Bəlli həqiqətdir ki, bütün dövrlərdə tamaşaya görə ən böyük məsuliyyət rejissorun üzərinə düşüb. Teatrın yaradıcılıq yolunu müəyyənləşdirən rejissor tamaşa üçün seçilən pyesdən tutmuş zaldakı tamaşaçının reaksiyasına qədər keçilən bütün mərhələlərə görə cavabdehlik daşıyır. O, teatrın lideridir, möhkəm xarakteri, idarəetmə bacarığı, ədalətli qərarları, ən əsası isə professional yaradıcılıq üslubu ilə seçilməlidir. Fitri istedad, güclü intellekt, geniş dünyagörüşü tələb edən rejissor sənəti onu seçən insanın xarakterinə də mütləq şəkildə uyğun olmalıdır. Bu baxımdan müasir Azərbaycan rejissor sənətinin parlaq siması, milli rejissuranın çağdaş mərhələsinin əsas sütunlarından biri olan görkəmli rejissor, pedaqoq, ictimai xadim, Azərbaycan Respublikasının Xalq artisti, professor Azər Paşa Nemətovun yaradıcılığı son dərəcə qiymətlidir.
Qeyri-adi istedada, fenomenal yaradıcı düşüncəyə, yüksək bədii zövqə və zəngin təcrübəyə malik olan, quruluş verdiyi tamaşalarda Azərbaycan milli teatrının tarixi ənənələrini dünya teatr sənətinin çağdaş dövrünün nailiyyətləri ilə professional şəkildə birləşdirən rejissorun bütün tamaşaları fəlsəfi mahiyyəti və dərin ideyalılığı ilə seçilir. O, təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da bir çox tamaşalara uğurlu quruluşlar verib.
Ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan teatrına dəyərli sənət inciləri bəxş etmiş, yaradıcılığı maraqlı eksperimentlərlə zəngin olan Azər Paşa Nemətovun tamaşaları müasir dövrün bütün nəsillərinin rejissorları üçün ustad dərsləri qismində qavranılır. Bu gün Azərbaycan teatrının uğurları onun adı, tamaşaları, yetişdirdiyi rejissor və aktyor nəslinin nailiyyətləri ilə bağlıdır.
Yüksək bədii zövqə malik olan rejissorun quruluş verdiyi tamaşalar nəinki Azərbaycanda, habelə ölkə hüdudlarından kənarda uğurla göstərilib və yüksək mükafatlara layiq görülüb.
O, bütün qüvvə və bacarığını sərf edərək rəhbərlik etdiyi hər iki mədəniyyət ocağında – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında və Azərbaycan Teatr Xadimləri İttifaqında ölkə başçısı cənab İlham Əliyevin imzaladığı Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunmasına, ümumbəşəri və milli dəyərlərin təbliğinə, dünya mədəniyyətinə inteqrasiyası məqsədlərinə xidmət edən mühüm sənədlərdə nəzərdə tutulmuş məqsəd və vəzifələrin yerinə yetirilməsi istiqamətində yorulmadan çalışır.
Azərbaycanın mədəniyyət tarixində layiqli yeri olan görkəmli şəxsiyyət, qeyri-adi fenomenal düşüncəsi, istedadı və bacarığı ilə teatr tarixinə parlaq səhifələr yazan Azər Paşa Nemətovun bütün çalışmaları vurğunu olduğu və hər an sadiq qaldığı, həyatının mənası olan TEATR NAMİNƏDİR!
Bu gün cəsarətlə «Azərbaycan teatrı – mənim teatrımdır!» deyən sənətkar bütün həyatını, narahat yaradıcı ruhunu milli teatrın problemlərinə həsr edib. O, Azərbaycan teatrının yüksəlişi naminə mümkün ola bilən hər şeyə hazırdır. Azər Paşa Nemətov müqəddəs sənət ocağı olan TEATRA ciddi yanaşmayanlarla daim mübarizə aparır. Kimliyindən asılı olmayaraq, yaradıcılıqla məşğul olmaq istəyən hər kəsə əsl münasibətini gizlətmir. O, istedadsıza – istedadsız olduğunu başa salır, istedadlının potensialına bələd olub, ondan daha yaxşı işləməyi tələb edir, məsləhətə ehtiyacı olanlardan köməyini əsirgəmir, yeniliyi – qeyri-adi, zövqlü, kreativ ideyaları dəstəkləyir.
50 ildən artıq sənət bioqrafiyasında zəhməti, əzmi, bilik və bacarığı ilə sənəti, vicdanı qarşısında səmimiyyətlə çalışan Azər Paşa Nemətov güzəştlərə getmədən, işini yüksək sənət və zövqlü tamaşaçı naminə qurur. Bu müqəddəs yolda ustad sənətkarımıza uğurlar arzusu ilə...
Müəllifin digər yazıları
12 mart tarixində Azərbaycan Dövlət YUĞ Teatrının “Birinci akt” tamaşasının premyerası baş tutub. A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış “Birinci akt” YUĞ teatrının banisi, Əməkdar incəsən...
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi, Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “Teatr 2.0: Ruh və kod” mövzusunda beynəlxalq tələbə elmi konf...
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...
Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavlovi&...
28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı i...
Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycan İncəsənət Məktəbi MMC-nin təşəbbüsü və "EMEDİA GROUP" Media Təşkilatının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq həssas kateqoriyalı gəncin ifasında sürreal...
Yorğun adamın sayıqlamaları
“İçimizdəki köləni damla-damla sıxıb çıxarmaq lazımdır”
Anton Çexov
Planlı yaşamaqdan yorulmuşam – demək istədim, xatırladım ki, heç vaxt planlı yaşamam...