        
                                            
                                            CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                             Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                             
          Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Bakı Uşaq və Gənclər Teatrı yeni  layihə həyata keçirməyi planlaşdırır.  “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində  kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            26 sentyabrda Bakı Uşaq və Gənclər  Teatrında 24-cü teatr mövsümünün  açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
                                         
                                     
                                                                
                                                                
                                    
                                    
                                        
                                            
                                            Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...